Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Prezidentdən xəbərdarlıq: İrəvan 2 yoldan birini seçməlidir

Prezidentdən xəbərdarlıq: İrəvan 2 yoldan birini seçməlidir

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyev 2025-ci ildə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlı bir sıra mühüm mesajlar verib.

Bu barədə Dövlət başçısı Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı xalqa müraciətində danışıb:

“Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər”.

Azərbaycanın bu məsələ ilə bağlı sadəcə olaraq, tamaşaçı rolunda olmayacağını vurğulayan Prezident İlham Əliyev otuz illik işğalın, dağıntıların, Xocalı soyqırımının heç vaxt ununulmayacağını bildirib.

“Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər”, - deyən dövlət başçısı əlavə edib ki, Ermənistan bizimlə heç bir sahədə rəqabət aparmaq iqtidarında deyil.

Prezidentin çıxışı deməyə əsas verir ki, 2025-ci ildə sülh prosesinin perspektivi ilə bağlı Azərbaycanın siyasəti Ermənistanın atacağı addımlara adekvat münasibətdən ibarət olacaq. Yəni 2024-cü il Azərbaycanla Ermənistan arasında fəal diplomatik təmaslarla, hətta bir sıra razıalaşmların əldə olunması ilə yadda qaldısa, 2025-ci illə bağlı eyni proqnozu vermək çətindir. Hətta ötən il iki ölkə arasında sülh müqaviləsinin mətininə daxil olan 17 bənddən 15-nin razılaşdıldığından tərəflər çərçivə sazişinin imzalanmasına xeyli yaxınlaşa bildilər.

Prezident İlham Əliyev 2024-cü ildə Qazax rayonunun işğal altında olan 4 kəndinin bir güllə atılmadan sülh yolu ilə  Azərbaycana qaytarıldığını xüsusi vurğuladı. Bununla da dövlət başçısı Azərbaycanın hələ də işğal altında qalan 4 anklav kəndinin 2025-ci ildə qaytarılması məsələsinin  prioritet  olduğuna işarə etdi. Ötən il 4 kəndin işğalına son qoyulması iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində razılaşmaların əldə olunmasına imkan verdi.

Əgər Ermənistan digər dörd kəndi də sülh yolu ilə Azərbaycana qaytararsa, sərhədlərin digər hissəslərinin müəyyənləşməsinə nail olmaq olar. Yəni iki ölkə arasında sülhün əldə olunması üçün kifayət qədər siyasi baza formalaşıb. 2025-ci ildə Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətnində mübahisəli qalan bəndlər üzrə konsensus əldə edə biləsələr, ən azı çərçivə sazişinin imzalanması mümkündür. Söhbət ilk növbədə Ermənistan konstitusiyasının preambula hissəsində Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan Müstəqillik Bəyannaməsinə istinad hissəsinin çıxarılmasından gedir. İkinci mühüm məqam isə ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı Azərbaycanın təklifini Ermənistanın qəbul etməsindən ibarətdir. Vaxtilə Minsk Qrupunda həmsədrlik etmiş ABŞ, Fransa və Rusiya bu formatın dağıldığını və birgə əməkdaşlığın mümkünsüzlüyünü etiraf edir. Lakin hələ də Azərbaycan və Ermənistan arasında 2025-ci ildə razılaşdırılacaq bir sıra məsələlər var.

Bunlar Ermənistan-Azərbaycan şərti sərhədindən Avropa İttifaqının müşahidə missiyasının çıxarılması, beynəlxalq məhkəmələrdə iddiaların qarşılıq şəkildə geri götürülməsi, və nəqliyyat-kommunikasiya xətlərinin blokdan açılması ilə bağlı müzakirələrdir. 

Lakin Ermənistanın fəal silahlanması sülh müqaviləsinə daha da yaxınlaşmaq üçün diplomatik təmaslara problem yaradır. Ermənistan silahlanma istiqamətində hələ 2024-cü ildə kifayət qədər narahatlıq doğuran addımlar atsa da, 2025-ci ildə müdafiə büdcəsini 1,7 milyard dollara qədər artırması rəsmi İrəvanın sülhdə maraqlı olduğuna şübhələri artırır. Ermənistanın diplomatik müstəvidə manevr etməklə daha çox vaxt qazanmağa çalışdığı və müharibəyə hazırlaşdığına dair rəylər artır. Məqsəd isə yenə Azərbaycana ərazi iddialarını təmin etməkdir.

Ermənistanın üçüncü müharibədə qələbə qazanmaq, sülh müqaviləsini yalnız bundan sonra imzalamaq niyyətindir. Məqsəd 100 mindən artıq ermənini Qarabağa köçürmək, Qarabağla Ermənistan arasında bufer zona əldə etmək, Azərbaycan-Ermənistan sərhədində yerləşən 31 kənin ərazisində yerləşən yüksəklikləri ilhaq etməkdir. Təbii ki, bunlar Ermənistanı siyasi uçuruma aparan növbəti siyasi illüziyalardır. Çünki Ermənistan Azərbaycanla üçüncü müharibəyə daxil olarsa, növbəti sarsıdıcı məğlubiyyətlə üzləşəcək. Prezident İlham Əliyevin xalqa müraciəti zamanı bu təhlükəli yoldan çəkinmək üçün Ermənistan  rəhbərliyinə xəbərdarlıq etməsi qeyd edilən mesajı nəzərdə tutur.

Prezident 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin 8,4 milyard manata, yəni rekord həddə çatdığını bildirdi ki, bu da Ermənistanın cari il üçün ayrılmış hərbi xərcləri ilə müqayisədə dollar ekvivalentində 3 dəfə çoxdur.  Ermənistan Azərbaycana qarşı yeni müharibəyə başlasa, başqa dövlətlər İrəvanla birlikdə bu müharibədə iştirak etməyəcək. Yalnız Türkiyə Azərbaycana birbaşa hərbi dəstək vermək üçün hüquqi əsasa malikdir.

Fransa, ABŞ kimi ölkələr isə siyasi bəyanat verməklə kifayətlənəcək. Çünki Ermənistan Ukraynadan fərqli olaraq Avropanın və Fransanın təhlükəsizliyi üçün geostrateji əhəmiyyət daşımır. Ermənistanın hərbi müttəfiqi olan Rusiya isə tədricən bu ölkədən öz silahlı qüvvələrini çıxarır. Yəni Ermənistan döyüş meydanında Azərbaycanla təkbətək qala bilər. Bu baxımdan, 2025-ci ildə Ermənistanın Azərbaycanla iki istiqamətdə üzbəüz qalması üçün yeni siyasi konyuktur formalaşır.

Bunlardan biri diplomatik müstəvidə-üçüncü tərəfin iştirakı olmadan birbaşa razılaşmaların əldə olunmasından ibarətdir. İkinci, üçüncü tərəfin də dəstəyi olmadan birbaşa müharibədir. Hansı treki seçmək barədə Ermənistan ciddi düşünməlidir. Azərbaycan isə görünür hər iki prosesə bu il daha güclü və paralel hazırlaşmağı qarşıya məqsəd qoyub. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Yanvar 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri