Icma.az
close
up
RU
TRİPP 3+3 ü arxa plana atdı

TRİPP 3+3 ü arxa plana atdı

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son dövrlərdə Cənubi Qafqaz regionuna Avropa İttifaqı, ABŞ və Fransa kimi beynəlxalq güclərin marağı və fəallığı nəzərəçarpacaq şəkildə artıb.

Xüsusilə ABŞ-nin mövqeyini gücləndirən TRİPP layihəsi Qərbin regionda möhkəmlənmək cəhdlərinin bariz nümunəsidir. 

Qərbin bu regiona daxil olması, həmçinin regional nəqliyyat-kommunikasiya xətləri ətrafında gedən proseslər Rusiya və İranın ciddi narahatlığına səbəb olur.

Halbuki İkinci Qarabağ müharibəsindən sonra region dövlətlərinin iştirakı ilə fərqli bir əməkdaşlıq mexanizmi formalaşmağa başlamışdı. 

Rusiya, Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Ermənistanı birləşdirən "3+3" formatı bir zamanlar olduqca aktual idi və sözügedən ölkələrin dövlət rəsmilərinin görüşləri ilə pozitiv proseslər vəd edirdi.

Lakin bir müddət sonra, xüsusilə Ermənistanın Qərb və ABŞ ilə daha da yaxınlaşması bu dinamikanı kəskin şəkildə dəyişdi.

Qərbin regiona nüfuz etməsi nəticəsində regiondaxili dialoq platforması olan "3+3" formatı tədricən arxa plana keçərək gündəmdən düşdü.

Hazırkı mürəkkəb geosiyasi reallıqda isə böyük güclərin toqquşan maraqları fonunda bu formatın yenidən gündəmə gəlməsi və aktuallığını bərpa etməsi ciddi sual doğurur.

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, “3+3” formatı Cənubi Qafqaz üçün xüsusi əhəmiyyət kəsb edən bir platforma ola bilərdi:

“Bu məsələnin gündəmə gəldiyi ilk zamanlarda belə bir format Cənubi Qafqazın ümumi problemlərinin müzakirə olunmasına və həll olunmasına yönələn bir mexanizm kimi qiymətləndirilirdi.

Ancaq Cənubi Qafqazda vəziyyət dəyişdiqcə fərqli istiqamətlər üzrə yeni geosiyasi, geoiqtisadi və geostrateji layihələrinin reallaşdırılmasına ehtiyac yarandı. Üstəlik, sözügedən layihələrin reallaşdırılması prosesində həm region ətrafı, həm də qlobal güc mərkəzlərin maraqları kəskin şəkildə toqquşur.

Məsələ burasındadır ki, hazırda Cənubi Qafqazda iki önəmli proses gedir və bu iki proses də çox önəmlidir. Birincisi, Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanması məsələsidir.

Belə bir sazişin imzalanması həm Azərbaycan, həm də Ermənistanın maraqları üçün, eyni zamanda bu, Qərb ölkələri üçün də geosiyasi və geoiqtisadi apsektlər baxımından sərfəlidir. Amma Rusiya və İran üçün bu sazişin imzalanması sərfəli deyil.

İkincisi, ABŞ-nin Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirən TRİPP layihəsidir. Bu dəhliz ABŞ-nin maraqları çərçivəsindədir. ABŞ-nin layihəsi Azərbaycan və Ermənistanın da maraqlarına cavab verir.

Rusiya və İran isə bu layihəninin həyata keçirilməsində maraqlı deyil və layihəyə qarşı müqavimət göstərirlər.
Göründüyü kimi, “3+3” formatı arxa plana, TRİPP layihəsi isə ön plana keçib. Təbii ki, belə bir layihə ABŞ və Qərbin Cənubi Qafqazda möhkəmlənməsi üçün vacib bir mexanizmdir.

Eyni zamanda TRİPP layihəsi Cənubi Qafqazı daha fərqli istiqamətlərə yönəldir. Məhz bu səbəbdən regionda Rusiya və İranın maraqlarına zidd olan bir vəziyyətin yarandığı bir şəraitdə “3+3” formatının yenidən canlanması qeyri-real görünür”.

Yunis Abdullayev 
“Cebheinfo.az”

Açar sözlər: TRİPP Elçin Xalidbəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 İyun 2026 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri