Icma.az
close
up
RU
Tribunadan meydançanı görmək niyə çətindir?

Tribunadan meydançanı görmək niyə çətindir?

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, ötən gün azarkeşlər Tofiq Bəhramov adına Respublika stadionundan narazılıqlarını ifadə ediblər. Onlar bildirirlər ki, hətta ön sıralarda da otursalar, meydançanı aydın görmək olmur.

İdman eksperti Ceyhun Rzayev Metbuat.az-a açıqlamasında bu məsələyə fikir bildirib:

“Tofiq Bəhramov adına Respublika stadionu Azərbaycan futbolunun məbədi sayılır. Çünki bu, ölkəmizin ilk stadionudur və hələ SSRİ dönəmində “Neftçi” burada çıxış edirdi. Ən önəmlisi isə stadionun yerləşdiyi ərazidir – şəhərin mərkəzində, metronun düz yanında yerləşir”.

Ekspert də tribunadan meydançanı görməkdə müəyyən çətinliklərin olduğunu təsdiqləyib:

“Bunun əsas səbəbi stadionun sırf futbol üçün yox, olimpiya xarakterli qurğu kimi inşa edilməsidir. Yəni tribunalarla ot örtüyü arasında qaçış cığırı var ki, burada atletika və digər idman növləri üzrə yarışlar da keçirilə bilsin. Bu baxımdan Olimpiya stadionu da eyni prinsiplə – çoxşaxəli idman qurğusu kimi tikilib. Bəzi kiçik stadionlarımız isə sırf futbol arenasıdır. Məsələn, Mərdəkandakı və ya “Neftçi”nin ev oyunlarının keçirildiyi stadionu buna nümunə göstərmək olar. Amma onların tutumu çox azdır”.

C.Rzayev qeyd edib ki, yeni stadion tikmək üçün isə milyonlarla vəsait tələb olunur:

“Mən düşünmürəm ki, “Qarabağ” yaxın gələcəkdə öz stadionunu inşa etsin. Amma, əlbəttə, ölkədə stadionların sayı çoxaldıqca bu, futbolun inkişafına yalnız müsbət təsir göstərəcək”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 Oktyabr 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri