Icma.az
close
up
RU
Trampın Putinə təslim olmasının sensasion sirri: Kreml Krasnov kod adlı agenti niyə ifşa etdi

Trampın Putinə təslim olmasının sensasion sirri: Kreml Krasnov kod adlı agenti niyə ifşa etdi

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir tərəfdən Rusiya, digər tərəfdən isə prezident Donald Tramp Ukraynanın gələcək taleyini təhdid edir... Çünki Rusiya Ukraynanın suverenliyini ləğv etməyi hədəfləyib, prezident Donald Tramp isə Kremlin maraqlarına uyğun narrativləri dəstəkləyir...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ukrayna savaşının yaxın vaxtlarda dayandırılma ehtimalı artıq o qədər də inandırıcı görünmür. Belə ki, Kreml ABŞ və Qərbin bütün sülh təşəbbüslərini boşa çıxmsqda davam edir. Üstəlik, Ukrayna savaşı üzrə sülh prosesinin əsas təşəbbüskarı olan prezident Donald Tramp da ABŞ-ın vasitəçilik missiyasından geri çəkildiyini rəsmən bəyanlayıb. Və bunun ardınca Rusiya daha iki İstanbul görüşünü də öz qəbuledilməz tələb-şərtləri ilə pozub.

Onu da qeyd etmək lazımdır ki, bütün bunlar Ukrayna savaşı ətrafında situasiyanı həm gərginləşdirib, həm də qəlizləşdirib. Çünki bir tərəfdən ABŞ və Avropa Birliyi Ukraynaya hərbi dəstəyi genişləndirmək məcburiyyətində qalıb. Hətta bu məsələdə müəyyən məhdudiyyətlərə üstünlük verən Tramp adminstrasiyası belə, ABŞ Konqresində Ukrayna yeni dəstək paketi hazırlanması və Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqi barədə barədə sənədə müqavimət göstərmir. Və bütün bunlara paralel olaraq, Ukraynanın Rusiyaya məxsus strateji aviasiya vasitələrinin təxminən üçdə bir hissəsini məhv etməsi də sülh prosesini nəzarətdən çıxartmağa başlayıb.

Məsələ ondadır ki, Ukraynanın Rusiyaya qarşı son uğurlu hərbi əməliyyatı ABŞ siyasi dairələrində ciddi narahatlıq doğurub. Belə ki, ABŞ prezidenti Donald Tramp bu məsələ ilə bağlı olduqca sərt açıqlamalar ilə Rusiyanı deyil, yenə də məhz Ukraynanı hədəfə alıb. Ağ Ev sahibi hesab edir ki, rəsmi Kiyev Rusiya strateji avrasiya aerodromlarına dağıdıcı hücum etməklə, prezident Vladimir Putinə Ukraynanı bombalamaq üçün ciddi səbəb vermiş oldu.

Maraqlıdır ki, prezident Donald Tramp Ukraynanın bu radikal hərbi bu addımını qətiyyən bəyənmədiyini açıq şəkildə ifadə edib. Ağ Ev sahibi bütün bu baş verənlərdən sonra Ukrayna savaşının nüvə qarşıdurmasına çevrilməyəcəyinə ümid etdiyini vurğulayıb. Həm də prezident Donald Tramp Rusiyanı Ukrayna ilə sülh danışıqlarını tam dayandırmamağa da çağırıb. Və Ağ Ev sahibi ABŞ Senatının Rusiyaya qarşı hazırladığı yeni sanksiya layihəsini “çox sərt” adlandırıb, yekun qərarı şəxsən özünün verəcəyini də vurğulayıb.

Prezident Donald Trampın bu açıqlamalarında Ağ Ev sahibinin Rusiya qarşısında növbəti dəfə geri çəkilməyə və güzəştlər etməyə hazır olduğunun əlamətləri də mövcuddur. Üstəlik, Ağ Ev sahibi bu müəmmalı açıqlamaları məhz prezident Vladimir Putin ilə son telefon danışığından dərhal sonra dilə gətirib. Və Kreml sahibi ilə hər ünsiyyətdən sonra prezident Donald Trampın belə güzəştə hazır mövqeyə keçid etməsi, hətta aciz duruma düşməsi Qərb siyasi dairələrində ciddi suallar doğurur.

Bəzi Qərb mənbələri iddia edirlər ki, prezident Donald Trampın Kreml sahibi qarşısında davamlı olaraq, acizlik göstərməsi müəmmalı səbəblərlə də bağlı ola bilər. Onların fikrincə, Kremldə prezident Donald Trampa qarşı biabırçı ifşa materiallarının ola biləcəyi istisna deyil. Həmin mənbələr bu iddialar ilə bağlı vaxtilə Ağ Ev sahibi Donald Trampın ilk prezidentlik dönəminin önünü açan seçkilərə Rusiyanın müdaxilə etməsi barədə ABŞ Konqresinin məxfi hesabatını arqument gətirirlər.

Ancaq nə qədər qəribə də olsa, Kremldə prezident Donald Trampa qarşı biabırçı ifşa materiallarının ola biləcəyi ilə bağlı iddialara məhz postsovet məkanından təsdiq açıqlaması verilib. Belə ki, Qazaxıstan KQB-sinin keçmiş rəhbəri Musayev açıq mətnlə bəyan edib ki, prezident Donald Tramp sovet kəşfiyyatının agenti olub, Onun iddiasına görə, Ağ Evin indiki sahibi hələ 1987-ci ildə sovet kəşfiyyatı ilə əməkdaşlığa cəlb edilib və onun kod adı "Krasnov" olub. Və sovet agentura şəbəkələrin sonradan Rusiya kəşfiyyatının ixtiyarına keçdiyini nəzərə aldıqda, Kremlin prezident Donald Tramp barədə arzuolunmaz materiallara sahib ola biləcəyi ilə bağlı ehtimal o qədər də qeyri-ciddi görünmür.

Digər tərəfdən, qazaxıstanlı çekistin də Rusiya kəşfiyyatı tərəfindən danışdırılmış ola biləcəyi qətiyyən istisna deyil. Çünki Ukrayna savaşı ilə bağlı prosesin başlanma ərəfəsində Kreml özünü kənarda tutmaqla, prezident Donald Trampa dolayısı xəbərdarlıq mesajı göndərməyə ehtiyac duymuş ola bilər. Sülh prosesi çərçivəsində prezident Donald Trampın ifrat Rusiyaya yönəlik mövqe tutması, Ukraynanı hər imkanda ittiham etməsi də şübhələri artırır. Və hazırda prezident Donald Trampın ən yaxın ətrafınızda yer almış milyarder İlon Maskın da Ağ Ev sahibinə qarşı ifşaedici materialların mövcudluğuna eyham vurması rəngləri daha da tündləşdirir.

Göründüyü kimi, prezident Donald Trampın Rusiyaya münasibətdə davamlı olaraq, mövqeyini dəyişməsi kifayət qədər müəmmalı məqamlara bağlı ola bilər. Təbii ki, bu, həm Qərb siyasi dairələri, həm də rəsmi Kiyev tərəfindən ciddi narahatlıq ilə qarşılanır. Prezident Volodimir Zelenski Ağ Ev sahibinin son açıqlamalarına olduqca sərt reaksiya verib. Ukrayna lideri prezident Donald Trampın müharibəni "uşaq dalaşması"na bənzətdiyini vurğulayıb. O, bildirib ki, prezident Donald Tramp okeanın o tayında olduğundan vəziyyətin real fəlakət yükünü dərk etməkdə çətinlik çəkir.

Belə anlaşılır ki, bir tərəfdən, Rusiya, digər tərəfdən isə prezident Donald Tramp Ukraynanın gələcək taleyini təhdid edir. Çünki Kreml Ukrayna ərazisilərini Rusiya sərhədləri içərisinə qatmağı, bu ölkənin suverenliyini ləğv etməyi hədəfləyib. Prezident Donald Tramp isə Rusiyaya qarşı beynəlxalq koalisiyanı parçalayır, Ukraynaya yönəlik siyasi hücumlar edir və Kremlin maraqlarına uyğun narrativləri dəstəkləməklə diqqəti çəkir. Və bu baxımdan, Kremlin prezident Donald Trampı hansı ifşaedici materiallarla şantaj etmiş ola biləcəyi indi Qərb siyasi dairələrində də kifayət qədər ciddi müzakirə mövzusudur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 İyun 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri