Icma.az
close
up
RU
Trampla Putinin telefon danışığı: İki ölkənin maraqları, yoxsa qlobal böhranın həllinə gedən yol?

Trampla Putinin telefon danışığı: İki ölkənin maraqları, yoxsa qlobal böhranın həllinə gedən yol?

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Donald Trampın ilk prezidentlik dövründə Rusiyaya qarşı mülayim yanaşmaları və Vladimir Putinlə daha sıx əməkdaşlıq istəyi olmuşdu. İkinci dəfə Prezident seçildikdən sonra da bu tendensiyanın davam etdiyi sezilir. Trampın Putinlə siyasi və diplomatik əlaqələri mülayimləşdirməsinin bir sıra məsələdə razılaşmaların əldə edilməsinə, o cümlədən Ukraynadakı müharibənin dayandırılmasına zəmin yaradacağı proqnozlaşdırılır.

Məhbusların qarşılıqlı azad edilməsi

Münasibətlərdəki bu yaxınlaşmanı bir sıra faktlara görə əsaslandırmaq olar. Məsələn, Rusiya ABŞ səfirliyinin üç ildən artıq həbsdə olan keçmiş əməkdaşı Mark Foqeli azad edib, bunun ardınca isə ABŞ analoji addım ataraq çirkli pulların yuyulmasında iştirakda ittiham edilən Rusiya vətəndaşı Aleksandr Vinnik azadlığa buraxıb.

Bundan əlavə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof fevralın 11-də Rusiyaya səfər edib.

Tramp-Putin telefon danışığı

Nəhayət fevralın 12-də Donald Trampla Vladimir Putinlə arasında telefon danışığı baş tutub. Kremlin bu telefon danışığı barədə yaydığı məlumatda iki ölkə lideri arasında şəxsi görüşlərin təşkili barədə razılığa gəlindiyini qeyd edilib.

Rusiya Prezidenti ABŞ prezidentini Moskvaya səfərə dəvət edib və Amerika rəsmilərini Rusiyada qarşılıqlı maraq doğuran sahələr, o cümlədən Ukrayna nizamlanması ilə bağlı qəbul etməyə hazır olduğunu bildirib.

ABŞ-nin müdafiə naziri Pit Heqset də Trampın Putinlə danışığını qitədə sülhün təmin olunmasına gətirib çıxaracağını deyib.

Təmaslar Ukrayna müharibəsində dönüş yarada bilər

ABŞ-nin “Maine” Universitetinin vitse-prezidenti, politoloq Lizzi Vahab APA-ya müsahibəsində məhbusların qarşılıqlı azad edilməsinin ABŞ və Rusiya arasında potensial diplomatik yaxınlaşmanın əlaməti olduğunu bildirib: “İki ölkə liderləri arasında təmaslar iki güc arasında gərginliyin yumşalmasına gətirib çıxara bilər”.

Amerikalı ekspert bu təmasları eyni zamanda Ukrayna müharibəsində də dönüş nöqtəsi yarana biləcəyinə bir ümid kimi qiymətləndirib: “Müharibənin bitməsi üçün inamı bərpa etmək, qarşılıqlı güvən yaratmaq məqsədilə davamlı və konkret diplomatik proseslərin aparılması vacibdir. Daha geniş bir perspektivdən yanaşılarsa, Rusiya və ABŞ arasında münasibətlərin yumşalması yalnız məhbusların qarşılıqlı şəkildə azad edilməsi ilə kifayətlənməyəcək, həm də dünyadakı strateji və təhlükəsizlik məsələlərinə dair geniş əməkdaşlıq platformasının yaranmasına şərait yaradacaq”.

Danışmaq daha yaxşıdır

Rusiyanın Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, polittexnoloq Dmitri Solonnikov isə APA-ya açıqlamasında Trampın nümayəndəsinin Rusiyaya səfərini, ardınca isə Putin və Tramp arasında baş tutan telefon danışığını dünya balansında ciddi dəyişiklik kimi qiymətləndirib.

“ABŞ-nin keçmiş rəhbərliyi Vladimir Putinlə heç bir şəkildə danışıq aparmayıb. Amerika Rusiya hakimiyyətinin varlığını hiss etmirdi, Rusiya hakimiyyəti də ABŞ hakimiyyətinin varlığını hiss etmirdi, yaxud fərqinə varırdı, ancaq mənfi kontekstdə… İndi isə təmaslar artıq 100% qurulub. Telefon əlaqəsi, ondan sonra da yəqin ki, dövlət başçıları arasında üzbəüz görüşlər olacaq. Bütün hallarda bu, müsbət haldır. Bir-birinizi görməzlikdən gəlməkdənsə, danışmaq daha yaxşıdır”, - deyə o bildirib.

Danışıqlarda problemlər həll olunmur, lakin bu, vəziyyətin dəyişməsidir

Telefon danışığı zamanı məhkumların mübadiləsi, Ukrayna məsələsi, Yaxın Şərqdəki vəziyyətin müzakirə olunduğunu xatırladan rusiyalı politoloq gündəmin geniş olduğunu deyib: “Hazırda danışıqlarda hansısa problemlər həll olunmur. Hələlik, bu problemlərin necə həll olunacağını da görmək mümkün deyil. Ancaq cəhdlər var və bu yaxşıdır. Bu, artıq vəziyyətin dəyişməsidir. Amma bu o demək deyil ki, biz yaxın gələcəkdə yekun nəticəni görəcəyik. Nəticə ilə irəliləmək üçün müsbət istək görünür, amma irəli getmək və ya getməmək prosesinə hər hansı təminat verilmir. Hələlik ancaq razılığa gəlinib ki, danışıqlar qrupu yaradılsın və işə başlasın. Danışıqlar qrupu Moskvada gözlənilir. Çox ciddi qrupdur. Yenə də Trampın xüsusi nümayəndələri Moskvaya gəlməyə davam edəcək. Bu, çox yaxşıdır. Amma nə zaman razılıqların, nəticələrin əldə olunacağını söyləmək mümkün deyil”.

Rusiya-Ukrayna Müharibəsi

2014-cü ildə başlayan Rusiya-Ukrayna münaqişəsi 2022-ci ildə genişlənən müharibəyə keçdi. 2022-ci ilin fevralında Rusiya tammiqyaslı hərbi əməliyyatlara başladı və Ukraynanın əksər ərazilərinə hücum etdi. Müharibə Rusiya və Ukrayna arasında geniş döyüşlərə, çoxsaylı itkilərə, humanitar böhranlara və beynəlxalq siyasi gərginliyə yol açdı. Qərb ölkələri, xüsusilə ABŞ və Avropa İttifaqı Ukraynaya hərbi və maliyyə dəstəyi verdi, Rusiyaya isə geniş sanksiyalar tətbiq etdi. Müharibənin təsirləri yalnız Ukraynaya deyil, həm də qlobal enerji bazarlarına, qida təchizatına və beynəlxalq münasibətlərə ciddi təsir göstərdi. Bütün bəşəriyyətin Trampdan, eləcə də onun Putinlə təmaslarından gözlədiyi əsas şey Ukraynada müharibənin başa çatmasıdır.

Putin-Tramp danışığının Ukraynda sülhlə nəticələnəcəyini söyləmək hələ tezdir

Solonnikovun fikrincə, danışıqlarda trek razılaşmasına nail oldunmayıb: “Telefon danışığında Vladimir Putin bir daha qeyd edib ki, bu münaqişənin ilkin səbəbləri aradan qaldırılmalıdır. Bu, onu göstərir ki, Rusiya tərəfi Ukraynanın demilitarizasiyası ideyasından əl çəkməyib”.

Politoloq onu da deyir ki, Putin-Tramp danışıqlarının Rusiyanın şərtləri çərçivəsində sülh müqaviləsinin bağlanmasına gətirib çıxaracağını söyləmək hələ tezdir: “Bu, hələ ki mümkün deyil. Ola bilsin ki, danışıqlar prosesi bu istiqamətdə gedəcək. Amma bir daha deyirəm, bu haqda danışmaq hələ tezdir”.

Lamiyə Şirinova

Fərid Əkbərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Fevral 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri