Icma.az
close
up
RU
Trampın ərazi iddiaları: Geosiyasi maraqların müdafiəsi, yoxsa...

Trampın ərazi iddiaları: Geosiyasi maraqların müdafiəsi, yoxsa...

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın Panama kanalı ilə bağlı son açıqlamaları beynəlxalq gündəmdə yeni müzakirələrə yol açıb.

Tramp vəzifəyə gəldikdən sonra Endryus Birgə Bazasında jurnalistlərə verdiyi ilk bəyanatında kanalın Çin tərəfindən idarə olunduğunu iddia edərək, ABŞ-nin onu geri alacağını vurğulayıb. Buna cavab olaraq Panama Prezidenti Xose Raul Mulino Trampın sözlərini təkzib edib və kanalın Panamaya məxsus olduğunu bildirib. Bu açıqlamalar fonunda Panama kanalının strateji əhəmiyyəti və Çin-ABŞ münasibətləri bir daha diqqət mərkəzinə düşüb.

Panama kanalının taleyi necə olacaq? Bu addımlar niyə atılır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Donald Tramp tək bu istiqamətdə yox, bir çox istiqamətlərdə rəqib dövlətlərə hücumlara başlayıb:

"O, hakimiyyətə gəlməmişdən əvvəl, xüsusilə də seçki kampaniyası dövründə bu istiqamətdə müxtəlif mesajlar verib və ABŞ-nin qlobal mövqeyini gücləndirməyə yönəlmiş ritorika ilə çıxış edib. Lakin vəzifə səlahiyyətlərini icra etməyə başladıqdan sonra bu mövzuda konkret addımları artır, ABŞ-nin geosiyasi maraqlarını açıq şəkildə müdafiə etməyə başlayıb. Artıq Tramp administrasiyası təkcə Panama kanalına deyil, Kanadaya qarşı ərazi iddiaları irəli sürür, Arktika regionunda təsirini artırmağa çalışır və hətta Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi məsələsi də gündəmə gətirilir. Trampın bu cür addımları onun administrasiyasının xarici siyasətdə sərt və iddialı mövqe sərgilədiyini göstərir".

Elçin Xalidbəyli: Ağ Ev rəhbəri mövqeyini açıq şəkildə ifadə edir

Onun sözlərinə görə, Panama kanalı ilə bağlı problemin yaranması məsələsində bir çox nüanslar var:

"Çinin bu ərazini uzunmüddətli icarəyə götürməsi ABŞ-ni aqressivləşdirir və Vaşinqton bunu öz geosiyasi maraqlarına təhdid kimi görür. Amerika administrasiyası hesab edir ki, Panama kanalı ölkənin əsas beynəlxalq rəqibi olan dövlətin nəzarətində olmamalıdır, çünki bu, Çin üçün həm iqtisadi, həm də hərbi üstünlüklər yarada bilər. Panamanın geostrateji əhəmiyyəti nəzərə alındıqda, ABŞ bu kanalın verdiyi imkanlardan tam şəkildə yararlanmaq istəyir və bölgədəki təsirini qorumağa çalışır. Bu səbəbdən Çin şirkətlərinin bölgədəki fəallığını məhdudlaşdırmaq və Panamaya təzyiqləri artırmaq üçün müxtəlif vasitələrdən istifadə edilir. Donald Trampın sərgilədiyi mövqe də bunu açıq şəkildə nümayiş etdirir – o, Panama kanalının Çinə yox, məhz Panamaya verildiyini bəyan edərək, ABŞ-ın kanala yenidən nəzarət etməli olduğunu vurğulayır".

Politoloq ABŞ-nin Panama kanalına dair sərt mövqe tutacağının əvvəlcədən gözlənilən olduğunu vurğulayıb. Müsahibimizin fikrincə, Panama kanalı ətrafında baş verən bu gərginlik qlobal güc balansına təsir edən daha geniş qarşıdurmanın bir hissəsinə çevrilə bilər:

"Ağ Ev rəhbəri artıq bu mövqeyini açıq şəkildə ifadə edir və konkret addımlar atmağa başlayır. Bu isə beynəlxalq arenada ciddi müzakirələrə səbəb olmaqla yanaşı, ABŞ-nin həm Çin, həm də Latın Amerikası ölkələri ilə münasibətlərində yeni gərginliklər yarada bilər. Eyni zamanda, bu gərginlik təkcə Panama ilə məhdudlaşmır, çünki Vaşinqtonun Latın Amerikasında artan təsir uğrunda Pekinlə mübarizəsi daha da güclənə bilər. Bu proses regionda yeni siyasi bloklaşmalara yol aça və böyük güclər arasında nüfuz savaşını daha da kəskinləşdirə bilər. Çin isə öz növbəsində Latın Amerikasındakı iqtisadi və diplomatik təsirini möhkəmləndirmək üçün əks tədbirlər görmək məcburiyyətində qala bilər".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Fevral 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri