Icma.az
close
up
RU
Trampın Qəzza planı üzrə “Yol xəritəsi“ dərc olunub

Trampın Qəzza planı üzrə “Yol xəritəsi“ dərc olunub

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Qəzza üzrə Sülh Şurası ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında Hərtərəfli sülh planının həyata keçirilməsinin başa çatdırılması üzrə "Yol xəritəsi"ni dərc edib.

Moderator.az xəbər verir ki, bu barədə Şuranın "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

"Yol xəritəsi" hərbi əməliyyatların mərhələli şəkildə dayandırılmasını, zolağın mülki idarəçiliyinin Qəzzanın İdarə Edilməsi üzrə Milli Komitəyə (NCAG) verilməsini və İsrail qüvvələrinin tədricən çıxarılmasını nəzərdə tutur. Yol xəritəsinin icrası beynəlxalq nəzarət altında həyata keçiriləcək.

Təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib. Sənəd "bir hakimiyyət, bir qanun, bir silah" prinsipinin tətbiqini, polis əməkdaşlarının müəyyən edilmiş tələblərə uyğunluğunun yoxlanılmasını, polis silahlarının Qəzzanın İdarə Edilməsi üzrə Milli Komitənin nəzarətinə verilməsini, habelə ağır silahların, silah anbarlarının, hərbi istehsal obyektlərinin və tunellərin tədricən istismardan çıxarılmasını nəzərdə tutur. Silahlı birləşmələrin silahları istifadədən çıxarılmalı və NCAG-nin nəzarəti altında saxlanılmalıdır.

Həmin birləşmələrin üzvləri Fələstin təhlükəsizlik qüvvələri və polisinin tərkibinə daxil ola bilməyəcəklər.

Həmçinin müvəqqəti Beynəlxalq Sabitlik Qüvvələrinin (ISF) yerləşdirilməsi nəzərdə tutulur. ISF atəşkəs rejiminə riayət olunmasına nəzarət etməli, Fələstin polisinin hazırlığına dəstək verməli, humanitar yardımın çatdırılmasını təmin etməlidir. Bununla yanaşı, ISF Fələstin əhalisinə qarşı polis funksiyalarını icra etməyəcək.

Ayrıca bir blok mülki idarəetməyə həsr olunub. NCAG dövlət qurumlarının fəaliyyətinin və xidmətlərin göstərilməsinin fasiləsizliyini təmin etməli, sektorda maliyyə və inzibati fəaliyyətin auditini aparmalı və təchizatçılar, eləcə də podratçılar qarşısında dəyəri 400 milyon dollara qədər olan əsaslandırılmış öhdəlikləri tənzimləməlidir. Bu zaman dövlət qulluqçularının hüquqları Fələstin qanunvericiliyinə uyğun olaraq qorunmalıdır.

"Yol xəritəsi" həmçinin daxili zorakılığa son qoyulmasına, repressiyaların, güc nümayişlərinin və silahlı aksiyaların qarşısının alınmasına yönəlmiş razılaşmanın əldə olunmasını nəzərdə tutur.

Sənədin yekun hissəsi Qəzza zolağının bərpasını nəzərdə tutur. Yenidənqurma və onun maliyyələşdirilməsi Sülh Şurası (BoP) və NCAG-nin hazırladığı və nəzarət etdiyi plan və qrafik əsasında həyata keçirilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://moderator.az
archiveBu xəbər 31 İyul 2026 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri