Icma.az
close
up
RU
Trampın Qəzza planı: Türkiyəni çətin vəziyyət gözləyir...

Trampın Qəzza planı: Türkiyəni çətin vəziyyət gözləyir...

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Trampın 20 bəndlik Qəzza planı bölgədə baş verənlər fonunda ümidverici olsa da, yekun sülhü gətircəyi ehtimalı yüksək görünmür.

Planda fələstinlilər üçün müsbət məqamlar var:

- Qəzzanın beynəlxalq iştirakla müvəqqəti xarici idarəetməyə verilməsi İsrailin bölgəni ilhaq etmək cəhdlərinin arxa plana keçməsi deməkdir;

- Qəzzalıların evlərini tərk etməsi məcburiyyəti aradan qaldırılır;

- Həbsdə olan qəzzalılar azad ediləcək;

- İsrail ordusu Qəzzadan çıxa bilər: plana görə, İDF girovların azad edilməsinə hazırlaşmaq üçün razılaşdırılmış xəttə qədər geri çəkiləcək, bu müddətdə bütün hərbi əməliyyatlar dayandırılacaq və mərhələli geriçəkilmə şərtləri yerinə yetirilənə qədər döyüşlər dondurulacaq;

Lakin planın praktiki müstəvidə icrasını sual altına salan bir məqam var: HƏMAS-ın silahı yerə qoyması və Qəzzanın idarəetməsindən uzaqlaşdırılması;

Tramp da bəyan edib ki, “HƏMAS-ın birbaşa və ya dolayı yolla Qəzzanın idarə olunmasında heç bir rolu olmayacaq”. Bu, HƏMAS-ın tamamilə məğlubiyyəti və siyasi/hərbi fəaliyyətinə son qoyması deməkdir. Bu baxımdan, qruplaşma planla bağlı düşünmək niyyətindədir. HƏMAS üçün hər iki halda – planı qəbul etməyəcəyi, yaxud edəcəyi təqdirdə perspektivlər dumanlı görünür. Qruplaşmanın Trampın verdiyi 4 gün zamanı var. Mümkündür ki, HƏMAS dilemmadan çıxmaq istiqamətdə müəyyən addımlar ata bilər:

- Danışıqların şərtlərini dəyişmək – mövcudluğunu bu və ya digər formada saxlamaq üçün plana “altbəndlərin” əlavə edilməsinə nail olmaq;

- Planla razılaşmaq, lakin icra prosesində - girovların qaytarılması, fələstinlilərin azad edilməsi, İsrail qüvvələrinin çəkiləcəyi xətlərin müəyyən edilməsi və s. – zaman qazanmaq və şərtləri dəyişdirməyə çalışmaq;

- Müqaviməti davam etdirmək və Netanyahunun Trampla razılaşdığı plana praktiki müstəvidə məhəl qoymadığını göstərmək (HƏMAS-ın adı açıqlanmayan rəmisi BBC-yə “İsrailin maraqlarına xidmət etdiyi” üçün Trampın planından imtina edəcəklərini açıqlayıb);

İsrail də eyni taktikadan istifadə edə - HƏMAS-ın girovları azad etmək və silahı yerə qoymaq niyyətinin olmadığını göstərməyə çalışa bilər, çünki plan Qəzza ilə bağlı yekun hədəfi tam əhatə etmir, xüsusilə bölgənin idarəetməsində ərəb ölkələrinin iştirakı və bu qədər müharibədən sonra nəzarəti ələ ala bilməməsi fonunda İsrailin planı qəbul etməsi iki əsas səbəbdən qaynaqlanır:

1. Avropa ölkələri də daxil olmaqla beynəlxalq ictimaiyyətin etirazı – Fələstinin müstəqilliyinin tanınması;

2. Dünyanın etirazı qarşısında ABŞ-ın İsrailə tam dəstək verə bilməməsi;

20 bəndlik Qəzza planı isə minumum və maksimum ssenarilərdə İsrailə sərf edir.

Plan icra edilərsə, HƏMAS tamamilə sıradan çıxacaq. Bu, minumum hədəfə nail olmaqdır. Qruplaşmanın plandan imtina etməsi İsrailə maksimum hədəfinə çatmaq üçün hücumlarına davam etməsi imkanı verir. Bu halda, ABŞ İsraili dəstəkləyəcək, Tramp da bəyan edib ki, “HƏMAS planı qəbul etməsə, çox kədərli sonluq olacaq”.

Belə bir ssenaridə Qəzzada İsraili dayandırmaq çağırışları edən Türkiyə, ərəb ölkələri və Avropa çətin vəziyyətə düşəcək. ABŞ davam edən müharibəyə görə günahın HƏMAS-da olduğunu göstərməklə İsrailin hücumlarını dəstəkləyəcək. Və maksimum hədəf olan Qəzzanın tamamilə nəzarətə götürülməsi imkanı əldə edəcəklər.

Qəzza məsələsində yaranmış dilemmativ vəziyyət Trampın 20 bəndlik həll planının problemə son qoyacağı ehtimalını zəiflədir. Planın daha çox danışıqlar üçün “çərçivə sazişi”nə bənzəməsi və özündə detalları əks etdirməməsi də qəbul ediləcəyi təqdirdə, icra prosesinin zaman alacağını deməyə əsas verir.

Asif Nərimanlı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 Sentyabr 2025 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri