Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Transatlantik gərginlik və Aİ Kanada yaxınlaşması

Transatlantik gərginlik və Aİ Kanada yaxınlaşması

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ottavanın “Brüssel orbiti”ndə yeri və siyasi mövqeyi

Qlobal siyasət və geoiqtisadiyyat XXI əsrin ən kəskin transformasiya mərhələlərindən birini yaşayır. İkinci Dünya müharibəsindən sonra formalaşmış, çoxtərəfli beynəlxalq hüquq normalarına, azad ticarət prinsiplərinə, strateji müttəfiqlik institutlarına əsaslanan liberal dünya nizamı ciddi təhdidlərlə üz-üzədir. Həmin təhdidlərin mərkəzində isə avtoritar rejimlərin artan təzyiqlərindən əlavə, həm də ənənəvi Qərb mərkəzinin daxili dinamikasında baş verən kəskin dəyişikliklər dayanır.

Amerika Birləşmiş Ştatlarında yeni administrasiyanın yürütdüyü proteksionist ticarət siyasəti çoxillik transatlantik tərəfdaşlıq arxitekturasında dərin çatların yaranmasına səbəb olur. Vaşinqtonun “Öncə Amerika” (America First) doktrinası çərçivəsində müttəfiqlərinə qarşı tətbiq etdiyi gömrük tarifləri, ticarət müqavilələrinə təkrar baxılması tələbləri və beynəlxalq təşkilatların fəaliyyətinə şübhə ilə yanaşması bu dəfə Avropa İttifaqı ilə yanaşı, Kanadanı da yeni strategiyalar işləyib hazırlamağa məcbur edib.

Hazırda ABŞ-ın birbaşa coğrafi və iqtisadi qonşusu olan Kanada ilə okeanın qarşı tərəfindəki 27 dövləti birləşdirən Aİ eyni strateji dilemmanın hədəfinə çevrilib. Hər iki tərəf öz iqtisadi təhlükəsizliyini təmin etmək, tədarük zəncirlərini şaxələndirmək və qlobal institusional nizamı qorumaq üçün qarşılıqlı yaxınlaşmanı yeganə rasional çıxış yolu kimi dəyərləndirir. Aİ ABŞ-ın yaratdığı böhranlı ticarət mühitində Kanadaya ənənəvi xammal tədarükçüsü, dəyərlər, prinsiplər və demokratik idarəetmə baxımından eyni müstəvidə dayanan strateji tərəfdaş kimi yanaşır. Ottava üçün də Aİ ilə inteqrasiya olunmuş iqtisadi və təhlükəsizlik münasibətlərinin qurulması ABŞ bazarlarından olan həddindən artıq asılılığı zəiflətmək və geosiyasi manevr imkanlarını genişləndirmək baxımından həyati əhəmiyyət kəsb edir.

Qısa bir xatırlatma edək ki, azad ticarət sazişlərinin əleyhinə çıxan, ticarət kəsirlərini milli təhlükəsizlik problemi kimi qələmə verən və tarifləri diplomatik təzyiq alətinə çevirən siyasət qlobal istehsal zəncirlərini ciddi sarsıntılara məruz qoyub. Polad və alüminiuma tətbiq edilən yüksək rüsumlar, avtomobil sənayesinə qarşı irəli sürülən təhdidlər və Şimali Amerika Azad Ticarət Sazişinin (NAFTA) yenidən müzakirəyə çıxarılaraq Amerika Birləşmiş Ştatları-Meksika-Kanada Sazişi (USMCA) ilə əvəzlənməsi Kanadanın iqtisadi modelinin nə qədər həssas olduğunu üzə çıxardı. Kanada iqtisadiyyatının tarixən ABŞ bazarına sıx bağlı olduğunu nəzərə alsaq, ixracatın böyük hissəsinin cənub qonşusunun payına düşməsini Ottavanı Vaşinqtondakı siyasi konyuktur dəyişiklikləri qarşısında müdafiəsiz qoyması təəccüb doğurmamalıdır. Bu, ölkənin siyasi elitasında iqtisadiyyatın şaxələndirilməsi zərurətini ən yüksək səviyyədə gündəmə gətirib.

Oxşar vəziyyət Avropa İttifaqı üçün də keçərlidir. Aİ sənayesi, xüsusilə Almaniya və Fransa kimi ixracatyönümlü iqtisadiyyatlar, ABŞ-ın tətbiq etdiyi proteksionist tədbirlərdən birbaşa zərər gördü. ABŞ-ın Dünya Ticarət Təşkilatının apellyasiya orqanının fəaliyyətini bloklaması isə beynəlxalq ticarət mübahisələrinin sivil həlli mexanizmlərini iflic etdi. Qlobal qaydalara əsaslanan ticarət sisteminin pozulması Aİ-ni yeni, etibarlı və proqnozlaşdırıla bilən tərəfdaşlar axtarmağa sövq etdi.

Göründüyü kimi, ABŞ-ın proteksionist siyasəti transatlantik məkanda "müttəfiqlərarası ticarət müharibəsi" təhlükəsi yaratmaqla, paradoksal şəkildə Aİ və Kanada arasında ticari-iqtisadi əlaqələrin sürətlə dərinləşməsinə təkan verən katalizatora çevrildi. Bir məqamı da diqqətinizə çatdıraq ki, Aİ ilə Kanada arasında aparılan müzakirələr rüsumların azaldılması və ya ticarət dövriyyəsinin artırılması çərçivəsindən kənara çıxaraq, çoxtərəfli və dərinləşmiş inteqrasiya modelini hədəfləyir. Ottavanın Aİ-nin əsas iqtisadi və təhlükəsizlik mexanizmlərinə daxil edilməsi imkanları diqqətlə nəzərdən keçirilir. Kanada böyük həcmdə kritik mineral ehtiyatlarına malikdir və ekoloji standartlara cavab verən həllər təklif edir. Aİ isə "Kritik Xammal haqqında Akt" çərçivəsində üçüncü ölkələrdən, xüsusilə də geostrateji rəqiblərdən asılılığı azaltmağı planlaşdırır. Bu məqamda Aİ və Kanadanın maraqları tamamilə üst-üstə düşür. Tərəflər kritik mineralların kəşfiyyatı, hasilatı, emalı və təkrar emalı sahələrində birgə investisiya layihələrini müzakirə edirlər. Kanada minerallarının Avropa sənayesinə fasiləsiz tədarükü Aİ-nin texnoloji və ekoloji suverenliyini təmin etməklə yanaşı, Ottavanın bu resurslardan strateji gəlir əldə etməsinə şərait yaradır.

Sonda onu da vurğulayaq ki, qarşılıqlı yaxınlaşmanın diqqətçəkən və ziddiyyətli tərəfi Kanadanın Aİ-yə üzv olmamasına baxmayaraq, praktiki müstəvidə Aİ-nin müəyyənləşdirdiyi xarici siyasət və təhlükəsizlik xəttinə uymasıdır. Daha dəqiq desək, Ottava coğrafi və institusional baxımdan Avropa qitəsindən kənarda yerləşməsinə baxmayaraq, faktiki olaraq Brüsselin siyasi oriyentasiyası ilə "oturub-durur", Aİ-nin qlobal strategiyalarına qeyd-şərtsiz dəstək verir və İttifaqın təşəbbüslərində aktiv icraçı rolunu üzərinə götürür. Halbuki Aİ-yə üzv olmayan bir ölkənin Brüsselin xarici siyasət gündəliyinə bu dərəcədə inteqrasiya etməsi diplomatiyada nadir rast gəlinən hallardandır. Bu status Kanadaya Aİ-nin qərarqəbuletmə mexanizmlərində (səsvermə hüququ baxımından) iştirak etmək imkanı verməsə də, Ottavanı Brüsselin qəbul etdiyi geostrateji qərarların birbaşa icraçısına çevirir. Aİ Kanadanın bu sadiqliyindən istifadə edərək özünün "Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti" (CSDP) çərçivəsindəki missiyalarına üçüncü ölkə kimi məhz Kanadanı cəlb edir. Kanadanın Brüsselin təlimatları ilə hərəkət etməsinin ən bariz nümunəsi onun Cənubi Qafqaz regionuna, xüsusən də Ermənistana münasibətdə tutduğu mövqedə özünü göstərir. Kanada Aİ-nin Cənubi Qafqazdakı geostrateji alətinə çevrilmiş Ermənistandakı Mülki Monitorinq Missiyasına (EUMA) rəsmi şəkildə qoşulan Aİ-dən kənar ilk ölkədir. Rəsmi Ottava Avropada yerləşməyən və regiona birbaşa geostrateji aidiyyəti olmayan bir ölkə kimi Aİ-nin Cənubi Qafqazdakı kəşfiyyat-monitorinq şəbəkəsini gücləndirmək üçün öz ekspertlərini həmin missiyaya göndərib. Kanadanın bu addımı öz müstəqil xarici siyasət prioritetlərindən daha çox, Brüsselin regionda geostrateji mövqelərini möhkəmləndirmək kursuna xidmət etdiyini təsdiqləyir.

Nəzrin ELDARQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Sentyabr 2026 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see483

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see454

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see331

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see328

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see262

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see262

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see245

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see244

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see236

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see231

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see226

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see223

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see222

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see217

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see211

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see209

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see206

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see203

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see194

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri