Icma.az
close
up
RU
“TRAMPIN RUSİYA AGENTİ OLDUĞUNU GÖSTƏRƏN 5 ƏLAMƏT VAR” VİDEO

“TRAMPIN RUSİYA AGENTİ OLDUĞUNU GÖSTƏRƏN 5 ƏLAMƏT VAR” VİDEO

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məşhur ABŞ senatorundan ilginc açıqlamalar

ABŞ Prezidenti Donald Trampın vəzifəyə gəldiyi gündən, xüsusilə də son həftədə Ukrayna ilə bağlı verdiyi qərarlar, açıqlamalar, eləcə də atdığı konkret addımlar onun Rusiyanın maraqlarına xidmət etdiyi, hətta Rusiya agenti olduğuna dair xeyli iddialara və müzakirələrə səbəb olub.

Hurriyyet.az xəbər verir ki, ABŞ-nin Oriqon ştatından olan məşhur senator Ceff Merklinin Konqresdəki dinləmələrdə dedikləri böyük marağa səbəb olub. Merkli dinləmələr zamanı Tramp administrasiyasının ABŞ Dövlət Departamentinə vəzifələr üçün irəli sürdüyü namizədlərə suallar ünvanlayıb.

Trampın Rusiya ilə mümkün əlaqələri məsələsini qaldıran senator, Prezidentin Ukrayna ilə bağlı son qərarlarını sadalayıb və namizədlərdən belə bir siyasətin Moskvanın maraqlarına uyğun olub-olmadığını soruşub. 

Merkli Tramp administrasiyası tərəfindən yüksək vəzifələrə irəli sürülən şəxslərdən birbaşa soruşub:

- Sizdən soruşmaq istəyirəm, cənab Lendo. Tramp Rusiaynın agentidirmi?

-Qətiyyən yox, cənab senator. O, Amerika xalqı tərəfindən seçilmiş ABŞ Prezidentidir.

-Bunu ona görə soruşuram ki, mənim vətənimdə bir çox insanlar mənə bu sualı verirlər. Onlar deyirlər ki, o Rusiya agenti olsaydı... Məsələn o, birincisi, müharibəni Ukraynanın başlatdığı və Zelenskinin diktator olduğu barədə Rusiyanın təbliğatını yayıb.

İkincisi, o, danışıqların əsas detallarını hələ danışıqlar başlamadan açıb. Təminat verib ki, ABŞ Ukraynanın NATO-ya üzvlüyünün qəti əleyhinə olacaq. 

Üçüncüsü, Ukraynaya silah tədarükünü dayandırıb. Bununla da onun yaxın təchizat xətləri və böyük resursları olan işğalçı qonşusu qarşısında müdafiə olunmaq qabiliyyətini sarsıdıb.

Dördüncüsü, o, Avropa ilə tərəfdaşlığı sarsıdıb. Hansı ki, son 80 ildə bu, təhlükəsizliyin təminatı üçün vacib olub. Bu da Putinin başlıca hədəfidir.

Daha sonra o, Zelenskini beynəlxalq arenada gözdən salmaq üçün hər şey edib. Bunu biabırçı mətbuat konfransı təşkil edərək, vitse-prezidentlə birgə Zelenskinin üzərinə hücum etməklə edib. Mən təsəvvür edə bilmirəm ki, o(Tramp), Rusiya agenti olsaydı, Rusiya üçün bu 5 bənddən daha artıq nə edə bilərdi? Hansısa Rusiya agenti daha nə edə bilərdi ki, bunu Tramp indiyə qədər etməyib?

-Cənab senator, Prezident açıq anladıb ki, onun əsas məqsədi sülh əldə etməyə və bu qəddar müharibəyə son qoymağa çalışmaqdır. Mən bilirəm ki, siz qəddarlıqla tanışsınız. İndi Ukraynanın şərqində Birinci Dünya Müharibəsindəki kimi səngər müharibəsi gedir. Prezident olduqca istedadlı müzakirəçidir. O, bütün bəşəriyyətdə yəqin, yeganə adamdır ki, bunu dayandıra bilər. Prezident bunu anlayır və bu, onun sövdələşməsinin bir hissəsidir...

-Təşəkkür edirəm. Amma siz mən qaldırdığım mövzudan yayındınız.

Daha sonra senator üzünü digər namizədə tutaraq soruşub:

-Cənab Uitaker, Prezidentin etdiyi bu beş əməl nədən Putin üçün çox sərfəli, Ukrayna və bizim Avropa ilə tərəfdaşlığımız üçünsə çox zərərlidir? Siz bunları dəstəkləyirsinizmi?

-Senator, icazə verin sizin formalaşdırdığınız bu 5 şey ilə razılaşmayım. Bilirsinizmi, 2022-ci ildə prezident Donald Tramp olsaydı, Ukraynada bu müharibə olmayacaqdı. Ukraynada müharibə Co Baydenin zəifliyindən baş verdi...

-Fikrimcə bu, mənim verdiyim suala cavab olmadı. Bəlkə də başqa bir vaxt televiziyada öz nöqteyi-nəzərinizi açıqalya bilərsiniz. Siz sadəcə, mənim sualıma cavab verə bilərsinizmi? Siz Trampın Oval Kabinetdə Rusiya təbliğatı ilə məşğul olmasından başlayaraq etdiyi 5 şeylə razısınızmı?

-Mən burada kimlərəsə “yarlık” asmaq üçün deyiləm. Biz çox vacib sülh danışıqları prosesindəyik...

-Oldu. Təşəkkür edirəm. Mən ümid edirəm ki, bizdə elə bir administrasiya olacaq ki, Ukrayna üçün maksimum sərfəli razılaşma əldə edilməsi üzərində işləyəcək. Ancaq Rusiya agenti onun üzərində işləyərdi ki, Rusiya üçün maksimum sərfəli razılaşmaya nail olsun. Belə görünür ki, Donald Tramp da məhz bunu edir.

Video linkdə: https://www.facebook.com/ceyhun.novruzov.14/videos...

AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Mart 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri