Icma.az
close
up
RU
Trampın səbri artıq bu həftə tükənə bilər VİDEO

Trampın səbri artıq bu həftə tükənə bilər VİDEO

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Wall Street Journal (WSJ)” nəşri belə məlumat yayıb.
“Məhdudiyyətlər, həyata keçirilsə, yeni bank sanksiyalarını əhatə etməyəcək. Lakin Rusiya lideri Vladimir Putinə danışıqlar masası arxasında güzəştə getməsi, o cümlədən Moskvanın ardıcıl şəkildə rədd etdiyi 30 günlük atəşkəsə razılıq verməsi üçün təzyiq göstərməyin digər variantları müzakirə olunur”, - qəzet yazır.
Xatırladaq ki, həftəsonu Rusiyanın Ukraynaya kütləvi zərbələrindən sonra Tramp Moskvaya qarşı sanksiyaları nəzərdən keçirdiyini bildirib. Daha sonra o, Putini yenidən sərt şəkildə tənqid edərək, Rusiya liderinin “tamamilə ağlını itirdiyini” və Ukraynada “lazımsız olaraq çoxlu insanı öldürdüyünü” düşündüyünü deyib.
- Mən həmişə demişəm ki, o, Ukraynanaın təkcə bir hissəsini deyil, hamısını istəyir və bəlkə də bu doğrudur. Amma bunu əldə etsə, bu, Rusiyanın süqutuna səbəb olacaq!” – Amerika lideri deyib.
Tramp Putini qınayıb və yeni sanksiyalarla hədələyib - VİDEO Qəzetin mənbələrinin iddiasına görə, Donald Tramp sülh yolu ilə nizamlanma cəhdlərindən yorulub və səyləri nəticə verməsə, onlardan əl çəkməyi düşünür. Eyni zamanda, Vaşinqtonun danışıqlar prosesindən çıxacağı təqdirdə nə baş verəcəyi, Trampın Kiyevə hərbi dəstəyini davam etdirib-etdirməyəcəyi hələ aydın deyil.
“Prezident Tramp danışıqlar yolu ilə sülh sazişi görmək istədiyini açıq şəkildə bildirib”, - Ağ Evin mətbuat katibi Kerolayn Livitt, Öz növbəsində, “WSJ”yə açıqlamasında vurğulayıb.
Daha əvvəl Vaşinqtonun danışıqlardan çıxa biləcəyi barədə “The New York Times (NYT)” qəzeti yazmışdı. Lakin nəşrin mənbələrinin dediyinə görə, Tramp Avropa liderlərinə Moskvaya qarşı sanksiyaların tətbiqi təzyiqlərini artırmaq niyyətində olmadığını açıq şəkildə bəyan edib.
Trampın bir gün əvvəl Putin haqqında söylədiyi sərt sözlərə cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-yə vasitəçilik səylərinə görə təşəkkür edib.
- Bu, tamamilə hər kəs üçün həddən artıq emosional yüklənmə və emosional reaksiyalarla əlaqəli çox vacib bir məqamdır. Biz bütün reaksiyaları diqqətlə izləyirik”, - Kremlin sözçüsü söyləyib.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://azvision.az
archiveBu xəbər 27 May 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri