Icma.az
close
up
RU
Trampın sülh planının iflası, yoxsa maraqların toqquşması

Trampın sülh planının iflası, yoxsa maraqların toqquşması

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya–Ukrayna müharibəsində ABŞ prezidenti Donald Trampın hazırladığı 28 bəndlik sülh planı gözlənildiyi kimi nəticə vermədi. Noyabrın 27-dək nəzərdə tutulan müddət başa çatsa da, Moskva və Kiyev arasında konsensus əldə olunmadı və plan faktiki olaraq iflasa uğradı. Bu nəticə həm ABŞ administrasiyası, həm də qlobal güclər arasında güc balansı baxımından yeni geosiyasi reallıqlar formalaşdırır.

Trampın sülh planının iflasını şərtləndirən amillər isə  bunlardır:
Ukrayna tərəfi sənədin bəzi texniki detallarına razı olsa da, üç əsas sahədə güzəştə getmədi:
•    Kiyev işğal olunmuş ərazi güzəştini Rusiya tərəfindən legitimləşdirilməsini qəbul etmir;
•    NATO və Aİ-yə inteqrasiya Kiyev üçün təhlükəsizlik zəmanətləri məhz bu platformalara üzvlükdən keçir.
•    Ordunun sayının və imkanlarının məhdudlaşdırılması  uzunmüddətli təhlükəsizliyi zəiflədən faktor kimi dəyərləndirilir.

Bu istiqamətlərdə kompromisin mümkünsüzlüyü Trampın diplomatik səylərinin uğursuzluğuna səbəb olan əsas amildir.
Brüsselin təklif etdiyi alternativ sülh planı formal olaraq fərqlənsə də, əslində Trampın təklifinin eyni çərçivəsini qoruyur:
•    Uzunmüddətli təhlükəsizlik mexanizminə malik  atəşkəs,
•    Ərazi güzəştlərinə əsaslanan kompromis,
•    Təhlükəsizlik zəmanət paketləri,
•    Ukrayna ordusuna dəstək.
Onu da qeyd etmək laızmdır ki, Aİ daxilində Ukrayna müharibəsi ilə bağlı vahid mövqe yoxdur. Şərqi Avropa sərt, Almaniya və Fransa isə daha kompromis yönlü xətdə dayanır. Bu parçalanma Aİ planının təsir gücünü zəiflədir.

Moskvanın imtinası: Prosesin uzanması Kremlin maraqlarına xidmət edir
Tramp planının iflasında Kreml faktoru həlledici rol oynadı. Moskva prosesi uzatma strategiyasına üstünlük verir:
•    Cəbhədə yeni taktiki üstünlüklər qazanmaq,
•    Danışıqlara daha əlverişli mövqedən qayıtmaq,
•    Qərbin Ukraynaya dəstəyini tükəndirmək,
•    ABŞ administrasiyasını daxili-siyasi çətinliklər qarşısında qoymaq.
Rusiya üçün uzun müharibə qısamüddətli sülhdən daha sərfəlidir.
Çinin qazancı: Pekinin yeni dünya düzənindəki mövqeyini gücləndirməsi

Çin müharibənin uzanmasından ən çox fayda götürən aktordur. Pekinin maraqları çoxşaxəlidir:
1.     Diqqətini yayındırılması Vaşinqtonun əsas strateji rəqibi olan Çinə yönələcək təzyiq gecikdirir.
2.    “Bir kəmər, bir yol” layihələrinin genişlənməsi Çinin  Avrasiyada təsirinin artması üçün yeni imkanlar yaradır.
3.    Rusiyanın daha çox asılı hala gəlməsi isə  Moskvanın zəifləməsi Pekin üçün iqtisadi-siyasi plastarm  yaradır.
4.    Sülh təşəbbüslərinə təsir etməklə Çin Moskvanı danışıqlarda tələsməməyə təşviq edir.
Pekin sülhün əldə olunmasını strateji risk, müharibənin uzanmasını isə fürsət kimi dəyərləndirir.
Tramp administrasiyası üçün zərbə: Yeni dünya düzənində liderlik böhranı
Trampın sülh planının uğursuzluğu Vaşinqton üçün bir sıra ciddi nəticə doğurur:
•    ABŞ-ın qlobal vasitəçilik roluna zərbə vurulur;
•    Tramp administrasiyasının siyasi reytinqi zəifləyir;
•    Çinin qlobal güc kimi meydana çıxmasının qarşısını almaq prosesi ləngiyir;
•    NATO daxilində fikir ayrılıqları dərinləşir.
Trampın əsas məqsədi Ukrayna müharibəsini tez bir zamanda bitirib diqqəti Çinə yönəltmək idi. Lakin planın çöküşü bu strategiyanın gerçəkləşməsini qeyri-müəyyən vaxta ertələmiş olur.
Sızdırılan danışıqlar: Uğursuzluğun sığortalanması

Uitkof və Uşakov xətti üzrə danışıqların informasiya məkanına sızdırılması ABŞ tərəfindən planın uğursuzluğunu Moskvanın destruktiv davranışı ilə izah etməyə yönəlmiş PR addımı kimi qiymətləndirilir. Bu sızma diplomatik fiaskonun reputasiya itkilərini azaltmaq məqsədi daşıyır.
Nəticədə isə sülh yox, daha dərin geosiyasi qarşıdurma yaranır.
Trampın sülh planının iflası Ukrayna müharibəsinin hələ uzun müddət davam edəcəyini göstərir. Bu münaqişə artıq regional deyil, qlobal güclərin strateji qarşıdurmasının mərkəzi elementinə çevrilib. Müharibənin uzanması:
•    Rusiyaya taktiki üstünlük verir,
•    Çinin qlobal yüksəlişinə şərait yaradır,
•    Avropanı zəiflədir,
•    ABŞ-ın liderlik mövqelərini sarsıdır.
Bütün bunlar göstərir ki, yaxın perspektivdə sülhün əldə olunması real görünmür və münaqişə yeni güc balansının müəyyənləşdiyi geopolitik mübarizənin mühüm hissəsi olaraq qalacaq.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Noyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri