Icma.az
close
up
RU
Tramvay xətləri bu ərazilərdə ola bilər Rəsmi

Tramvay xətləri bu ərazilərdə ola bilər Rəsmi

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bakıda Tramvay xətlərinin çəkilməsi üçün ilk növbədə uyğun ərazi olmalıdır”. 

“Qafqazinfo” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov
Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlara dair keçirilən brifinqdə deyib. 

“Bakıda tramvay xəttinin inşasının faydalı ola biləcəyi ərazilər müəyyənləşdirilib. Şəhər mərkəzində insanların hərəkəti üçün ən səmərəli vasitə ilk növbədə metronu görürük. Prezidentin verdiyi tapşırığa uyğun olaraq, metro stansiyaların yerləri və digər məsələlərlə bağlı planlar hazırlanıb. Bu istiqamətdə işlər gedir.

Dəmir yolu xətlərində sovet dövründə mövcud olmuş və hazırda müəyyən qədər modernizasiyasına ehtiyac olan hissələr var. Təkliflər ondan ibarətdir ki, onların da bərpa olunmasına ehtiyac var. Nəticədə həmin hissədə ehtiyac dəmir yolu vasitəsilə ödəniləcək. Metro stansiyaları ilə digər məntəqələr arasında avtobus daşımalarının daha effektiv olacağını düşünürük” .

“Əlavə komponent tramvay xəttidir. Bizim metro və ya dəmir yolu imkanımızın olmadığı yerlərdə, məsələn, Mehdiabad istiqamətindən Azadlıq prospekti boyu, Binəqədidən keçməklə “28 May” istiqamətində tramvay xəttinin çəkilməsi effekt verə bilər. İkinci belə istiqamətlərdən biri, son dövrlərdə əsas cazibə mərkəzlərindən birinə çevrilən “Seebreze” zonasıdır. Hansı ki, əsasən bu bölgədə yenidən salınan bir bölgə kimi tramvay xəttinin inşası effektiv ola bilər.

Bu istiqamətlərdə də araşdırmalarımız davam edir. Məqsəd yalnız hansısa nəqliyyat növünün inşası yox, mövcud resurslarımızın ən effektiv istifadəsinə yönəlməkdir. Tramvay xəttinin çəkilməsi üçün zonalar müəyyənləşdirilir və bu istiqamətdə işlərimiz davam edir”, - qurum rəsmisi əlavə edib.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Yanvar 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri