Icma.az
close
up
RU
Trampın planı baş tutur...

Trampın planı baş tutur...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Qəzzada atəşkəs elan olunacaq

Qəzzada mövcud vəziyyətin nizamlanması istiqamətində aparılan uzunmüddətli danışıqlar artıq öz nəticəsini göstərməyə başlayıb. Belə demək mümkünsə, yaxın zamanda Qəzzada atəşkəsin elan olunması ehtimal olunur. Sözsüz ki, danışıqlar prosesinin gedişatında müsbət ab-havanın yaranmasında ABŞ Prezidenti Donald Trampın mühüm rolu danılmazdır. Ağ Ev rəhbərinin bu yaxınlarda Qəzzada müharibənin dayanması və atəşkəsin təmin olunmasına dair irəli sürdüyü sülh planı İsrail, Türkiyə, Misir, Qətər, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri tərəfindən təqdirə layiq qarşılanıb. HƏMAS da artıq Trampın planına razılıq verib. Belə ki, Tramp münaqişə tərəflərini danışıqların birinci mərhələsini tez bir zamanda tamamlamağa çağırıb - o, öz sosial media hesabında qeyd edib ki, HƏMAS və bir sıra ölkələrin Qəzzada müharibəyə son qoymaq üçün apardığı danışıqlar çox uğurlu alınıb və sürətlə davam edir. O bildirib ki, texniki qruplar bazar ertəsi Misirdə yenidən bir araya gələcək və son təfərrüatları dəqiqləşdirəcək; “Mənə dedilər ki, birinci mərhələ bu həftə tamamlanmalıdır və mən hamıdan sürətlə hərəkət etməyi xahiş edirəm. Mən bu çoxəsrlik münaqişəyə nəzarət etməyə davam edəcəyəm. Zaman çox vacibdir, yoxsa daha çox qan töküləcək”,-deyə Tramp vurğulayıb. Qeyd edək ki, bir neçə gün bundan öncə ABŞ Prezidenti öz çıxışında Qəzzada müharibəyə son qoyulmasının vaxtının çatdığını bildirmiş və İsraili bölgədə hərbi əməliyyatları dayandırmağa çağırmışdı. “İsrail Qəzzanı bombalamağı dərhal dayandırmalıdır ki, girovları təhlükəsiz və tez bir zamanda çıxara bilək. Bu, hazırda çox təhlükəlidir. Biz artıq işlənilməsi lazım olan təfərrüatlar barədə danışıqlar aparırıq. Bu, təkcə Qəzza ilə bağlı deyil, Yaxın Şərqdə çoxdan gözlənilən sülhlə bağlıdır”.

HƏMAS Qahirəyə nümayəndə göndərib

HƏMAS hərəkatının lideri Xəlil əl-Heyinin başçılıq etdiyi nümayəndə heyəti Qəzzada atəşkəslə bağlı İsraillə dolayı danışıqları bərpa etmək üçün Misirə gəlib. Hərəkatın teleqram kanalında yayılan məlumatda qeyd olunur ki, Xəlil əl-Heyinin başçılıq etdiyi hərəkatın nümayəndə heyəti Qəzzada atəşkəs, İsrail qoşunlarının çıxarılması və fələstinli məhbuslarla girovların dəyişdirilməsi üzrə danışıqlarda iştirak etmək üçün Misirə gəlib. Bundan başqa, HƏMAS-ın rəhbərliyi Trampın sülh planı ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, HƏMAS ərəb, islam və beynəlxalq dairələrin, eləcə də Trampın müharibəni dayandırmaq, humanitar yardım çatdırmaq, işğalı rədd etmək və məcburi köçkünlüyün qarşısını almaq üçün səylərini təqdir edir. Bəyanatda, həmçinin vurğulanır ki, HƏMAS Qəzzanın idarəsini milli konsensus və Ərəb-İslam dəstəyi əsasında Fələstin texnokratik orqanına təhvil verməyə razılaşır. Eyni zamanda, hərəkatın rəhbərliyi bəyan edib ki, Trampın sülh planında əks olunan bəzi məqamların müzakirəsinə ehtiyac var. 

Trampın diplomatik taktikası uğur qazanıb

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Qəzzada müharibənin dayanması və atəşkəsin təmin edilməsi istiqamətində müəyyən işartılar görünməyə başlayıb. Onun sözlərinə görə, HƏMAS və bir sıra ərəb ölkələrinin Misirdə apardığı dolayı danışıqların intensivləşməsi, eləcə də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanan sülh planının praktik mərhələyə keçməsi bunu sübut edir. Tramp sosial media hesabında “danışıqların çox uğurlu və sürətlə davam etdiyini” bəyan etməklə, prosesin müəyyən nəticələr verdiyinə işarə edib. Onun sözlərinə görə, texniki qruplar Misirdə yenidən bir araya gələrək sülh razılaşmasının detallarını dəqiqləşdirəcəklər. Bu, Qəzzada gərginliyin azaldılması və tərəflərin kompromisə yaxınlaşması baxımından əhəmiyyətli addımdır,” - deyə V.Zifəroğlu əlavə edib ki, Trampın son aylarda Yaxın Şərq istiqamətində atdığı diplomatik addımlar artıq konkret nəticələr verməyə başlayıb;  “O, regionda sülh prosesinə fərqli yanaşma sərgiləyərək, həm İsraili, həm də HƏMAS-ı dolayı yolla danışıqlar masasına gətirməyə nail olub. Bu isə Tramp administrasiyasının “praktik diplomatiya” adlandırılan yanaşmasının uğur qazanmağa başladığını göstərir. Əgər tərəflər Misirdə keçiriləcək növbəti görüşdə razılığa gələrsə, bu, Trampın siyasi imici üçün mühüm diplomatik nailiyyət kimi qiymətləndiriləcək”.

Ərəb ölkələri HƏMAS-ı Trampın planına razı olmağa vadar edib?

“HƏMAS-ın bu danışıqlara müsbət yanaşması isə təkcə Trampın səyləri ilə izah olunmur. Burada ərəb ölkələrinin - xüsusilə Misir, Qətər və Səudiyyə Ərəbistanının - diplomatik və iqtisadi təsir imkanları mühüm rol oynayır. Bu ölkələr HƏMAS-ı birbaşa təzyiq yolu ilə deyil, daha çox diplomatik zəmanətlər və siyasi dəstək təklif etməklə, atəşkəs planına razılıq verməyə yönləndiriblər. Region ölkələri başa düşür ki, Qəzzadakı müharibənin uzanması nəinki Fələstin məsələsini çıxılmaz vəziyyətə salır, həm də bütün Yaxın Şərqdə gərginliyi dərinləşdirir,” - deyə V.Zifəroğlu vurğulayıb.

Atəşkəs baş tutacaq?

Ekspert hesab edir ki, Qəzzada müharibənin dayandırılması istiqamətində diplomatik irəliləyiş baş verib. “Hələ ki, atəşkəsin tam razılaşdırılması barədə yekun razılıq əldə olunmasa da, tərəflərin siyasi iradə nümayiş etdirməsi və ABŞ-ın təşəbbüsü ilə prosesin sistemli xarakter alması ümid doğurur. Trampın dediyi kimi, “zaman çox vacibdir”, və görünür, bu dəfə tərəflər daha çox qan tökülməsinin qarşısını almaq üçün real addımlar atmağa qərarlıdırlar”.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Oktyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see223

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see212

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see210

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see206

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see199

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see192

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see192

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see191

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see185

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see184

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see184

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see181

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see180

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see179

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see178

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see177

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see171

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri