Icma.az
close
up
RU
Статья не опубликована
Trampın təklifi ciddi etirazlarla qarşılaşacaq... politoloq

Trampın təklifi ciddi etirazlarla qarşılaşacaq... politoloq

Aznews.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“ABŞ prezidenti Donald Trampın Yaxın Şərq siyasəti hər zaman mübahisələrə yol açıb. Onun regiona dair yeni iddiaları isə daha da böyük rezonans doğurub. Tramp Qəzza bölgəsində yaşayan fələstinlilərin Misir və İordaniyaya köçürülməsini təklif edib. Lakin bu planın arxasında təkcə “humanitar” məqsədlərin olmadığı aydındır”.

“Donald Trampın Qəzzada yaşayan fələstinlilərin Misir və İordaniyaya köçürülməsi ilə bağlı təklifi, əlbəttə ki, birmənalı qarşılanmır və adıçəkilən ölkələrin rəhbərliyi tərəfindən etirazla qarşılanıb. Tramp bu ideyanı belə əsaslandırır ki, Qəzza tamamilə dağıdılıb və hazırda yaşayış üçün yararsızdır. Buna görə də, onun yenidən tikilib bərpa olunmasına qədər, orada yaşamış sakinlər müvəqqəti olaraq Misir və İordaniyada bəlli ərazilərdə yerləşdirilməlidir. Lakin bu müddətdən sonra nə baş verəcəyi ilə bağlı Trampın konkret açıqlaması yoxdur”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq qeyd edib ki, Trampın bu ideyasının arxasında dayanan əsas məqam, əslində, Qəzza zolağının Fələstinin nəzarətindən çıxarılaraq gələcəkdə İsrailin tam nəzarətinə keçməsinə zəmin yaratmaqdır.

“Bu plan həm İsrailin Aralıq dənizindəki mövqeyini gücləndirmək, həm də Qəzza zolağından İsrailə yönələn təhlükələri aradan qaldırmaq məqsədi daşıyır. Lakin bu ideyanın həyata keçməsi olduqca çətin görünür. Fələstin rəhbərliyi də Qəzza zolağının öz nəzarətində qalmasını istəyir və bu baxımdan Trampın təklifi ciddi etirazlarla qarşılanacaq. Gələcəkdə vəziyyətin necə inkişaf edəcəyini dəqiq proqnozlaşdırmaq çətindir, lakin indiki reallıqlar fonunda bu planın reallaşması inandırıcı görünmür. Bu yalnız o halda mümkün ola bilər ki, ABŞ Misir və İordaniyaya çox yüksək məbləğdə maliyyə yardımı ayırsın, fələstinlilərə kompensasiyalar ödəməklə onların ehtiyaclarını qarşılamağa dair öhdəlik götürsün. Belə olan halda, bəlli bir müddət üçün fələstinlilərin qeyd olunan ərazilərdə müvəqqəti yerləşdirilməsi nəzərdən keçirilə bilər”.

Rəfiqə NAMAZƏLİYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 31 Yanvar 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see213

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see197

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see169

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see168

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see146

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see134

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see134

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see134

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see131

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see131

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see131

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see129

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see127

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see127

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see126

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see125

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see124

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see121

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri