Icma.az
close
up
RU
Trampın strategiyası Tehran hakimiyyətinin köklü transformasiyası və ya tamamilə dəyişməsi ilə başa çata bilər

Trampın strategiyası Tehran hakimiyyətinin köklü transformasiyası və ya tamamilə dəyişməsi ilə başa çata bilər

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp İrandakı mövcud rejimin sona çatmalı olduğunu iddia etdi və "yeni liderlik" çağırışı etdi. Trampın açıqlaması, İranın Ali Lideri Əli Xameneinin sosial mediada paylaşdığı mesajların oxunmasından sonra gəldi. Mesajlarda ABŞ-ın İrandakı zorakılığa görə günahlandırıldığı bildirilirdi. "Politico"ya verdiyi müsahibədə Tramp Xameneini ölkənin idarəçiliyinə görə məsuliyyət daşıdığını bildirərək, "İranda yeni bir lider axtarmağın vaxtıdır" dedi. Tramp İran rejiminin zülm və zorakılığa əsaslandığını iddia etdi. Xameneiyə toxunan Tramp dedi: "Bir ölkənin lideri kimi onun günahı ölkəsinin tamamilə məhv edilməsi və görünməmiş səviyyədə zorakılıqdan istifadə etməsidir".

Tramp iddia etdi ki, İran rejimi gücünü qorumaq üçün zorakılığa əl atır və əlavə etdi: "Ölkənin çox aşağı səviyyədə işləməsini təmin etmək üçün rəhbərlik, nəzarəti qorumaq üçün minlərlə insanı öldürmək əvəzinə, ABŞ-ı idarə etdiyim kimi, ölkəni düzgün idarə etməyə diqqət yetirməlidir".

ABŞ prezidenti liderliyin məcburiyyət yolu ilə deyil, hörmət yolu ilə həyata keçirilməli olduğunu iddia edərək, "Liderlik qorxu və ölüm deyil, hörmətlə bağlıdır" dedi.

Qeyd edək ki, İran lideri Xamenei özünün "X" hesabındakı paylaşımlarında ABŞ prezidentini İrandakı insan itkisinə və qeyri-sabitliyə görə məsuliyyət daşıdığını bildirib və ABŞ-ninİran xalqını təhrif etdiyini vurğulayıb.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Trampın "İranda yeni lider axtarmağın vaxtıdır" ifadəsi sadə ritorik deyil, "Ağ Ev"in İrana qarşı strategiyasının mərkəzində hakimiyyət dəyişikliği gündəminin durduğunun açıq elanıdır.

Tural İsmayılov

“Bu ifadə bir neçə mənanı özündə birləşdirir: birincisi, mövcud Tehran hakimiyyəti ilə heç bir razılaşmanın mümkün olmadığı mesajı; ikincisi, ABŞ-ın İran daxilində alternativ axtarışında olduğu siqnalı; üçüncüsü, maksimum təzyiq strategiyasının son məqsədinin nüvə danışıqları deyil, İslamçı hakimiyyətin dəyişdirilməsi olduğunun təsdiqi”-deyən politoloq qeyd edib ki, Tramp İranla danışıqlar aparmaq istəmir, İslamçı hakimiyyətin süqutunu istəyir.

“2018-ci ildə nüvə razılaşmasından birtərəfli çıxışı, "maksimum təzyiq" kampaniyası, Qasım Süleymaninin öldürülməsi, sanksiyaların kəskinləşdirilməsi və iqtisadi mühasirənin genişləndirilməsi hamısı eyni strategiyanın komponentləridir. Bu baxımdan onun strategiyası ancaq Tehran hakimiyyətinin köklü transformasiyası və ya tamamilə dəyişməsi ilə başa çata bilər”-deyə Tural İsmayılov bildirib.

İranda yeni lider axtarışının mövcud namizədlər arasında olub-olmaması məsələsinə gəldikdə, Tural İsmayılov vurğulayıb ki, cavab birmənalı şəkildə "xeyr"dir, çünki Pezeşkian və Rza Pəhləvi variantları ABŞ-nin strategiyasına uyğun gəlmir və heç biri real alternativ deyil: “Məsud Pezeşkian mövcud İran prezidentidir, lakin o, sistemin daxilindən gələn "islahatçı" kimi təqdim olunsa da, İslam Respublikası strukturunun məhsuludur. O, Xameneinin razılığı ilə seçilib və real hakimiyyət onun əlində deyil. İranda prezident texniki icraçı rolunu oynayır, əsl qərarları Ali Rəhbər, Keşikçilər Korpusu və dini elita qəbul edir. Pezeşkianın hakimiyyətə gəlişi heç bir struktural dəyişiklik gətirməyib və ABŞ üçün o, köhnə sistemin yeni üzüdür.

Rza Pəhləvi isə başqa problemlərlə üzləşir. O, sürgündə yaşayan, 1979-cu il inqilabından əvvəl devrilmiş Pəhləvi sülaləsinin varisidir. Qərbdə, xüsusən ABŞ-da müəyyən dəstəyə malik olsa da, İran daxilində onun real nüfuzu və təşkilati strukturu yoxdur. İran xalqının böyük hissəsi üçün Pəhləvi adı keçmişlə, monarxiya ilə və bəzi hallarda SAVAK kimi repressiv strukturlarla əlaqələndirilir. Pəhləvi özünü demokrat kimi təqdim etsə də, onun daxildə kütləvi dəstəyə malik olduğunu göstərən heç bir sübutumuz yoxdur. Əksinə, 2022-ci il Məhsə Əmini etirazları zamanı küçələrdə Pəhləvi şüarları eşidilmədi, insanlar monarxiyanı yox, azadlığı tələb edirdi. Pəhləvi ABŞ üçün lobbiçidir, ancaq İran üçün real lider deyil”.

Tural İsmayılov qeyd edib ki, ABŞ-ın strategiyası yeni namizəd axtarışındadır, ancaq bu axtarış klassik mənada namizəd tapma prosesi deyil: “Vaşinqton İranda özbaşına lider yarada bilməz, çünki İran cəmiyyəti mürəkkəbdir və xarici patronajlı liderə qarşı güclü immunitetə malikdir. 1953-cü il çevrilişi və Mossadeq süqutundan sonra İran xalqı ABŞ müdaxiləsinə qarşı dərin inam böhranı yaşayır. Hər hansı siyasətçi, əgər ABŞ dəstəyi aldığı aşkar olarsa, dərhal "xarici agent" kimi damğalanır və ictimai dəstəyini itirir. Bu səbəbdən ABŞ-ın strategiyası birbaşa namizəd yaratmaq deyil, İran daxilində mövcud hakimiyyətə alternativ ola biləcək qüvvələri güclətmək və müxtəlif müxalifət qruplarını dəstəkləməkdir”.

Politoloqun fikrincə, İran müxalifəti çox parçalıdır: “Sekulyar demokratlar, sosial-demokratlar, kürd təşkilatları, əhvəzli ərəb qrupları, bəluci hərəkatları, monarxistlər, kommunistlər, dini azlıqlar, qadın hüquqları müdafiəçiləri və gənc fəallar hamısı müxtəlif gündəmlərə malikdir. Bu qruplar arasında vahid lider və ya vahid proqram yoxdur. ABŞ bu şəraitdə konkret şəxsə deyil, prosesə investisiya edir. Məqsəd İran daxilində mövcud hakimiyyətə qarşı narazılığı artırmaq, etiraz potensialını gücləndirmək və hakimiyyətin iqtisadi çətinliklər və ictimai təzyiq altında öz-özünə çökməsini təmin etməkdir”.

“Trampın strategiyası Sovet İttifaqının dağılması modelinə bənzəyir. 1980-ci illərdə ABŞ Sovetə qarşı birbaşa hərbi əməliyyat aparmadı, ancaq iqtisadi mühasirə, silahlanma yarışı, ideoloji mübarizə və daxili müxalifətin dəstəklənməsi yolu ilə sistemi daxildən zəiflətdi. İrana qarşı da oxşar taktika tətbiq edilir: neft ixracının məhdudlaşdırılması, maliyyə sektorunun izolyasiyası, texnologiya transferinin qarşısının alınması, regional müttəfiqlərin zəiflədilməsi və xalqın sosial-iqtisadi narazılığının artırılması. Bu təzyiq altında İran iqtisadiyyatı məhv olur, valyuta dəyərsizləşir, inflyasiya səmaya qalxır, işsizlik artır və ictimai narazılıq dərinləşir”-deyə Tural İsmayılov bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Yanvar 2026 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see213

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see138

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see132

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see132

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri