Icma.az
close
up
RU
Trampın Azərbaycan məsələsində əsas hədəfi nədir? AÇIQLAMA

Trampın Azərbaycan məsələsində əsas hədəfi nədir? AÇIQLAMA

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən danışıb. O, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın əldə olunan irəliləyişdə onun rolunu yüksək qiymətləndirdiklərini bildirib. Trampın sözlərinə görə, hər iki lider prosesdə onun şəxsi müdaxiləsinin mühüm rol oynadığını qeyd edib.

Trampın BMT-dəki çıxışında Azərbaycan-Ermənistan münasibətlərinə toxunması necə qiymətləndirilir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Natiq Miri bildirdi ki, Donald Trampın Azərbaycan və Ermənistan məsələsini mütəmadi olaraq qaldırması, hər şeydən öncə, Azərbaycan və Ermənistan arasında mövcud olan, 30 ildən çox davam edən çətin münaqişənin məhz Donald Tramp tərəfindən həll edildiyini bütün dünyaya nümayiş etdirməkdən ibarətdir:

“Bu açıqlamanın içərisində həqiqət yükü varmı? Var. Çünki hər bir dövlət Minsk Qrupu həmsədr dövlətləri çərçivəsində özlərinin geosiyasi maraqları kontekstində yanaşdıqları üçün, bundan başqa, Ermənistandan yana mövqe tutduqları üçün bu münaqişə 30 ildən çox həll olunmadı. Ancaq Tramp məsələyə fərqli yanaşdı. Əlbəttə ki, bu fərqli yanaşmanın içərisində əsas həlledici rol Azərbaycanın 44 günlük Vətən müharibəsində torpaqlarının azadlığı uğrunda mübarizədə qalibiyyəti idi. Əlavə olaraq, Tramp həm də güc amilinə üstünlük verən bir şəxsdir. Əgər Azərbaycan bu şəksiz qalibiyyəti ortaya qoymasa, torpaqları təkbaşına azad etməsə, bu terrorçu, separatçı qüvvələri darmadağın edib Qarabağdan çıxarmasa, o cümlədən işğalçı Rusiya ordusunu Qarabağdan çıxarmasaydı, Trampın necə yanaşacağını o qədər də proqnozlaşdırmaq çətin olardı. Yəni burada əsas amil Azərbaycanın qələbəsi amilidir”.

Siyasi şərhçi əlavə etdi ki, Tramp özündən əvvəlki ABŞ prezidentlərindən, o cümlədən Rusiyanın, Avropa Birliyinin və digər qlobal güclərin yanaşmasından fərqli bir yanaşma ortaya qoymaqla Azərbaycan-Ermənistanın mövqelərini bir-birinə yaxınlaşdıra bildi:

“Ayrıca, bu məsələnin işlək olması və sülhün bərqərar olması üçün özünün bir zəmanətçi imzasını bu bəyanata atdı. Nəhayət, regionda sülhün bərqərar olması üçün nəqliyyat kommunikasiyalarının açılması kontekstində xüsusi bir anlaşma sənədi də ortaya qoydu ki, bu da Zəngəzur dəhlizi, TRIPP marşrutu ilə əlaqəlidir. Ona görə də Donald Trampın burada yanaşmasını qətiyyən gözardı etmək olmaz, prosesdə həlledici iştirakını qətiyyən danmaq olmaz. Çünki o, çox sevir ki, körpüləri, küçələri, bəzən adaları, istənilən bir tarixi abidəni və yaxud siyasi bir abidəni öz adına qoysun. Ad dəyişməyə maraqlıdır. Belə şeyləri çox sevir. Ona görə də onun həll etdiyi ən çətin münaqişələrdən biri də məhz Azərbaycan-Ermənistan arasında mövcud olan Qarabağ münaqişəsidir. Ona görə bununla fəxr edir və bu çətin problemi həll etdiyini bəyan edir. Dolayısıyla, bunu bəyan etməklə digər çətin problemlərin də həll ediləcəyinə müəyyən mənada bir inam yaratmaq istəyir”.

O hesab edir ki, Azərbaycanla, Azərbaycan Prezidenti ilə Donald Trampın münasibətlərinin yüksək səviyyədə olması Azərbaycan dövləti adına müsbət hadisədir:

“Azərbaycanın ABŞ ilə strateji tərəfdaşlıq memorandumunu imzalaması Azərbaycanın elmi, texnoloji cəhətdən, o cümlədən təhlükəsizlik baxımından, süni intellekt sahəsində inkişafına, daha qüdrətli olmasına töhfə verəcək. Ona görə də ABŞ-Azərbaycan münasibətlərinin həmişə zirvədə olmasının tərəfdarı kimi mən də çıxış edirəm və düşünürəm ki, elə bir səviyyəyə gəlib çatmalıdır ki, bu münasibətləri sabah Trampı əvəzləyəcək Biden zehniyyəti hakimiyyətdə olarkən istəsələr belə, poza bilməsinlər. Yəni Azərbaycan-ABŞ münasibətləri elə bir səviyyəyə yüksəlməlidir ki, bu münasibətlər ABŞ-nin dövlət və milli maraqlarına elə bir səviyyədə xidmət etsin ki, bunun geriyə dönüşü mümkün olmasın”.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Sentyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see295

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see278

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see249

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see233

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see229

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see227

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see219

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see212

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see211

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see208

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see204

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see203

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see201

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see197

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see194

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see191

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see188

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see182

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri