Icma.az
close
up
RU
Trampın Qətərə zamin durması gələcəkdə baş verə biləcək hadisələrin xəbərçisi ola bilər Deputat

Trampın Qətərə zamin durması gələcəkdə baş verə biləcək hadisələrin xəbərçisi ola bilər Deputat

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"ABŞ tərəfindən, Donald Trampın rəhbərliyi ilə Qətərə qarşı edilə biləcək xarici hücumların ABŞ-nin təhlükəsizliyinə təhdid kimi qiymətləndirilməsi barədə sənədin imzalanması, əslində çox mühüm və tarixi bir addımdır. Bu sənədin mahiyyəti ondan ibarətdir ki, Qətərə qarşı hər hansı hücum, dolayısı ilə ABŞ-yə qarşı hücum kimi qiymətləndirilə bilər. Bu isə faktiki olaraq o deməkdir ki, NATO üzvü olmayan bir ölkəyə qarşı NATO-nun nizamnaməsinin beşinci maddəsinə bənzər bir yanaşma tətbiq olunur. Yəni bir üzvə hücum bütün alyansa hücum deməkdirsə, burada da Qətərə hücum ABŞ-yə hücum kimi qəbul olunur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev ABŞ Prezidenti Donald Trampın Qətərə qarşı xarici hücumların ABŞ-nin təhlükəsizliyinə təhdid kimi qiymətləndiriləcəyini nəzərdə tutan fərmanı şərh edərkən bildirdi.

Onun fikrincə, bu yanaşma Yaxın Şərqdə yaxın gələcəkdə baş verə biləcək münaqişələrin və gərginliklərin artması ehtimalı ilə də əlaqəlidir:

"Çünki Qətər ABŞ-nin bölgədəki ən vacib tərəfdaşlarından biridir. Xüsusilə də Əl-Udeyd hərbi bazası ABŞ-nin Yaxın Şərqdəki ən böyük, bəlkə də birinci dərəcəli bazası hesab olunur. Beləliklə, əgər bölgədə genişmiqyaslı eskalasiya və ya hərbi qarşıdurma baş verərsə, ABŞ bu addımı ilə Qətərdə yerləşən öz hərbi infrastrukturunu və strateji maraqlarını qorumağa çalışır. Eyni zamanda Qətərin əhəmiyyəti təkcə hərbi aspektlərlə məhdudlaşmır. Bu ölkə dünyanın ən böyük qaz ehtiyatlarına sahib olması və enerji təhlükəsizliyinə verdiyi töhfə baxımından da çox önəmlidir. Bütün bunları nəzərə alaraq demək olar ki, ABŞ-nin Qətərə bu cür "zamin durması" bölgədə mümkün olan böyük eskalasiyaya dair həm xəbərdarlıq, həm də ciddi siyasi mesaj xarakteri daşıyır. Məncə, bu qərar gələcəkdə baş verə biləcək hadisələrin bir növ "müjdəçisi", xəbərçisi ola bilər", - deyə Tural Gəncəliyev vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Oktyabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see230

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see194

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see151

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see151

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see145

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see143

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see141

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see135

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see134

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see132

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri