Icma.az
close
up
RU
Travmatik yaşantının vizual simvolu Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Travmatik yaşantının vizual simvolu Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Mətanət Vahidin "Ayxan Ayvazın "Banan qabığı" hekayəsinin psixopoetik yozumu: Selincer podteksti" yazısını təqdim edir.

Müəllifin intertekstuallığa meyli, ilk növbədə, ədəbi mədəniyyətlə (literary culture) dialoqa girmək ehtiyacından doğulur. Bu tendensiyanı yalnız estetik seçim kimi deyil, həmçinin mədəni, psixoloji və sosioloji kontekstlərdən də şərh etmək mümkündür.

Xüsusən, gənc yazarlar klassik(ləşmiş) əsərlərə istinad etmək və onlarla dialoq qurmaqla, bir növ, yaradıcı mövqelərini müəyyənləşdirməyə çalışırlar.

Bu, bir tərəfdən müəllifin özünü ümumi mədəni sahənin bir parçası kimi hiss etmək\göstərmək istəyindən qaynaqlanırsa, digər tərəfdən, oxucu ilə estetik-intellektual anlaşma yaratmaq niyyəti daşıyır.

Məşhur bir mətnlə intertekst qurmaq, onun ideya-məzmun xüsusiyyətləri, rəmzi-metaforik elementləri, obrazları və ya süjet modellərinə yaradıcı yanaşma yazara mövcud ədəbi-bədii yaddaşa müraciət vasitəsilə yeni mənalar aşkarlamaq imkanı qazandırır. Bu mənada, intertekstuallıq texniki vasitə olmaqla yanaşı, müəllifin mədəni özünüifadə strategiyasıdır.

Klassik(ləşmiş) mətnlərə müraciət dekonstruktiv xarakter də daşıya bilir: məşhur əsərin qəbul olunmuş şərhlərini çağdaş kontekstdə yenidən yozmaq, yeni interpretasiya imkanları formalaşdırmaq mümkün olur.

Ayxan Ayvazın "Banan qabığı" hekayəsi travmanın metaforik təsvirinə əsaslanan bədii psixologizm nümunəsidir. Mətnin adının eşitmə bənzərliyi ilə yanaşı, ideya yaxınlığı ilə də J.D.Selincerin məşhur, qısaca, çox vaxt "Banan balığı" adlandırılan "Banan balığı üçün mükəmməl gün" hekayəsi ilə intertekstual əlaqə yaratdığını gözardı etmək olmaz.

Amerikalı yazıçının əsərinin metaforlaşmanın şərh düyünü kimi çıxış edən başlığında əksini tapan erotik atmosfer Ayxanın hekayəsində də qabarıqdır. Selincerin qəhrəmanı Seemore çox banan yeyən bir balığın çuxurda ilişib ölməsindən bəhs edir.

Bu vəziyyət nəticədə ölümə və ya günahsızlığın itirilməsinə səbəb olan şirnikləndirici vasitələrlə (bananlarla) dolu bir həyatın metaforası kimi şərh edilə bilər: "- Acan kimi suyun dibində olan darboğaz çalalara doluşurlar. O çalalarda kalan banan olur. Onlar bu çalalara girməmişdən qabaq adi balıqlardan heç nə ilə fərqlənmirlər. Amma elə ki girdilər, özlərini lap donuz kimi aparırlar. Birini öz gözlərimlə görmüşəm: o, çalaya girəndən sonra bir dəfəyə düz yetmiş səkkiz banan yedi. - Oğlan önündəki döşəyi yükü ilə birlikdə üfüqə sarı bir az da irəli itələdi. - Təbii ki, onlar bu cür çox yediklərinə görə o qədər şişirlər ki, girdikləri çaladan bayıra çıxa bilmirlər. Onun dar boğazından keçə bilmirlər.

- Çox uzağa getməyək, - Sibil dedi, - bəs sonra neyləyirlər?

- Kimlər?

- Banan balıqları.

- Hə, yəni bilmək istəyirsən ki, onlar bu qədər yeyəndən sonra o çaladan bayıra çıxa bilməyəndə neyləyirlər, hə?.. Deməyə dilim gəlmir, Sibiş. Onlar ölürlər..."

Beləcə, Selincerin hekayəsində banan balığı travma, psixoloji deformasiya və çıxılmazlığın bədii ifadəsinə çevrildiyi kimi, Ayxanın mətnində də banan qabığı travmatik yaşantının vizual simvolu kimi çıxış edərək sonda atılır. Bu mənada, ikincidə nikbin sonluğa ümid vurğulanır.

Bəlli olduğu kimi, Selincerin hekayəsi psixoanlitik şərhlərdə fərqli interpretasiyalar qazanır. Dilrubanın davranışları da "Banan qabığı" hekayəsinin podtekstini nişan verir - barəsində açıq danışılmasa da, o həm təcavüz qurbanıdır, həm də bu aktı xatrılamaqdan özünə məlum olmayan zövq alır: "Anamın qabağına yüyürdüm, əlindəkiləri alıb mətbəxə apardım və onda gördüm ki, bacım uzanıb, bananları da üstünə düzüb. Elə o an mətbəxə gələn atamla usta da bu mənzərəni görüb çaşdılar."; yaxud "Bacımın pal-paltarı, telefonu, çarpayısı da sarıya çevrilmişdi. Bütün günü öz-özünə danışır, arada bananları ilə oynayır, sonra uzun-uzadı pəncərədən çölə baxırdı".

Ayxanın psixoloji hekayəsində Dilrubanın bananlarla oynama aludəliyini birmənalı yozmaq mümkün olmur. Bu cür reqressiv hallar, adətən, şüuraltı müdafiə mexanizminə çevrilib acı təcrübəni unutmağa (və ya başqa bir formada yaşamağa) çalışıldığı zaman baş verir. Dilrubanın davranışları travma üzərində nəzarəti bərpa etmə cəhdi kimi də yozula bilər. Freydə görə, insan basdırılmış travmatik təcrübəni düşüncə və xəyalında təkrar yaşamaq, yaxud imitasiya etməklə onu bu dəfə öz iradəsi ilə idarə etmək istəyir. Bu düşüncəyə əsasən, qızın hərəkətlərini passiv qurban olmaqdan çıxma arzusu kimi də şərh edə bilərik.

Bədii-estetik dəyəri həmçinin rəng simvolikasına əsaslanan "Banan qabığı" hekayəsinin intermedial aspekti də diqqətəlayiqdir: rənglərin vizual sənətlərdəki psixoloji-assosiativ mənalarından istifadə edilməsi mətnə fərqli kontekst qazandırır. Qara və sarı rənglərin qarşılaşdırılması məzmunun məhz bu rəmzləşmə üzərindən ifadəsinə şərait yaradır. Sarı çox vaxt günəşi, istiliyi, enerjini, sevinc və nikbinliyi ifadə edir.

Psixoloqun sarı rəngi "alternativ günəş" kimi tövsiyə etməsi də bir növ, travmanın antidotunu yaratmaq, qara(nlıqdan) çıxmaq üçün işığı çağırmaq, yaddaşın ağrısını günəş metaforası ilə "yuyub" sağaltmaq cəhdidir. "Kafedə oturub çay sifariş eləyəndə atam ofisiantın qulağına pıçıldayıb ki, çoxlu limon gətir, bir də elə elə, çay sapsarı olsun. Ofisiant onda atama deyib ki, ananas aromalı çay var, o elə siz deyən kimidir, gətirim baxın. Süfrədə hər şey sarı rəng olub: ofisiant hardansa sarı örtük gətirib masaya sərib, ananas aromalı, sapsarı çayı şüşə çaynikdə qarşılarına qoyub. Üç qabda limon dilimləri və qənd qabındakı qəndlər də sarıymış. Onda günün günorta çağıymış, hardasa gizlənmiş günəş də birdən çıxıb göyün üzünə və düz bacımın gözlərinə zillənibmiş."

Psixoloji terapiyanın tərkib hissəsinə çevrilən sarı rəng hekayədə bütün simvolik mənaları ilə birgə emosional yük daşıyıcısı olmaqla yanaşı, ailənin ümidlərini təmsil edən estetik detal kimi hekayənin strukturuna hopur.

Ayxan Ayvazın şüuraltıya estetik təmas edən "Banan qabığı" hekayəsi travmanın yeni semantik qatlarda şərhinə imkan yaratmaqla, ədəbi-mədəni yaddaşla yaradıcı ünsiyyətin nəticəsi kimi ərsəyə gəlir: Selincer mətninin strukturu və məna qatlarını yarıaşkar şəkildə təkrarlasa da, onu fərqli ədəbi və psixoloji kontekstdə rekonseptuallaşdırır, intertekstual dialoqu bədii özünüdərk mexanizminə çevirir.

Kiyevin Ayasofya Katedralındakı minillik oyma yazılar rəqəmsallaşdırıldı Məşhur aktyor vəfat etdi Bayö qobeleni 1000 il sonra ilk dəfə Britanıyada
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 Avqust 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri