“Pulu basıb yeyirlər, yola da nazik asfalt çəkirlər” VƏTƏNDAŞ ŞİKAYƏTİ VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Cəlilabad rayonunda aparılan asfaltlama işləri yerli sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, rayonun bir sıra küçələrinə yeni asfalt örtüyü çəkilsə də, işlərin keyfiyyəti və tamlığı ilə bağlı ciddi iradlar var.
Sakinlərin sözlərinə görə, çəkilən asfalt örtüyü çox nazikdir və bəzi hissələrdə ümumiyyətlə asfalt çəkilməyib. Yolun yalnız bir hissəsi yenilənib, digər tərəfi isə əvvəlki kimi çalalı və bərbad vəziyyətdə qalıb. Nəticədə, nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranır, yağışlı havalarda isə yolda iri gölməçələri əmələ gəlir.
“Yolun yarısı asfaltlandı, yarısı isə olduğu kimi qaldı. Həm nazik çəkilib, həm də bir neçə gündən sonra çatlar əmələ gəlməyə başlayıb. Biz bu vəziyyətin müvəqqəti deyil, əsaslı şəkildə düzəldilməsini istəyirik”, — deyə sakinlər bildiriblər.
Eltac Zülfüqaroğlu
Baxış sayı:122
Bu xəbər 22 Oktyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















