Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

Niyə Trampın Putinə “quşu qonub”?

Niyə Trampın Putinə “quşu qonub”?

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Son vaxtlar İstanbulda keçirilən Rusiya-Ukrayna danışqıalrında əsirlərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi, tərəflərin sülh sazişi barədə memorandumları mübadilə etməsi özlüyündə müsbət hal olssa da, bu, heç də Donald Trampın verdiyi gen-bol vədlərlə uzlaşmır.
Moskvanın nəinki qeyd-şərtsiz atəşkəsdən boyun qaçırması, hətta yeni ərazilər tutması fonunda ABŞ prezidentinin hər vəchlə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməkdən yayınmasını Ukraynanın müttəfiqləri az qala onun rusiyalı həmkarı Vladimir Putinə hüsn-rəğbəti ilə əsaslandırmağa çalışırlar.
Nüvə müharibəsi təhlükəsi
Lakin Donald Trampın Moskva ilə körpüləri bərpa etmək cəhdləri heç də sırf Ukrayna ilə yox, qlobal siyasi gündəliyin bir sıra ciddi problemləri ilə bağlıdır.
Ağ Ev administrasiyasını qayğılandıran problemlərdən biri gələn ilin fevralında Strateji Hücum Silahlarının (SHS) ixtisarı və məhdudlaşdırılması barədə SHS-3 müqaviləsinin müddətinin sona çatmasıdır. Bu müqavilə zərbə endirmək məsafəsi 5000 kilometrdən artıq olan qitələrarası ballistik raketlərə (QBR) aiddir.
Qeyd edək ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra əvvəlcə Vaşinqton, sonra isə Moskva onun fəaliyyətini dayandırıb. Son vaxtlar Rusiyanın Təhlükəsizlik doktrinasına, ekzistensial təhlükə yaranacağı halda, nüvə silahından istifadənin mümkünlüyü barədə müddəanın salınması ABŞ-nin narahatlığını daha da gücləndirir. Digər tərəfdən, hazırda Rusiyanın təbii müttəfiqi rolunda çıxış edən Çin də öz nüvə potensialını sürətlə artırır.

Hələ ilk prezidentliyi dövründən nüvə müharibəsi təhdidinin aradan qaldırılması ideyasına sadiq qalan Donald Tramp bu il fevralın ortalarında Rusiya və Çinlə nüvə arsenallarının azaldılması, eləcə də yeni nüvə başlıqlarının yaradılması xərclərin ixtisarı barədə danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb.
Onun fikrincə, denuklearizasiya üzrə danışıqlar Ukrayna və Yaxın Şərqdə hərbi münaqişələr başa çatdıqdan dərhal sonra başlaya bilər.
ABŞ-Rusiya-Çin: qlobal triumvirat?
Donald Trampın ABŞ-Rusiya münasibətlərinin tənzimlənməsində maraqları yalnız nüvə müharibəsi təhdidinin neytrallşadırılması ilə yox, həm də Rusiya-Çin tandemini parçalamaq istəyi ilə bağlıdır. Hazırda Trampın Ukraynaya və Avropa İttifaqına (Aİ) təzyiq siyasətinin arxasında ABŞ-Çin qarşıdurmasının arxasında Moskvanı Vaşinqtonun tərəfinə çəkmək məqsədinin dayandığı istisna deyil.
Belə ki, Rusiyanın hakim dairələrində bəzi qərbpərəst qüvvələr malların, xüsusən də avtomobil və elektronikanın istehsalı sahəsində Çindən artan asılılığından narazıdır. Bununla yanaşı, Moskva digər Asiya iqtisadiyyatları ilə də ticarətdə maraqlıdır ki, bu da yalnız sanksiyaların yumşaldılması sayəsində mümkündür. ABŞ-Rusiya münasibətlərində istiləşmə Moskvaya öz iqtisadiyyatını şaxələndirməyə və Vaşinqtonun ən vacib rəqib saydığı Pekindən daha müstəqil olmaq imkanı yaradacaq.
Həmçinin, Ağ Evlə Kreml Arktikada ABŞ-Rusiya əməkdaşlığını genişləndirmək barədə razılığa gəlməklə Arktikada Çinin böyük iddialarını neytrallaşdırmaq müstəvisində özünə bu regionda ciddi müttəfiq qazana bilər. Buna görə də, hazırda Çini ABŞ-nin ən ciddi potensial rəqibi sayan Tramp adminsitrasiyası Moskva-Pekin mehvərinin möhkəmlənməsinə mane olmağa çalışır.
Lakin, “proseslərin qarşısını ala bilmirsənsə, onlara başçılıq etməyə çalış” prinsipinə söykənən Ağ Evin, eyni zamanda, ABŞ, Rusiya və Çinin ümumi nəzarəti altında yeni dünya nizamının yaradılması barədə Moskva və Pekinlə pərdəarxası sövdələşmələr apardığı da istisna deyil.

Belə ki, SSRİ-nin parçalanmasından sonra 20-30 il ərzində ABŞ-nin hegemonluğu altında mövcud olmuş birqütblü dünya nizamını Vaşinqton qoruyub-saxlamaqa ciddi problemlərlə üzləşib.
Bu baxımdan, Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin yeni beynəlxalq münasibətlər sistemində söz sahibi olmaq iddialarını neytrallaşdırmaq üçün Moskva və Pekinlə müştərək üçqütblü dünya nizamını yaratmaq Vaşinqtonun maraqlarına daha çox cavab verir.
Belədə Vaşinqton üçün Moskva və Pekin ilə ortaq məxrəcə gəlmək daha əlçatan və məqbul variant sayılır. Üçqütblü dünya nizamında ABŞ Qlobal Şimalın, Çin Qlobal Cənubun, Rusiya isə Orta Məkanın təmsilçisi kimi çıxış edə bilər. Sözsüz ki, bu konfiqurasiyada ABŞ “siyasi cırtdan” statusundan heç cür qurtula bilməyən Avropanı özünün əlavə köməkçisi rolundsa görür.
Məhz ABŞ, Rusiya və Çinin üçqütblü dünyanın güc mərkəzləri kimi rolunu şərtləndirən əsas amil onların digər ölkələrlə müqayisədə ən çox nüvə silahı potensialına malik olmasıdır. Doğrudur, Çin bu parametr üzrə ABŞ və Rusiyadan təxminən xeyli geridə olsa da, Böyük Britaniya və Fransanı qabaqlayır. Bununla yanaşı, Çin çox böyük sürətlə öz nüvə potensialını artırmaqla məşğuldur.
Ağ Ev administrasiyasının yeni dünya nizamının formalaşdırılmasında maraqlı olduğunu digər faktlar da sübu edir. Məsələn, vəzifəsinin icrasına başalayan kimi Donald Trampın imzaladığı ilk sərəncamlardan biri ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə oldu. Onun daha bir sərəncamı ilə ABŞ BMT-nin İnsan Hüquqları Şurasını və Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyini (UNRWA) tərk edib.
Eyni zamanda, ABŞ-nin Ümumdünya Ticarət Təşkilatından (ÜTT) və YUNESKO-dan çıxmağı nəzərdən keçirdiyi bildirilir. Hazırda Ağ Ev administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sərgilədiyi neqativ mövqe getdikcə daha da sərtləşir.
Sözügedən qurumlar birbaşa və ya dolayısı ilə Yalta-Podstam dünya nizamının kimponentləridir. Bu sistemin əsas təsisatçılarından olmuş dövlətin həmin qurumalrdan çıxması və ya onların fəaliyyətini iflic vəziyyətinə salması yeni dünya nizamının yayardılması zərurətini qaçılmaz edir.
Donald Trampın ABŞ-nin 2026-cı maliyyə ili üçün büdcə layihəsində BMT-nin sülhməramlı əməliyyatlarını maliyyələşdirməyi tamamilə dayandırması təklifi və bu ilin əvvəlinə Vaşinqtonun BMT büdcəsinə borcunun 2,8 milyard dollara çatması da bir sıra pərdəarxası məqamlardan xəbər verir.
Donald Trampın Kanada və Qrenlandiyanın ilhaqı ilə bağlı iddiaları, eyni zamnada, Rusiyanın Ukraynanın müəyyən ərazilərinin işğalını hüquqi və ya faktiki baxımdan tanımağa hazır olması, habelə İsrailin xeyrinə Yaxın Şərqdə bəzi sərhədlərin dəyişdirilməsi ideyasını dəstəkləməsi də bu siyasətin tərkib hisəsidir. Belə ki, klassik düstura əsasən, sərhədlərin dəyişdirilməsi dünya nizamının vacib komponentlərindən biridir.
Bu 3 dövlətin yeni dünya nizamında xüsusi yerini şərtləndirən digər vacib məqamlar da mövcuddur:
1.ABŞ-nin güclü hərbi-iqtisadi potensialı və yüksək texnologiyalar dominantlığı, Amerika dollarının dünyada vahid ehtiyat valyuta olması.
2.Çinin nəhəng əmək qabiliyyətli insan kapitalı və dünyada ən böyük Ümumdaxili məhsulu (ÜDM), yüskək texnologiyalar və hərbi sahədə davamlı inkişafı, həmçinin qlobal miqyasda ən effektli demoqrafik ekspansiyası.
3.Rusiyanın hərbi gücü və nəhəng həcmdə təbii sərvətlərə, xüsusilə də, dünyada ən böyük təbii qaz və içməli su ehtiyatlarına, həmçinin “təbii qala” xarakterli dünyada ən böyük coğrafi əraziyə malik olması.
Rusiya üçün sülh təhlükəsi
Amma bu, heç də Ağ Ev administrasiyasının Rusiyanı strateji məğlubiyyətə uğratmaq siyasətini tarixin arxivinə verməsi anlamına gəlmir. Sadəcə, Vladimir Putinin siyasi-psixoloji portretini daha düzgün dəyərləndirən Tramp komandası Co Bayden administrasiyasından fərqli olaraq Rusiyanı “dost ağuşunda boğmaq” taktikasını seçib.

Tarixi faktalr sübut edir ki, Moskva bir qayda olaraq müharibələri yox, sülhü uduzub. Belə ki, imperiya düşüncəsi tarixən verdiyi insan itkiləri ilə hesablaşmayan Rusiyada cəmiyyətin xarici təhlükəyə qarşı hakimiyyət ətrafında birləşməsini təmin edib. Lakin kollektiv Qərbin qarşılıqlı iqtibas (konvregensiya) formasında Rusiyanın siyasi elitasına təklif etdiyi bəzi konsepsiyalar son məqamda Moskvanın böyük geosiyasi məğlubiyyətini şərtləndirib.
Bu baxımdan, Donald Trampın siyasəti əslində məhz Putinin hakimiyyəti dövründə ABŞ-Rusiya münasibətlərinin tənzimlənməsini nəzərdə tutur. Postputin dövrü üçün isə Rusiyada qərbpərəst siyasi fiqurun hakimiyyətə gətirilməsi yönündə axtarışlar çoxdan gedir. Hətta Rusiyanın indiki hakimiyyət dairələrində buna hazır olanlar kifayət qədərdir.
Sahil İsgəndərov, politoloq
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 İyun 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see190

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see158

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see140

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri