Icma.az
close
up
RU
Trampın “Yeni Amerika Xəritəsi”: Sülh, yoxsa Müharibə?

Trampın “Yeni Amerika Xəritəsi”: Sülh, yoxsa Müharibə?

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Kanadanın ABŞ-yə birləşdiyi yeni xəritəni paylaşıb. Hər kəs Trampın müharibə fikrində olmadığını, ancaq iqtisadi maraqlar  üçün addımlar atacağını desə də, görünür o da digər böyük güclər kimi yeni ərazilər zəbt etmək fikrindədir. Bəs Kanada ABŞ -ın 51-ci ştatı olacaqmı? Bu sülh, yoxsa hərbi yolla olacaq?

 Bu barədə Moderator.az-a danışan politoloq Tofiq Abbasov  qeyd edib ki, Donald Trampın artıq bir neçə dəfə çox gurultulu səslə anonsları eşidilib ki, o müharibələrə son qoyacaq, əsas  məsələləri Amerika siyasəti daxilində həll edəcək:

“Tramp hələ səlahiyyətlərinin icrasına başlamadan çox təhlükəli planlar səsləndirir. Panama kanalı üzərində nəzarətin bərpası, Kanadanın ABŞ-yə  birləşdirilməsi və sair. Dgər tərəfdən də İranı hədələyir. Bu onu göstərir ki, Amerika istər Trampın dövründə, istər ondan sonra da  hegemon dövlət  siyasətini davam etdirəcək və onlar çalışacaqlar  ki, öz nüfuzlarını dünyada möhkəmləndirsinlər. Əslində, Tramp qeyri - adi yanaşması  ilə bir növ Amerika Birləşmiş Ştatlarının beşinci prezidenti Ceyms Monronun gedişini təkrarlayır. O, ilk Amerika prezidenti idi ki, dövlətinin xarici siyasət konsepsiyasını artıq yazıb dərc etmişdi. O bildirirdi ki, Amerika Birləşmiş Ştatları fövqəldövlətdir və o gərək Avropa məmləkətlərinin müstəmləkəçi siyasətinə bir sədd qoysun. Onun əsas  baxışlarından biri o idi ki, Amerika Birləşmiş Ştatları  Qərb yarımkürəsində bütün proseslərin müqəddəratını öz məsuliyyətinə götürsün. Yəni biz Avropanın işlərinə qarışmayacayıq, Avropada bizim işlərimizə qarışmasın”.

Politoloq hesab edir ki, Tramp məhz Ceyms Manronun yolu ilə getmək istəyir:

 “ Tramp bir növ  Avropaya bildirir ki, mən bir qədər öz münasibətimi,  nəzarətimi sizdən azaldacam, amma sizi də qoymayacam ki,  Amerikanın işlərinə qarışasınız. Yəni Amerikanın -  həm şimalın, həm cənubun  gedişatını, idarəçiliyini, məsuliyyətini mən öz üzərimə götürəcəyəm. Artıq Kanada Trampın bu planlarını sərt reaksiya ilə  qarşılayır. Kanada Britaniyanın nəzarətində olan dövlət statusuna malik ərazidir. Kanadanın  qanunvericiliyi Britaniyanın kralını öz rəhbəri kimi təsbit edir. Yəni baş nazir - hökumətin başçısı, amma dövlət başçısı kimi Britaniyanın kral mövqeyində olan şəxsdir. Kanadanın  artıq oturuşmuş institutları var. Kanada müstəqil dövlət kimi özünü aparır baxmayaraq ki, Britaniyanın təsiri altındadır, onun dominionudu. İndiki baş nazir Trüdo Trampın Kanadanı ABŞ-nin 51-ci ştatı olacaq sözlərinə  çox sərt reaksiya verib. Bu onu göstərir ki, Amerika ilə Kanada arasında çox böyük qarşıdurmalar da ola bilər. Bu heç də iki ölkə üçün yaxşı bir perspektiv vəd etmir. 1860-cı illərdə bu iki ölkənin arasında çox ciddi ərazi mübahisələri var idi. Heç bir tərəfdən – nə şimalda olan Kanada, nə cənubunda olan Amerika Birləşmiş Ştatları güzəştə getmək istəmirdilər. O zaman iki tərəfin məsul nümayəndələri ikili  xəritələri tərtib edib öz ictimai qruplarına təqdim etdilər. Bununla da iki ölkə arasında gərgin mübahisələrə son qoyuldu. Yəni ikitərəfli münasibətlərdə çox gərgin, mübahisəli məqamlar, qarşıdurmalar olub”.

T.Abbasov onu da əlavə edib ki, Donald Tramp çalışır ki, bu gərginlikləri yenidən gündəmə gətirsin:

“ Amerika xalqı  Trampın bu fikirlərini necə qarşılayacağını zaman göstərəcək. Səlahiyyətlərinin icrasına başlamamış Donald Tramp  gərginlik yaradır və bu heç də yaxşı göstərici deyil. Çünki onsuz da  qlobal dünyanın vəziyyəti bir o qədər də sabit deyil. Qarşıdurmaların, gərgin bölgələrin sayı durmadan artır. Təsadüfi deyil ki, insanlar, ekspertlər, siyasətçilər Üçüncü Dünya Müharibəsinin olacağını istisna etmirlər. Yəni elə bir mexanizm, yanaşma yoxdur ki, bir gündə  bir plan cızılsın və bütün bu gərginliklər hamısı aradan qaldırılsın. Planların hamısını mərhələli şəkildə həll etmək lazımdır. Yəni hər bir bölgənin özünəməxsus spesifik göstəriciləri var və onların da problemlərini həll etməkdən ötrü gərək tərəflər qeyri - adi qərarlar qəbul etsinlər, yanaşmalar tətbiq etsinlər. Bu baxımdan da çox təəssüf ki,  Tramp belə bir lazımsız dedi - qodulara imkanlar yaradır. Bu heç də yaxşı bir başlanğıc deyil, əksinə Tramp həqiqətən də işgüzarlıq keyfiyyətlərinə arxalanaraq Amerikanın yenidən gücünü qaytarmaq istəyirsə, o gərək  aram- aram hərəkət etsin. Digər tərəfdən, ABŞ-nin yeni Prezidenti  gərək bu tikanlı  ideyalarını açıqlamasın,  xalqların da mənliyinə toxunmasın. Tramp gərək göstərsin ki, o, həqiqətən də praqmatizmə yaxın ola biləcək adamdır”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Yanvar 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri