Icma.az
close
up
RU
Trampın xəbərdarlığı: Putin iki yoldan birini seçməlidir ŞƏRH

Trampın xəbərdarlığı: Putin iki yoldan birini seçməlidir ŞƏRH

Icma.az, Modern.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə xəbərdarlıq etməsi dünya mediasının diqqətini çəkib.

"Vladimir Putin dərk eləmir ki, mən olmasaydım, indiyə qədər Rusiyanın başına çoxlu pis şeylər gələ bilərdi. Mən həqiqətən çox pis şeyləri nəzərdə tuturam. O, odla oynayır!", - Tram qeyd edib.

Modern.az-ın məlumatına görə, siyasi ekspert Elxan Şahinoğlu Trampın mesajını şərh edib.
“Rusiya Prezidenti Vladimir Putin komanda üzvlərinə tapşırıb ki, ABŞ Prezidenti Donald Trampın ünvanına tənqidi fikirlər səsləndirilməsin. Halbuki, Rusiya rəsmiləri Cozef Bayden və onun administrasiya üzvlərinin ünvanlarına demədikləri qalmamışdı. Tramp Prezident seçildikdən və Putinin ünvanına xoş sözlər söylədikdən sonra Kreml sahibi və onun komanda üzvləri də ABŞ-ın ünvana xoş sözlər deməyə başladılar. Ancaq Putinin Ukraynaya qarşı müharibəni dayandırmaq istəməməsi və Kiyevin bombalanması Trampı hövsələdən çıxarıb və o, Putini sərt sözlərlə tənqid edib. Hazırda Putin Trampın sərt sözlərinə necə cavab verəcəyi üzərində düşünür. Məsələ burasındadır ki, Putin Trampı tərifdən sərt tənqidə keçmək istəmir və buna görə də o, həmişəki kimi dostu, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevi qabağa verib”, - E.Şahinoğlu bildirib.
Politoloq xatırladıb ki, Medvedev Trampın tənqidlərinə onun adını çəkmədən “üçüncü dünya müharibəsi mümkünlüyü” hədəsi ilə cavab verib.
“Bu hədəyə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq cavab verib. O Dmitri Medvedevin Üçüncü Dünya müharibəsi təhlükəsinə dair səsləndirdiyi fikirləri yumşaq şəkildə “uğursuz” və “məsuliyyətsiz” adlandırıb. “Bu, dünya səviyyəli bir dövlətə yaraşmaz” deyən Ağ Ev rəsmisi Donald Trampın bu müharibəni dayandırmaq və insan qırğınlarına son qoymaq üçün çalışdığını xatırladıb. Yəni Ağ Ev rəsmisi demək istəyib ki, Tramp Rusiya üçün şansdır və Kreml bu şansı dəyərləndirmək əvəzinə, işğalçı müharibəni davam etdirməklə iki böyük ölkə arasında münasibətləri yenidən gərginləşdirəcək. Putin həm işğalçı müharibəni davam etdirmək, həm də Trampla dostluq etmək istəyir. İkisi bir arada mümkün deyil, Putin bunlardan birini seçməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 May 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri