Icma.az
close
up
RU
525ci qəzet Regional siyasət gələcəkdə Trampın apardığı siyasət olacaq Deputat

525ci qəzet Regional siyasət gələcəkdə Trampın apardığı siyasət olacaq Deputat

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ heç vaxt Cənubi Qafqazda bir dövlətə qarşı siyasət həyata keçirmir, Vaşinqtonun əsas məramı, məqsədi məlumdur ki, regionla problemlərin həlli istiqamətində addım atmaqdır və bu siyasətdə prioritet olan regiondur. Regionda da lider dövlət məlumdur ki, Azərbaycandır.

Bu fikriləri 525.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

O bildirib ki, Azərbaycan enerji təhlükəsizliyinə təhdidin qarşısını alan bir dövlət kimi daim ABŞ-la münasibətləri olub və bunu da qəbul edir.

“Donald Trampın ABŞ Prezidenti seçilməsi bir daha göstərdi ki, regional siyasət gələcəkdə məhz onun həyata keçirdiyi siyasət olacaq. Burda da düşünürəm ki, Azərbaycanın öz yeri, öz dəsti-xətti var. Ölkəmizin dönməz xarici və daxili siyasəti var. Yəni, bu gün bizim hansısa diqtəyə, kiminsə yol göstərməsinə ehtiyacımız yoxdur. Biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi, hər bir Azərbaycan vətəndaşının rifahını təmin edən bir dövlətik. Ali Baş Komandan kimi cənab İlham Əliyevin apardığı siyasət də bundan ibarətdir.Bunu ABŞ-ış yeni seçilmiş Prezidenti Donald Tramp da dərk edir, başa düşür. Düşünürəm ki, gələcəkdə özünün komandası, hakimiyyətində təmsil olunacaq siyasətçilər də siyasətlərini bu istiqamətdə qurmağa çalışacaqdır”, - deputat söyləyib.

A.Nağıyevə görə, prioritet istiqamət təbii ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması olacaqdır: “Bu istiqamətdə də vasitəçi olmadan həyata keçirləcək siyasət əsas götürüləcək. Bunda təbii ki, super güc olaraq ABŞ regionda Rusiyanın nüfuzunun aşağı salınması və yaxud paralel olaraq hansısa siyasətin həyata keçirilməsini qura bilər”. Komitə sədri bildirib ki, prezidentlər arasında telefon danışığı çox əhəmiyyətlidir və bu, Prezident İlham Əliyevin apardığı siyasətə bağlıdır.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Noyabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri