Trampın reytinqi ən aşağı səviyyəyə düşdü
Icma.az bildirir, Modern.az portalına istinadən.
ABŞ prezidenti Donald Trampın ictimai dəstək göstəricisi son sorğu nəticələrinə görə kəskin şəkildə azalıb.
Modern.az xəbər verir ki, "Reuters" və "Ipsos" tərəfindən aparılan sorğuya əsasən, Trampın reytinqi 36%-dən 34%-ə enərək ən aşağı səviyyəyə düşüb.
Sorğuda bildirilir ki, reytinqin düşməsinə əsas səbəblərdən biri artan yaşayış xərcləri və xüsusilə benzinin qiymətindəki yüksəlişdir. Respondentlərin 40%-dən çoxu iqtisadi vəziyyəti mənfi qiymətləndirib, Trampın iqtisadi siyasətini isə yalnız 27% dəstəkləyib. Qiymətlərin tənzimlənməsi istiqamətində atılan addımların isə cəmi 22% tərəfindən müsbət qarşılandığı qeyd olunub.
Eyni zamanda, İranla bağlı gərginlik də ictimai rəydə mənfi təsir yaradıb. Sorğu nəticələrinə görə, amerikalıların yalnız 34%-i bu istiqamətdəki siyasəti dəstəkləyir.
Baxış sayı:117
Bu xəbər 29 Aprel 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















