Icma.az
close
up
RU
Transfer bazarında rekord göstərici

Transfer bazarında rekord göstərici

Dünyanın hər yerində fəaliyyət göstərən peşəkar futbol klubları ötən ilin yanvarıyla müqayisədə bu fasilə zamanı transferlərə xərclədikləri məbləğə görə rekorda imza atıblar.

Futbolpress.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) saytında məlumat verilib .

Ümumilikdə ay ərzində 2,35 milyard dollar məbləğində 5863 əməliyyat baş verib. Bu göstəriciyə görə İngiltərə klubları 621,6 milyon dollar xərcləyərək liderlik edirlər. İkinci yerdə Almaniya komandaları (295,7 milyon), üçüncü yerdə isə İtaliya klubları (223,8 milyon) qərarlaşıb.

Transferlərdən ən çox qazanan (371 milyon dollar) Fransa klubları olub. Onları Almaniya (226,2 milyon) və İngiltərə (186,2) komandaları izləyir .

seeBaxış sayı:91
embedMənbə:https://futbolpress.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri