Icma.az
close
up
RU
Trampın sərt ritorikası Azərbayacana da işləyəcək? RƏY

Trampın sərt ritorikası Azərbayacana da işləyəcək? RƏY

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Donald Tramp ABŞ-nin Rusiyaya qarşı sanksiyaları kəskinləşdirəcəyini elan edib, xüsusilə Rusiyanın ticarət tərəfdaşlarına “ikinci dərəcəli” sanksiyaların tətbiq ediləcəyini bildirib.

Azərbaycan da Rusiyanın ticarət tərəfdaşı kimi sanksiyaların hədəfinə çevrilə bilərmi? Yəni, bu sanksiyaların Azərbaycana da tətbiq edilmə ehtimalı var?

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki,  son vaxtlar ABŞ ilə Rusiya arasında münasibətlərdə müəyyən gərginlik müşahidə olunsa da, dünən Donald Trampın açıqlamalarından belə məlum oldu ki, Vaşinqton hələlik Rusiyaya qarşı çox sərt sanksiyalar tətbiq etmək niyyətində deyil:

“Əslində, Rusiyaya 50 günlük vaxt tanınması Putinə Ukrayna cəbhəsində müəyyən məqsədlərinə çatmaq üçün fürsət yarada bilər. Sanksiyalar məsələsinə gəlincə, ABŞ ictimaiyyətində bu mövzuda ümumi razılıq olsa da, Donald Tramp hələlik tələsmir”.

Politoloq prosesin Rusiyanın atacağı addımlardan və ABŞ-nin hədəflərinin reallaşıb-reallaşmamasından asılı olacağını əlavə edib.


O qeyd edib ki, əgər sanksiyalar tətbiq edilərsə və söyləndiyi kimi sərt xarakter daşıyarsa, bir çox ölkələrdə bunun müəyyən təsirləri ola bilər: 

“Lakin düşünürəm ki, Azərbaycan Rusiya ilə müəyyən ticarət əlaqələri qursa da, bu, Bakının ümumi ticarət dövriyyəsində yüksək paya malik deyil. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, sanksiyalar əsasən strateji məhsullara yönəlir və Azərbaycan-Rusiya ticarətində bu kateqoriyaya aid malların həcmi o qədər də böyük deyil. Bu baxımdan, sanksiyaların Azərbaycana ciddi təsir göstərəcəyini düşünmürəm”.

Fidan Hacızadə
Sfera.az

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://sfera.az
archiveBu xəbər 15 İyul 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri