Icma.az
close
up
RU
TRAMPIN YÜZ GÜNÜ, YÜZ VƏDİ VƏ BƏRBAD UKRAYNA PLANI Ukrayna savaşdan parçalanmış və zəmanətsiz çıxa bilər

TRAMPIN YÜZ GÜNÜ, YÜZ VƏDİ VƏ BƏRBAD UKRAYNA PLANI Ukrayna savaşdan parçalanmış və zəmanətsiz çıxa bilər

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Donald Trampın ikinci prezidentliyinin ilk 100 günü bitir. Bu müddət ərzində ciddi siyasətdən çox şoumenliyi, yersiz və bir-birini təkzib edən, bəzən bütün etik normaları aşan ədəbsiz bəyanatları ilə yadda qalan Tramp təkcə ABŞ-yə deyil, bütün dünyaya qeyri-müəyyənlik, gərginlik və xaosdan başqa hələilik heç nə gətirməyib.

Onun seçkidən əvvəl verdiyi vədlərlə seçkidən sonrakı reallığı isə müqayisə etməyə belə dəyməz. ABŞ daxilində reytinqinin rekord dərəcədə düşməsi, ölkənin təməl demokratik prinsiplərinə, konstitusiya və idarəetmə üsuluna yaratdığı təhlükə, eləcə də beynəlxalq birliyin getdikcə ABŞ-yə etibarlı və ciddi dövlət kimi baxmaması, Ağ Evin avtoritar rejimlərlə yaxınlaşması, Rusiya kimi işğalçı dövlətə az qala açıq şəkildə haqq qazandırması faktları Trampın ilk 100 gündəki əsas “nailiyyətləri”nin yalnız bir qismi sayıla bilər…

Xüsusilə də Ukrayna mövzusunda Tramp administrasiyasının tutduğu mövqe dünya nizamının, beynəlxalq hüququn kobud şəkildə pozulması ilə yanaşı, işğalçıları, separatçıları həvəsləndirən və bütün dünya üçün olduqca təhlükəli olan presedent yaradır.

Bütün bunları təbii ki, Qərbdə və ABŞ-nin özündə də yaxşı başa düşürlər və Trampa qarşı hələ ilk 100 günü bitməmiş Konqresdə impiçment tələbinin irəli sürülməsi də bunu nümayiş etdirir.

Qərb mətbuatında Trampın Ukraynada təklif etdiyi sülh razılaşmasına münasibət getdikcə daha kəskin xarakter alır. Məsələn, “Politico” nəşri Trampın təşəbbüsü ilə irəli sürülən ABŞ, Ukrayna və Rusiya arasında razılaşmanı “bərbad” adlandırıb və qeyd edib ki, bu razılaşma sadəcə, Moskvanın təcavüzünü müvəqqəti olaraq dayandıra bilər. Nəşrin qənaətinə görə, ABŞ-dən təhlükəsizlik zəmanəti və Ukraynanın müasir silahlarla təmin olunmasını nəzərdə tutan möhkəm strategiya olmadan əldə edilən razılaşma Putinin Ukraynanı ələ keçirmək planlarının növbəti mərhələsi üçün şərait yaradacaq: “Donald Tramp prezidentliyinin ilk 100 günündə verdiyi vədlərə baxmayaraq, müharibənin bitməsinə nail ola bilməyib. Papa Fransiskin dəfn mərasimində Tramp və Zelenski arasında keçirilən qısa görüşdən sonra Vaşinqton nikbinlik nümayiş etdirsə də, nəticə şübhəli olaraq qalır. Hər iki prezident danışıqları “məhsuldar”, Zelenski isə hətta “tarixi” adlandırıb.

Ancaq Dövlət katibi Marko Rubio etiraf edib: “Biz (sülh sazişinə) yaxınıq, lakin kifayət qədər yaxın deyilik”. Bu fonda Tramp heç bir irəliləyiş olmadığı təqdirdə danışıqlardan çəkilməklə hədələyir.

Trampın Zelenskiyə münasibəti mənfi olaraq qalır. O, Putinə qarşı isə daha yumşaqdır. Onun xüsusi nümayəndəsi Stiv Uitkoff, sui-qəsd cəhdindən sonra Putinin necə “Tramp üçün dua etdiyini” söyləyərək, Kremlpərəst tezislər səsləndirib”.

Daha sonra yazıda Trampın yürütdüyü siyasətə Kremlin saymazyana münasibətindən danışılır: “Ötən həftə Tramp Kiyevin irimiqyaslı atəşə tutulmasından sonra ilk dəfə Putini açıq şəkildə tənqid edib: “Vladimir, STOP!”. Ardınca sanksiyalarla hədələyib. Bəs bu, Moskvanın mövqeyini dəyişdimi?

Əksinə, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov ilhaq edilmiş ərazilərlə bağlı tələbləri sərtləşdirib. Razılaşmanın məzmunu dəyişməz qalıb: Ukraynanın NATO-ya üzv olmaqdan imtinası, ərazilərinin bir hissəsini itirməsi, Krımın Rusiyanın ərazisi kimi tanınması, Moskvaya qarşı sanksiyaların ləğvi.

Bunun müqabilində Kiyevə avropalı müttəfiqlərdən “etibarlı təhlükəsizlik zəmanəti” vəd edilir, lakin təfərrüatlar açıqlanmır. ABŞ Ukraynanın faydalı qazıntılarından əldə olunan gəlirlərin bir hissəsini alacaq və Zaporojye AES vasitəsilə enerji təchizatına nəzarət edəcək.

Şübhəsiz ki, bu, Ukrayna üçün bərbad sövdələşmədir. Qan axıdılması dayana bilər, lakin Kiyev bu amansız müharibədən nəinki parçalanmış halda çıxacaq, həm də heç bir etibarlı təhlükəsizlik zəmanətinə malik olmayacaq, çünki Vaşinqton avropalıları dəstəkləməkdən imtina edir. Rusiyanın sənədləşdirilmiş hərbi cinayətlərinə görə heç bir məsuliyyəti olmayacaq və onun vurduğu ziyana görə Moskvadan heç bir aydın kompensasiya alınmayacaq.

Trampın Ukrayna üzrə müşaviri Keyt Kelloq deyib: “Biz ukraynalılara deyirik: Siz danışıqlar masasına oturmalısınız, oturmasanız, dəstək tükənəcək”.

ABŞ Putinə isə deyir: “Ya otur, ya da biz ukraynalılara səni döyüş meydanında öldürmək üçün lazım olan hər şeyi verəcəyik”. Lakin Vaşinqton yalnız birinci hissəni, yəni, Ukraynaya aid olan hissəni həyata keçirir.

Bu razılaşma təhlükəli presedent yaradır - İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, sərhədlər zorla yenidən dəyişdirilir. Biz Ukraynanın ərazilərinin bir hissəsini itirəcəyini gözləyirik, çünki Qərb müharibə başlayandan tərəddüdlə hərəkət edib. Qərbin vədləri, sanksiyaları və acizliyi yalnız Rusiyanın xeyrinə işləyib. Bu razılaşma Putinin qələbəsini təmin edəcək, dünyada avtokratları gücləndirəcək və Ukraynanı cəzalandıracaq.

Həqiqi təhlükəsizlik təminatları olmadan bu saziş Budapeşt Memorandumu kimi dişsiz olacaq. Ukraynanın keçmiş müdafiə naziri Aleksey Reznikovun dediyi kimi: "Onlar sənədləri imzalaya bilərlər, amma müqavilələrə əməl edib-etməmələri başqa məsələdir. Budapeşt memorandumunu xatırlayırsınızmı? Fransa Prezidenti Mitteran onu imzalamaqdan imtina emiştdi və o vaxtkı prezidentimizə(Leonid Kuçma) xəbərdarlıq etmişdi: "Cavan oğlan, sizi aldadacaqlar." Kuçma mənə bu əhvalatı danışdı. 30 ildən sonra ruslar məhz belə etdilər – bizi aldatdılar”.

Ukrayna üçün təhlükə həm də daxili siyasi böhranla bağlıdır. Belə ki, ərazilərdən imtina konstitusiyaya dəyişikliklər və referendum tələb edəcək. Putin isə bu ziddiyyətlərdən istifadə edərək Ukraynanı ələ keçirmək cəhdlərini davam etdirəcək”.

Bir sözlə, Trampın ilk 100 günü göstərdi ki, ABŞ-nin “ipinin üstünə odun yığmaq olmaz”. Bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba da deyib: “Artıq başa düşməyin vaxtıdır ki, Ukrayna ABŞ-yə arxalana bilməz və bu, Trampın prezidentlik müddəti bitdikdən sonra da dəyişməyəcək”… 

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Aprel 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri