TrampTokayevi güclü lider adlandırdı
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevi “güclü və qətiyyətli lider” adlandırıb və Vaşinqtonla Astana arasında münasibətlərin daha da inkişaf etdirilməsini səbirsizliklə gözlədiyini bildirib.
Bakıvaxtı.azxəbər verir ki, bu barədə Trampın Qazaxıstanın qarşıdan gələn müstəqilliyinin 35-ci ildönümü münasibətilə Tokayevə ünvanladığı təbrik məktubunda qeyd olunub. Məktubun mətni Qazaxıstan prezidentinin mətbuat xidməti tərəfindən yayımlanıb.
ABŞ lideri iki ölkə arasında genişlənmiş strateji tərəfdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb. Tramp həmçinin prezidentliyi dövründə Tokayevlə arasında formalaşmış münasibətləri daha da inkişaf etdirmək niyyətində olduğunu bildirib.
Tramp Qazaxıstan xalqının ölkənin zəngin mədəniyyətini, tarixi irsini və qorunub saxlanılan unikal təbiətini qürurla qeyd edəcəyini deyib. O, Qazaxıstanın “güclü və qətiyyətli” liderə sahib olduğunu vurğulayaraq, ölkənin bu mühüm tarixi mərhələsini qeyd etməkdən şərəf duyduğunu bildirib.
Qeyd edək ki, Qazaxıstanın Müstəqillik Günü ölkənin əsas milli bayramıdır və hər il dekabrın 16-da qeyd olunur. 1991-ci il dekabrın 16-da Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev “Qazaxıstan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Qanununu imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 12 Sentyabr 2026 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















