Icma.az
close
up
RU
Trampın tarif xəbərdarlığı: Qlobal iqtisadi risklər artır

Trampın tarif xəbərdarlığı: Qlobal iqtisadi risklər artır

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranla ticarət edən ölkələrin ABŞ-yə ixrac etdiyi məhsullara 25% tarif tətbiq edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu xəbərdarlığı ABŞ prezidenti Donald Tramp edib.

ABŞ-nin yeni tarif planları investorları təhlükəsiz aktivlərə yönəldib, nəticədə qızıl və gümüş qiymətləri rekord səviyyəyə yüksəlib. Dollar isə bazarlarda təzyiq altında qalıb.

Qlobal bazarlardakı bu dalğalanma uzunmüddətli iqtisadi risklərə səbəb ola bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sabiq maliyyə naziri Fikrət Yusifov bildirib ki, ABŞ-nin əsas müharibəsi dünya hegomonluğu yolunda onun qarşısına çıxa biləcək Çin ilədir.

Onun sözlərinə görə, Birləşmiş Ştatların xarici siyasətinin əsas hədəflərindən biri Avroasiya məkanında özündən qabağa kiminsə keçməsinə imkan verməməkdir:

"Bu gün dünyanın hansı bölgəsində baş verməsindən asılı olmayaraq, yaşanan qaşıdurmalar və qanlı müharibələr ABŞ və Çinin kommunikasiyalara və resurslara nəzarət etmək yolundakı çarpışmasının nəticəsində baş verən hadisələrdir. Yəni,  iki nəhəng arasında gedən müharibənin ayrı-ayrı epizodlarıdır. Bu epizodlardan biri Rusiya ilə Ukrayna arasında gedən və hələlik dayanmaq bilməyən müharibədirsə, digəri Venesuela, İranda və digər regionlarda baş verən hadisələrdir”.

Müsahibimiz qeyd edib ki, 2000-2023-cü illər ərzində Çin Venesuelanın iqtisadiyyatına 160 milyard dollardan çox kredit verib və digər yatırımlar edib. Bu günə olan məlumata görə, Çinin Venesuelaya verdiyi kreditlərin 20 milyard dollara qədəri hələ geri qaytarılmayıb:

“Digər tərəfdən bu kreditləri verərkən və Venesuela iqtisadiyyatına yatırımlar edərkən Çin dövləti, ilk növbədə, onun nəticələrindən bəhrələnəcəyini nəzərdə tuturdu və daha çox Venesuela neftindən uzun müddət yararlanmağa planlaşdırırdı. Lakin bu planlar alt-üst oldu, indi Çin nəinki bu imkanlardan məhrum oldu, hətta verdiyi  kreditin 20 milyard dollarını kimin qaytaracağını da bilmir".

F.Yusifov vurğulayıb ki, İranda son hadisələr baş verənə qədər Çin İran neftinin 80%-ə qədərini idxal edirdi. ABŞ-nin İran neftinin ixracına qoyduğu son qadağalar bu ixracı iflic halına saldı. Birləşmiş Ştatlar dünya hegemonluğunu əsaslı şəkildə əldə etməyin bir yolunu da beynəlxalq müstəvidə neft bazarına nəzarəti təmin etməkdə görür.

Fikrət Yusifov: ABŞ-nin hədəflərindən biri Avroasiya məkanında özündən qabağa kiminsə keçməsinə imkan verməməkdir

"ABŞ bu gün dünyanın ən böyük neft ehtiyatları olan Venesuelada neftin hasilatı və satışına nəzarəti əldə etdi, Kolumbiyaya nefti hara satmağın mümkün olduğunu "başa saldı", İran neftinə isə onun hücumları davam etməkdədir. Birləşmiş Ştatların İranla ticarəti olan ölkələrə və ilk növbədə, Çinə qarşı tətbiq etmək istədiyi 25% yeni rüsumlar əslində İrana qarşı yönəldilmiş sanksiyalardır. ABŞ bu yolla İrana xarici valyuta daxil olmasını əngəlləmək və daxildə milli valyutanın maksimum zəifləməsinə, qiymətlərin qalxmasına nail olmaq istəyir. O, artıq keçən ilin son günlərində buna nail oldu və İranda ixtişaşlar başladı", - deyə müsahibimiz qeyd edib.

Sabiq nazirin fikrincə, yeni rüsumlardan sonra bu kurs daha kəskin şəkildə davam edəcək:

"Hədəf bu yolla İranda rejimi çökdürmək və hakimiyyətə uyğun qüvvələri gəlməkdir. Bununla da Birləşmiş Ştatlara İran neftinin hasilatına və satışına nəzarət etmək imkanı əldə edə bilər".

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Yanvar 2026 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri