Icma.az
close
up
RU
Trampın sülh planı nə vəd edir: Sülh yoxsa, yeni təhlükələr

Trampın sülh planı nə vəd edir: Sülh yoxsa, yeni təhlükələr

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Trampın Rusiya-Ukrayna müharibəsinin bitməsi və atəşkəsin əldə olunması istiqamətində təklif etdiyi  28 bəndlik sülh planının müsbət məqamlarala yanaşı, təhlükəli məqamları da var. 

Müsbət cəhətlər:
-Plan atəşkəsin dərhal baş verməsini nəzərdə tutur ki, bu da münaqişə cərəyan edən tərəflər üçün konkret “dayanma” mexanizmi yaradır. 
-Humanitar məsələlər (əsirlərin mübadiləsi, girovların azad edilməsi, uşaqların geri qaytarılması) planın mərkəzindədir. Təhlükəsizlik zəmanətləri nəzərdə tutulur, yəni Ukrayna tərəfi müəyyən “qarantlar” almalıdır. 
-Nüvə silahları üzrə razılaşmaların uzadılması plan daxilindədir. Bu da geniş beynəlxalq sabitlik üçün mühüm məqamdır. 

Amma böyük risklər də var:
-Ərazi itkiləri: Krım, Donetsk, Luqansk kimi regionların “de-fakto Rusiya” kimi tanınması Ukraynanın suverenliyinin ciddi məhdudlaşması deməkdir. Silahlı qüvvələrin məhdudlaşdırılması Ukraynanın müdafiə qabiliyyətini zəiflədə bilər. 
-NATO-ya qoşulmaq quruluşu konstitusiyaya salınacaqdan imtina edilməsi, Ukraynanın gələcəkdə Qərb müdafiə strukturlarına inteqrasiyasını uzun müddətə bloklaya bilər. 

-Sülh Şurasının liderliyi (Tramp tərəfindən)- qeyri-neytrallıq riski, maraqların qərəzlə qorunması mümkündür.
-Təhlükəsizlik zəmanətləri  müəyyən şərtlər daxilindədir. Yəni planın bəzi maddələrində Ukraynaya verilən zəmanətlər, müəyyən “qayda pozuntularında” ləğv oluna bilər (“pozuntu halında sanksiyalar bərpa ediləcək” kimi). 
-Amnistiya bəndinə əsasən müharibənin gedişində törədilən hərəkətlər üçün tam amnistiyanın verilməsi, gələcəkdə ədalət və məsuliyyət prinsipini zəiflədə bilər.

Nəticə etibarilə, plan atəşkəsə səbəb ola biləcək elementlər olsa da, amma onun xüsusilə  də Ukrayna üçün “dayanıqlı sülhə” gətirib çıxması çox çətin görünür.  

Birincisi,  bu sənəd faktiki olaraq  heç bir tərəfi qane etmir.  
İkincisi, sənəd Ukraynanın ərazi bütövlüyünün itirilməsi deməkdir ki, Kiyevə də bununla barışması  həyati və ölüm-dirim məsələsidir.  Ukraynanın ərazi itkisi dayanıqlı sülh demək deyil. 

Üçüncüsü, Kiyevin  belə bir sənədlə hesablaşması təkcə Ukrayna üçün deyil, Moskvanın yenidən revanşına yol açması  və yeni qlobal geosiyasi reallığın yaranmasına gətirib çıxara bilər ki. bu nəinki Ukrayna və Avropaya, o cümlədən post-sovet ölkələri üçün də təhdidlər yaradır.  Bu həm də ABŞ-ın strateji maraqları üçün təhdiddir.
Amma münaqişənin dondurulmasının üstün cəhətləri də var. Belə ki, Ukrayna  yenidən özünü bərpa edib gücləndirmək üçün imkanlar əldə edir.  Təklif olunan plana uyğun olaraq bərpa investisiyaları üçün 100 mlrd dollar nəzərdə tutulur. Ukrayna bunu həm də fürsətə çevirə bilər. 
Nəticə olaraq Trampın bu planını Rusiya-Ukrayna müharibəsində dayanıqlı sülhə deyil, əslində yaxın perspektivdəki hədəfləri reallaşdırmağa xidmət edir.

Trampın sülh planının arxasında bir neçə strateji və siyasi motivasiya ola bilər: Bu realpolitik, geopolitik  və siyasi piar strategiyası daşyır.  Trampın əsas hədəfi bununla özünü dünyada “sülh göyərçini” kimi təqdim etməyə çalışır. Bunu həm də daxili siyasətdə strateji qalibiyyət kimi təqdim etməyə çalışır. 

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Noyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri