TRIPP layihəsi üzrə razılaşmaların icrasına başladılar
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
“Ermənistan və ABŞ arasında “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə iki ölkə lideri Donald Trampla Nikol Paşinyanın görüşü zamanı əldə olunan razılaşmaların icrasına başlanılıb”.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Ellison Huker arasında baş tutmuş görüşdə bildirilib.
“ABŞ və Ermənistan arasında uzunmüddətli əməkdaşlıq, eləcə də Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinə nail olmaq baxımından əldə olunmuş tərəqqi və Türkiyə ilə münasibətlərin normallaşması Cənubi Qafqazın həyati əhəmiyyətli ticarət marşrutu kimi açılması baxımından perspektivlər yaradır”, - Ellison Huker deyib.
O, həmçinin Ermənistana səfərinin əsas məqsədinin ticarət, investisiya, infrastruktur, regional kommunikasiyalar və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini müzakirə etmək olduğunu qeyd edib.
Paşinyan isə iki ölkə arasında əməkdaşlığın yeni səviyyəyə çıxdığını və bu tərəfdaşlığın həm Ermənistan hökuməti, həm də ictimaiyyəti tərəfindən yeni şəkildə qəbul edildiyini nəzərə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 17 Noyabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















