Icma.az
close
up
RU
İranla mümkün quru əməliyyatı: ABŞ üçün çətin ssenari

İranla mümkün quru əməliyyatı: ABŞ üçün çətin ssenari

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Trampın 4 günə başa çatacağını iddia etdiyi İran-İsrail qarşıdurması gözlənilənin əksinə olaraq uzanır. Artıq 22 gündür davam edən gərginlik regionda təhlükəsizlik narahatlıqlarını artırmaqda davam edir. Ağ Evin mətbuat katibi Kerolayn Livittin isə bundan sonra İrana qarşı hərbi əməliyyatların 4-6 həftə davam edə biləcəyini vurğulayıb. 

Politoloq Turan Rzayev AZXEBER.COM-a açıqlamasında deyib ki, belə müharibələrdə hesablamalar və planlar özünü doğrultmaya bilər:

"Bu tip müharibələrdə hesablamalar və planlar özünü doğrultmaya bilər. Çünki ABŞ-nin total müharibəyə girməsi o qədər də asan deyil. ABŞ dünyanın ən peşəkar ordularından birinə sahibdir. Amma bu peşəkarlıq bir üstünlük olduğu qədər, eyni zamanda onun zəif tərəfidir. Çünki bu ordu olduqca xərclidir. Məsələn, ABŞ donanmasının bir hissəsini İran və Fars körfəzi bölgəsinə gətirmək və orada saxlamaq belə milyonlarla dollar vəsait tələb edir. ABŞ-nin müharibə istədiyini düşünmürəm. Amerika öz prestijini və qorxu hegemoniyasını qorumaq üçün İrana təzyiq göstərir. ABŞ hələ də İraq və Əfqanıstan müharibələrinin xərclərini tam qarşılayıb bitirməyib. İndiki texnologiyalar daha inkişaf edib və daha bahalıdır. ABŞ ordusunun texnikasına və hərbi qüvvələrinə zərər vurmaq çətindir, lakin hər bir əsgərin hazırlanması təxminən 100 min dollara qədər vəsait tələb edir”.

Ekspert qeyd edib ki, İrana qarşı quru əməliyyatlarının da olması mümkündür:

"İrana qarşı quru əməliyyatlarının da olması mümkündür. Hazırda ABŞ körfəz bölgəsinə tədricən qoşun cəlb edir. Amma quru əməliyyatlar başlasa, bu, çox çətin olacaq. İranla onun öz coğrafiyasında müharibə aparmaq asan deyil. ABŞ kimi güclü dövlət belə Əfqanıstanda istədiyi nəticəni əldə edə bilmədi. Bu region ABŞ üçün tanış olsa da, həm bahalı, həm də çətin relyefə malikdir”.

T.Rzayev bildirib ki, ABŞ körfəz ölkələrinin hücuma məruz qalması fonunda geniş koalisiya quracağını düşünürdü:

"İkinci məsələ isə koalisiya ilə bağlıdır. ABŞ körfəz ölkələrinin hücuma məruz qalması fonunda geniş koalisiya quracağını düşünürdü. Lakin bu ölkələr ehtiyatlı davranır və İranın mümkün reaksiyasından çəkinirlər. ABŞ-nin onları tam qoruyacağına dair inam zəifdir, eyni zamanda İranın aqressiyası davam edir. İran müsəlman ölkəsidir və regiondakı digər dövlətlər də müsəlmandır. Məzhəb fərqləri olsa belə, bir çox ölkə İrana qarşı açıq müharibəyə qoşulmaq istəmir. 

Məsələn, Türkiyəyə ballistik raketlərin atılması və Azərbaycana pilotsuz uçuş aparatlarının düşməsi kimi hallar baş versə də, tərəflər təmkinlərini qorudular və məsələni diplomatik yolla həll etməyə çalışdılar”.

Politoloq söyləyib ki, Konqres hələ müharibə ilə bağlı konkret qərar qəbul etməyib:

"Digər bir məsələ ABŞ-nin daxili bürokratik maneələridir. Konqres hələ müharibə ilə bağlı konkret qərar qəbul etməyib. Buna baxmayaraq, ABŞ faktiki olaraq İranla müəyyən toqquşmalara gedib. Bütün bunlar göstərir ki, ABŞ əslində müharibə aparmaq üçün deyil, daha çox qarşı tərəfi çəkindirmək və qorxutmaq üçün bölgəyə daxil olub. Müharibəyə hazırlıq ehtimalı var, amma bu, çox xərcli və riskli bir addımdır. Rusiyanın Ukraynada üzləşdiyi uzunmüddətli müharibə ssenarisi ABŞ üçün də təkrarlana bilər. İranla müharibə Ukraynadakı münaqişədən daha uzun və ağır nəticələr doğura bilər. Bu baxımdan ABŞ-nin ehtiyatlı davranması daha real görünür”.

Şahanə Ziyad

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 21 Mart 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri