Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Trampın Qəzza siyasəti: yeni prezident nə etmək istəyir?

Trampın Qəzza siyasəti: yeni prezident nə etmək istəyir?

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son aylarda Yaxın Şərqdəki gərginlik daha da artıb və Qəzza sektoru ətrafında baş verənlər beynəlxalq siyasətin əsas müzakirə mövzularından birinə çevrilib.

ABŞ prezidenti Donald Trampın Qəzza sektorunun ələ keçirilməsi ilə bağlı maraq göstərdiyinə dair iddialar İsrail mətbuatı tərəfindən gündəmə gətirilib. Onun bu ideyanı artıq bir neçə aydır nəzərdən keçirdiyi bildirilir.

Bu açıqlamalar fonunda Trampın əvvəllər də Fələstin məsələsinə münasibətinin sərt və birtərəfli olması diqqət çəkir. O, prezidentliyi dövründə İsrailin mövqeyini açıq şəkildə dəstəkləyən addımlar atmış, məsələn, ABŞ-nin İsraildəki səfirliyini Qüdsə köçürməklə mübahisəli bölgədə gərginliyi artırmışdı. İndi isə onun Qəzza ilə bağlı irəli sürdüyü fikirlər regionda mövcud münaqişənin daha da dərinləşəcəyinə dair narahatlıqları artırır.

Trampın Qəzzaya qarşı həyata keçirdiyi iddialar nə dərəcədə reallığa əsaslanır?

Sualla cavab tapmaq üçün Bakıvaxtı.az politoloq Elşad Mirbəşiroğluna müraciət edib. Onun sözlərinə görə, Donald Tramp İsrailin baş naziri ilə görüşü zamanı da bu istiqamətdə fikirlər səsləndirib:

"ABŞ liderinin Qəzza bölgəsini nəzarətə götürməyə hazır olduğunu özünəməxsus formada ifadə etməsi birmənalı deyil. Bu o deməkdir ki, bölgədə olan bütün məsuliyyəti Birləşmiş Ştatlar öz üzərinə götürüb. Söylənilən iddialar dünya mediasında geniş tirajlanıb. Qeyd etmək lazımdır ki, sözügedən fikirlər müxtəlif dövlətlərin siyasətçiləri tərəfindən sərt iddialarla qarşılandı. Hətta demokratların təmsilçiləri də Trampın bu mövqeyini kəskin tənqid edib. Həqiqətən də, onun bu cür qərəzli yanaşmaları Yaxın Şərqdə münaqişə ocağını daha da alovlandırır, problemli geosiyasi durumu mümkün olduğu qədər pis vəziyyətə salır".

Elşad Mirbəşiroğlu: Beynəlxalq hüquq normaları Tramp tərəfindən kəskin şəkildə pozulur

Onun sözlərinə görə, Donald Trampın qəzzalıları köçürməsi ilə bağlı iddialar da siyasi gediş hesab edilməlidir. Həmsöhbətimiz bildirib ki, 2 milyondan çox qəzzalının yaşadıqları ərazidən məcburi şəkildə köçürdülməsi etnik təmizlənmə siyasətinin bir növü hesab edilir:

"Həmin ərazidə məskunlaşmış insanların taleyi sual altındadır. Donald Tramp onların hüquqlarını beynəlxalq sistem normalarını kəskin şəkildə pozaraq tapdalayır. BMT TŞ-nin bu barədə müvafiq qətnaməsi də var. Xatırladım ki, həmin sənəddə iki dövlət ideyası dəstəklənir. İki dövlət ideyası İsrail-Fələstin münaqişəsinin həlli üçün irəli sürülən beynəlxalq təkliflərdən biridir. Başlıca yanaşma ondan ibarətdir ki, yəhudilərlə müsəlman xalqı birlikdə humanitar qaydalara uyğun olaraq, münaqişəsiz regionda yaşaya bilsin. Yəni, bu qədər insanın öz yurd-yuvalarından köçürülməsi olduqca mənfi nəticələrə gətirib çıxaracaq. Artıq Trampın bu gedişi Almaniya Bundestaqında sərt tənqid atəşinə tutulub, Türkiyənin XİN rəhbəri Hakan Findan da bu fikirləri qəbuledilməz adlandırıb. Beynəlxalq reaksiyaların olması hər şeyi açıq-aydın ortaya qoyur".

Müsahibimizin fikrincə, Amerika Birləşmiş Ştatlarının Qəzzanı hansı şərtlər altında ələ keçirəcəyi müxtəlif versiyaları ortaya qoyur:

"Maraqlı və ən böyük sual doğuran məqam odur ki, Tramp Qəzzaya ordu göndərəcək, yoxsa, proksi yollara əl atacaq. Bunu isə zaman göstərəcək. Ümumi yanaşma isə həm beynəlxalq, həm yerli arealda çox kəskindir. Əslində, Donald Tramp seçki zamanı kampaniyalarında bu istiqamətdə mesajlar verib. Xalqın ümidi isə daha çox onun ABŞ-nin daxili məsələlərinə yönələcəyi istiqamətində idi. Özünü bir müddət xalqın istədiyi kimi göstərməyə çalışsa da, hakimiyyətə gəldiyi andan etibarən sərt manevr edərək hər şeyin fərqli olduğunu göstərdi. Nəticə olaraq bunu demək olar ki, həyata keçiriləcək deportasiya böyük faciələrin başlanğıcına gətirib çıxara bilər. Beynəlxalq hüquq normalarının ən kobud şəkildə pozulması yolverilməzdir".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Fevral 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri