Icma.az
close
up
RU
Triestin kabusu: Azərbaycanlı partizan Mirdamət Seyidovun sarsıdıcı əməliyyatları

Triestin kabusu: Azərbaycanlı partizan Mirdamət Seyidovun sarsıdıcı əməliyyatları

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İkinci Dünya müharibəsində Yuqoslaviya və İtaliyada faşizmə qarşı ən uğurlu diversiya əməliyyatlarını həyata keçirən azərbaycanlı partizan Mirdamət Seyidov (1922–2012) Balkan müqavimət hərəkatının ən cəsur simalarından biri kimi tarixə düşüb. Onun Mehdi Hüseynzadə – “Mixaylo” və Cavad Həkimli ilə tanışlığı məhz bu bölgədə başlayıb və birgə əməliyyatlar qısa müddətdə düşmən arxasında ciddi narahatlıq yaradıb.

Ölkə.Az musavat.com-a istinadən xəbər verir ki, Mirdamət Seyidov və Mehdi Hüseynzadə tərəfindən yaradılan gizli antifaşist təşkilatı ardıcıl və sarsıdıcı əməliyyatları ilə həm Yuqoslaviyada, həm də İtaliyada böyük nüfuz qazanmışdı. Azərbaycanlı partizan həmin illərdə yerli əhali və müqavimət qüvvələri arasında İvan Ruskiy, Miriço Mario və Vesilin təxəllüsləri ilə tanınırdı.

Ən səs-küylü diversiyalardan biri 1944-cü il aprelin 2-də Triest yaxınlığındakı Opçine qəsəbəsində həyata keçirilən partlayış idi. Mirdamət Seyidov və Mehdi Hüseynzadə tərəfindən kinoteatrın partladılması nəticəsində 80 alman hərbçisi həlak olmuş, 110 nəfər ağır yaralanmışdı.

Seyidovun həyata keçirdiyi ən böyük əməliyyatlardan biri Triestin “Via qeqa” küçəsində yerləşən alman hərbçilərinə məxsus “Soldatenheim” restoranının məhv edilməsi idi. Faşist əsgərlərinin forması ilə binaya daxil olan Mehdi və Mirdamət partlayıcı yerləşdirilmiş çantanı masanın altına qoyub sakitcə binanı tərk etdilər. Yarım saat sonra restoran tamamilə dağıldı. Almanlar iki gün uçqun altından cəsədləri və yaralıları çıxarmaqla məşğul oldular. Partlayış nəticəsində 450 alman əsgər və zabiti məhv edilmişdi.

Mirdamət Seyidovun cəsarəti, dəqiqliyi və taktiki təfəkkürü onu Balkan cəbhəsinin ən tanınmış azərbaycanlı partizanlarından birinə çevirib və İkinci Dünya müharibəsi tarixində silinməz iz qoyub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Noyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri