Icma.az
close
up
RU
Trampın Yaxın Şərqdəki sülh planı

Trampın Yaxın Şərqdəki sülh planı

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


ABŞ prezidenti Donald Tramp Qəzza bölgəsində yaşayan fələstinlilərin Misir və İordaniyaya köçürülməsini istəyir. O, bu fikri İordaniya kralı 2 - ci Abdullahla telefon danışığı zamanı səsləndirib. Tramp bunu onunla əsaslandırır ki, Qəzza artıq xarabalığa dönüb, orda salamat bina mövcud deyil. Gələcəkdə İsrailin buranı yenidən bombalamayacağı barəsində də təminat da yoxdur. Təbii ki, Qəzzanı boşaltmaq da ABŞ - nin tamam fərqli məqsədləri var. İsrail nə qədər hava əməliyyatında uğur qazansa da Qəzzada quru əməliyyatında da eyni bacarığı göstərə bilmir. Həmas uzun müddətdir ki, bölgədə gizli tunellər yaradıb və bu, silahlıların əsas gizlənmə yerləri sayılır. Həmən tunellər durduqca və Həmas Qəzzada varlığını saxladıqca İsrailə qarşı müqavimət hərəkətı davam edəcək. Buna görə də Həması bitirməyin ən asan yolu Qəzzanı sökməkdir. İkinci bir məsələ isə İsrailin bu bölgə də kütləvi şəkildə yəhudi yaşayış məskənləri salmaq siyasətindən gedir. Tramp Misir və İordaniyaya təklif edir ki, Qəzzadakı fələstinli qaçqınlar qəbul edilsin və burda onlar üçün yeni yaşayış sahələri salınsın. Bu isə faktiki olaraq fələstinliləri öz torpaqlarından məhrum etməkdir. Qəzza boşaldıqdan sonra İsrailin bura yerləşəcəyi aydın məsələdir. Trampın bu təşəbbüslə çıxış etməsindəki üçüncü səbəb isə müstəqil Fələstin dövlətinin yaranmasına mane olmaqdır. Qəzza vilayəti Fələstin dövlətinin iddia etdiyi iki bölgədən biridir. Digəri isə hazırda Fələstin Muxtariyyətinin mərkəzi hökumətinin yerləşdiyi İordan çayının qərb sahilləridir. Çayın şərq sahillərində İsrail tərəfindən yəhudi yaşayış məskənləri salınıb və artıq ABŞ bu ərazini yəhudi torpağı kimi tanımağa çalışır. ABŞ - ın BMT - dəki nümayəndəliyindən verilən açıqlamada bildirilib ki, bu torpaqlar müqəddəs kitablarda İsrailə vəd edilib və buna görə də ona çatmalıdır. Donald Tramp keçən prezidentliyi dövründə Qüdsü İsrailin paytaxtı kimi tanınmışdı. Bundan əvvəl də Netanyahu komandasından verilən açıqlamada müstəqil Fələstin dövlətinin yaradılması yerinə İsrailin nəzarətində Fələstinə muxtariyyət verilməsi ideyası səsləndirildi. Qəzzanın Fələstinin nəzarətindən çıxırılması və insanların köçürülməsi də elə buna hesablanmış addımdır. Ancaq əsas məsələ budur ki, Misir və İordaniyaya Trampın təklifinə qarşı çıxır. İordaniya vəziyyəti onunla əsaslandırır ki, artıq 2 milyon fələstinliyə sığınacaq verib. Misir isə iqtisadi vəziyyətinin ağırlığını əsas gətirir. Qahirənin xarici borcu son illər xeyli artıb. Misir prezidenti Əbdülfəttah Əl - Sisi Qırmızı dənizdə Misirə məxsus məskunlaşma olmayan 2 adanın - Tiran və Sanafirin Səudiyyə Ərəbistanına verilməsi haqqında 2017 - ci ildə imzalanmış müqaviləni təsdiqləyib. Ehtimal ki, adalar krallığa məhz maliyyə qarşısında verilib. İndi isə Misir xarici borclarının silinməsi şərti ilə yeni fələstinli qaçqınları ölkəsinə qəbul edə bilər. Qəzzanın boşaldılması mümkün olsa da prosses uzun müddətli və olduqca əziyyətli bir işdir. Trampın 4 illik hakimiyyətinin buna çatacaq mı, bunu zaman göstərəcək.
Zeynal Əmrəliyev
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 31 Yanvar 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri