Trampın qızı ada aldı: 1.4 milyardlıq layihə
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp əri Cared Kuşnerlə birlikdə Adriatik dənizində nəhəng ada layihəsi həyata keçirirlər.
Axar.az xəbər verir ki, bu barədə İvanka Tramp özü danışıb.
Məlumata görə, ada 1400 hektar ərazini əhatə edir və elektrik enerjisi yoxdur. Onlar bu layihəni həyata keçirmək üçün dünyanın ən tanınmış memarları ilə əməkdaşlıq edəcəklər.
“Bu layihə miqyasına görə həqiqətən də çox böyükdür”, - İvanka bildirib.
Qeyd edək ki, ötən il “Quardian” nəşri İvanka Tramp və Cared Kuşnerlə əlaqəli “Affinity Partners” şirkətinin Albaniyaya məxsus Sazan adasını aldığını və orada 1.4 milyard avro dəyərində kurort layihəsi həyata keçirdiyini yazmışdı.
Baxış sayı:175
Bu xəbər 02 İyun 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















