Icma.az
close
up
RU
Trampın neft qadağası planı da baş tutmur RƏY

Trampın neft qadağası planı da baş tutmur RƏY

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hindistan Rusiya neftindən imtina etməyə hazırlaşmır


ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini sonlandırmaq üçün müxtəlif dövlətlərin Rusiyadan neft alışını dayandırmasına çalışır. Ağ Ev sahibinin fikrincə, Rusiya neft və qazını sata bilməsə, Kreml Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq məcburiyyətində qalacaq. Trampın iddiasına görə, Hindistanın Baş naziri Narendra Modi onunla telefon söhbəti zamanı Rusiya neftinin alışını dayandırmağa hazır olduğunu bildirib. Tramp onu da deyib ki, Hindistanın Rusiya neftindən imtinası zaman tələb edir. Buna baxmayaraq, Ağ Ev sahibi Hindistanın Rusiya neftindən tədricən imtina edəcəyinə əmin olduğunu bildirib. 


Politoloq Elxan Şahinoğlu Sherg.az-a  deyib ki, Dehli Trampın Hindistanın Rusiyadan neft alışını dayandıracağını təsdiq etməyib. Ekspert diqqətə çatdırıb ki, Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval ölkənin enerji siyasətinin hədəflərinin enerji daşıyıcılarının sabit qiymətlərinin və etibarlı təchizatının təmin edilməsindən ibarət olduğunu deyib:

"Bu o deməkdir ki, Hindistan Rusiya neftindən imtina etməyə hazırlaşmır. Rusiya Hindistana nefti dünya qiymətlərindən ucuz satdığına görə, Hindistanın neftayırma zavodları bundan qazanc əldə edirlər. Əgər Hindistan Rusiya neftindən imtina edərsə, körfəz ölkələrindən neft alışını artırmalı olacaq. Tramp Hindistanla yanaşı Çinin də Rusiya neftindən imtinasına çalışır. Ancaq Pekin Vaşinqtonun tələbini yerinə yetirməyəcəyini bəyan edib. Pekin Vaşinqtonun tətbiq etdiyi sanksiyaların əleyhinədir. Maraqlıdır ki, ABŞ-nin strateji müttəfiqi Yaponiya da Rusiyadan neft alır. ABŞ-nin maliyyə naziri Skott Bessent Tokionun Rusiyadan enerji idxalını dayandırmasının zərurətini qeyd edib. O bunu Yaponiyanın maliyyə naziri Katsunobu Kato ilə görüşdə deyib. Görünür, Rusiyanın ucuz nefti Yaponiyanı da cəlb edir. Ancaq Dehli və Pekindən fərqli olaraq Tokio Vaşinqtonun tələbini yerinə yetirmək məcburiyyətindədir. Yaponiya məhsullarının əsas bazarı ABŞ-dir. Yaponiya ABŞ ilə birgə layihələrə 550 milyard dollar sərmayə qoyacağına boyun olub".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Oktyabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri