Trendyol və Temu bağlamaları gömrükdə gecikir? RƏSMİ AÇIQLAMA
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son dövrlər Azərbaycanda Trendyol və Temu kimi xarici onlayn alış-veriş platformalarından sifariş verən vətəndaşların sayı artıb.
Lakin bəzi müştərilər sifariş etdikləri malların gömrükdə gecikdiyini və bağlamaların nəzərdə tutulan müddətdə onlara çatdırılmadığını bildirirlər. Bu isə gecikmələrin gömrük prosedurları, daşınma prosesi və ya digər səbəblərlə bağlı olub-olmaması məsələsini gündəmə gətirir.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirib ki, gömrük zonasına daxil olan bağlamalar qısa müddət ərzində yoxlanılaraq daşıyıcı şirkətə təhvil verilir:
"Gömrük zonasına daxil olan bağlamalar qısa zaman ərzində gömrük nəzarətindən keçirilir və dərhal daşıyıcı şirkətə təhvil verilir”.
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 18 Sentyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















