Icma.az
close
up
RU
Transatlantik gərginlik yenidən artır

Transatlantik gərginlik yenidən artır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qoca qitə´nin Ukrayna üçün uzunmüddətli təhlükəsizlik tələbi

Avropa siyasəti son illər heç vaxt olmadığı qədər sürətlə dəyişir. Ukraynada davam edən müharibə regional təhlükəsizlik dinamikaları ilə yanaşı, qitənin strateji düşüncə strukturunun da kökündən silkələnməsinə səbəb olub. Əslində, Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqının praktiki gücsüzlüyü, iqtisadi üstünlüyü hərbi üstünlüyə çevirə bilməməsi bir daha tədiqlədi ki, siyasi birlik görüntüsü zaman-zaman çökə bilər. Belə bir mürəkkəb fonda Fransa Prezidenti Emmanuel Makronun açıqlamaları beynəlxalq səviyyədə əks-səda doğurur. Onun Ukraynanın maliyyələşdirilməsi üçün dondurulmuş Rusiya aktivlərindən istifadə ideyasını yenidən gündəmə gətirməsi Avropanın qorxularını özündə ehtiva edir.

Şübhəsiz, Fransa lideri bu çıxışı ilə daha çox öz strateji vizyonunu Avropanın çəkilməyə çalışdığı geopolitik xəritənin mərkəzinə yerləşdirmək niyyəti güdür. Nəzərə alsaq ki, dondurulmuş rus aktivləri illərdir müzakirə olunur, onların Ukrayna üçün sabit maliyyə mənbəyinə çevrilməsi ideyası hələ də tərəddüdlərlə qarşılanır. Fransa lideri isə bu tərəddüdlərin qarşısını almağa çalışır.

Əslində, Makron öz resurslarına sahib çıxmasını, müharibənin yükünü ABŞ-dan uzaq tutmağı, Vaşinqtona daha az bağlı olan qərar mexanizmi yaratmağı hədəfləyir. Görünür, o, fransızsayağı siyasətindən əl çəkə bilir. Yəni məsələnin sadəcə maliyyə ilə bitmədiyinin fərqində deyil. Axı prosesdə siyasi iradə hər şeydən öncə gəlir. Çünki bir dövlətin aktivlərindən icazəsiz istifadənin hüquqi presedentini yaratmaq Avropa üçün tarixi addım ola bilər. Halbuki, Brüssel illərdir hüquqi legitimlik çərçivəsindən kənara çıxmamağa çalışıb. Düşünək ki, artıq Moskvanın yaratdığı reallıq bu çərçivələri daraltmağa başlayıb?

Avropa Rusiyanın iqtisadi üstünlüyünə qarşı daha sərt mexanizmlər axtarır və Makron bunun önünə çıxaraq, təşəbbüsü öz adına yazdırmaq istəyir. Proses bir daha göstərir ki, Fransa başqa ölkələrin taleyinin həll olunduğu məqamlarda belə kor-koranə addımlar atmaqdan çəkinmir. Kimlərsə məsələnin mahiyyətini Ukrayna ilə bağlaya bilər, amma Parisin münaqişədən istifadə edərək söz sahibinə çevrilmək arzusu gözardı edilməməlidir.

Əlbəttə, durum rəsmi Vaşinqtonun “sülh planı” layihəsini gündəmə gətirməsindən sonra alovlandı. Trampın Ukrayna müharibəsi ilə bağlı tez-tez səsləndirdiyi “24 saatda sülh” şüarı Avropa paytaxtlarında daha çox təlaş doğurdu. Çünki bu cür sürətli barışın, heç bir halda, Ukraynanın maraqlarını əks etdirməyəcəyi, əksinə, Kiyevin ciddi ərazi güzəştlərinə məcbur qalacağı düşünülür. Bir çox xarici analitiklər hesab edirlər ki, Trampın yanaşması müharibəni dayandırmaqdan çox, yükü Amerika büdcəsindən mümkün qədər tez kənarlaşdırmağa xidmət edir. Avropa isə bu məntiqin öz təhlükəsizlik mühitini necə dağıda biləcəyinin fərqindədir. Ona görə Aİ Birləşmiş Ştatlar liderinin hələ formalaşdırmadığı, lakin istiqamətini artıq bəlli etdiyi sülh planına qarşı öz alternativ layihəsini irəli sürməyə başlayıb. “European alternative” adlandırılan layihə 8kraynanın müdafiəsi ilə bağlı texniki sənəd təsiri bağışlasa da, əslində, Avropanın öz geopolitik gələcəyini yenidən inşa etmək cəhdidir.

Avropa anlayır ki, Ukraynada gedən müharibə bütün qitənin sərhədlərini, dəyərlərini, siyasi modelini müəyyənləşdirən sınaq meydanıdır. Yeri gəlmişkən, ABŞ-ın 28 maddəlik layihəsini baza götürən alternativ planda hər maddə yenidən gözdən keçirilir, bəziləri silinir, müəyyən dəyişikliklər təklif edilir. Yeni variantın mətnində NATO-nun genişlənməməsi yönündə qoyulmuş məhdudiyyətlər aradan qaldırılır. Qoyulan sərhədlər əvvəlcədən “de-fakto” Rusiya nəzarətində sayılan ərazilər kimi qəbul edilməyəcək. Ərazi məsələlərinin müzakirəsinə atəşkəs razılaşmasından sonra mövcud döyüş xəttindən başlanılması təklif olunur.

Bundan başqa, Ukraynanın silahlı qüv vələrinin sülh dövründə sayına ABŞ planından fərqli olaraq, 600 min yox, 800 min nəfərlik limit nəzərdə tutulur. Eyni zamanda, Ukrayna üçün təhlükəsizlik zəmanətləri NATO stilində, yəni ABŞ tərəfindən verilə bilər. Bərpa və yenidənqurma prosesi də planın əsas komponentidir. Bu məqsədlə Ukraynanın iqtisadi, infrastruktur və sosial bərpası üçün geniş paket nəzərdə tutulur, enerji infrastrukturu, şəhər və yaşayış massivlərinin yenidən qurulması, investisiyalar, təbii resursların işlənməsi və s. uzunmüddətli inkişaf planının bir hissəsidir. 

Aİ-nin alternativ sülh layihəsinin ikinci bəndinə daha dəqiq nəzər yetirək. Ukraynanın müharibədən sonra tam təhlükəsizlik təminatından bəhs edən bənddə Fransa və Britaniyanın rəhbərlik etdiyi koalisiyanın Kiyevin gələcəyini hərbi, diplomatik və institusional çərçivədə qorumağın yollarını hazırladığı aydın olur. Bu model NATO-nun genişlənmə prosesinin ləngiməsindən meydana çıxmış boşluğu doldurmağı hədəfləyir. Avropa bununla Rusiya ilə sərhəddə “boş zona” saxlamaq istəmir. Məsələdə Ukraynanın mövqeyi də maraqlıdır. Rəsmi Kiyev xəbərdardır ki, ABŞ-ın siyasəti dəyişkəndir və hələ öz təhlükəsizliyini belə tam təmin edə bilməyən Avropanın nə dərəcədə uğurlu olacağı da sual altındadır.

İki planın mahiyyətini də düzgün təhlil etmək lazımdır. Trampın planında Ukrayna sülhə barter predmeti kimi görünür, Aİ-nin planında isə ölkə dəyişdirilməz geosiyasi dəyər olaraq. Rəsmi Vaşinqtonun tezisləri Amerika təhlükəsizliyi üçün ağıllı hesablamalara əsaslanırsa, Aİ-nin alternativi Avropanın varlığını qorumaq üzərində qurulub. Bu iki fərqli baxış dünya siyasətində dərin ideoloji uçurum yaradır. Bəzilərinə elə gəlir ki, Avropa Trampın planını rədd etməklə ABŞ-a qarşı çıxır, amma sadəcə, gələcək mövcudluğunu təmin etmək istəyir. Ona görə də “qoca qitə” bu gün özünün ən kritik anları ilə üz-üzədir. Avropa başa düşür ki, əgər rəsmi Kiyev məğlub olsa, formalaşdırılan “təhlükəsizlik arxitekturası” arzuları puç olacaq. Trampın sülh planı məhz bu arxitekturanın çökməsi təhlükəsini artırır. Aİ-nin alternativ layihəsi isə çökmənin qarşısını almaq üçün tələsik addımların kombinasiya olunmuş paketidir.

Deməli, Ukrayna müharibəsi Avropanın bəlkə də yeni güc mərkəzinə çevrilmək iddiasının başlanğıcı ola bilər. Mübarizənin qalibi kim olacaq hələlik bəlli deyil. Yaxın perspektivdə isə proseslə bağlı yeni fikir ayrılıqlarının yaranacağı görünür.

Nəzrin ELDARQIZI

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Noyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri