Icma.az
close
up
RU
Trampın yeni gömrük siyasəti

Trampın yeni gömrük siyasəti

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Hələ, ötən ay D. Tramp Meksika və Kanadadan gələn məhsullara 25 faiz məbləğində dövlət rüsumu təyin etdi və qərar 2 aprel tarixindən qüvvəyə mindi.
Venesueladan neft və qaz alan Ölkələrdən idxal olunan məhsullara da eyni məbləğdə dövlət rüsumu müəyyən edən Tramp bunlar azmış kimi Dünyanın əksər ölkəsinə yüksək faizli rüsum təyin etdi, ən yüksək rüsum Çin üçün müəyyən edilmişdir - 34 faiz.
Ümumilikdə baxsaq, yeni ABŞ hakimiyyəti özünün ziddiyyətli idarəetmə siyasəti və iqtisadi islahatları ilə gündəmə gəlir.
Avropa Ölkələrinin belə yüksək faizli rüsum ödəyəcək olması şübhə deyil ki, iki siyasi güc arasında münasibətləri poza bilər.
ABŞ da Tramp hakimiyyəti hazırda demək olar ki, onilliklərdir formalaşan iqtisadi sistemi yenidən qurur və tərkibinə yeni ərazilər daxil etmək üçün ritorik çıxışlara start verib.
Panama kanalının nəzarətini ələ almaq istəyi, Kanada və Qrenlandiyanı tərkibinə keçirmək planı və Meksika, Venesuela kimi neft və qaz yataqlarının bol olduğu ölkələrə maraq yaxın gələcəkdə ABŞ ın artıq 51 ştatlı ölkə deyil, daha çoxsaylı ştatlara malik federativ dövlətə çevriləcəyinə işarə edir.
Digər tərəfdən, ABŞ nin ərazisinə daxil olan mallara təyin etdiyi rüsumun yüksəkliyi bir neçə real hədəflərin olduğunu ortaya çıxarır.
Birincisi, ABŞ çox gözəl anlayır ki, Çin istehsalı olan mallar getdikcə qlobal iqtisadi bazarın daha böyük hissəsini təşkil edir və xüsusilə, Ukrayna müharibəsindən sonra Rusiyanın Çinlə iqtisadi siyasi əlaqələri gücləndirməsi Avrasiya materikində bu iki ölkənin ticari əməliyyatlara və valyuta axınına şərait yaradır. ABŞ buna cavab olaraq yüksək faizli rüsumları təyin etmişdir ki, öz daxilində Çin malları bazara yol az tapsın tapsa da baha olsun, çünki, az gələn məhsul yüksək tələb qarşılığında baha olur - tələb artdıqca qiymətlər bahalaşır - “ticari qızıl qayda. “
Həm də ABŞ xaricdən gələn məhsulların daxili istehsalla rəqabətə girdiyini, çox vaxt ucuz olduğunu, yüksək səviyyədə tələbatda olduğunu görür və sənayesinə təkan vermək, özünü qlobal və birnömrəli iqtisadi gücə çevirmək, kənardan az məhsul daxil olan və istehsalın böyük həcminin özünə məxsus olduğu ölkə olmaq istəyir.
Qrenlandiya, Meksika, Venesuela və Kanada zəngin sərvətləri və xammalı olan ölkələrdir. Panama da yüksək gəlir gətirən keçidə malik ölkədir. ABŞ bu əraziləri tərkibinə qatıb oradakı xammalı yeni iqtisadi sistemə uyğun olaraq istehsal prosesinə cəlb edəcək və daxili bazara digər beynəlxalq dairələrin təsirini mümkün qədər azaldacaq.
Yüksək rüsumların təyini ilə Meksika, Kanada məcbur olub ABŞ ın tərkibinə keçə də bilər, çünki, özlərinin əsas iqtisadi gəliri rəsmi Vaşinqtonun bazarlarına çıxış və ticari maliyyə əməliyyatları əsasında formalaşır. Rüsumlardan sonra mənfəət əvəzinə ziyana düşməkdənsə, federativ şəkildə iqtisadi əlaqələrə davam etmək daha sərfəli sayılır.
İsa İsmayılov, siyasi şərhçi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Aprel 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri