“TRT Haber” telekanalının auditoriyasına işğaldan azad olunmuş Füzuli rayonunun bərpasından danışılıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ankara, 18 noyabr, AZƏRTAC
Türkiyənin “TRT Haber” televiziya kanalı milyonlarla izləyicisini Azərbaycanın erməni işğalından azad edilmiş Füzuli rayonu ilə tanış edib.
AZƏRTAC xəbər verir ki, xəbər kanalının veb-saytında yerləşdirilən fotoreportajda qeyd olunur ki, 44 günlük Vətən müharibəsi zamanı şiddətli döyüşlərin getdiyi Füzuli rayon mərkəzi və ətraf torpaqlar ziyarətçilər üçün nəzərdə tutulmuş ərazilər daxilində hərəkət etmək şərti ilə açıqdır.
Reportajda Azərbaycanın azad edilmiş ərazilərində davam edən bərpa işləri, eləcə də mina təmizləmə prosesi barədə məlumat verilib.
İşğalçılar tərəfindən qazılmış səngərlərin, minalanmış sahələrin və Azərbaycan şəhidlərinin abidəsinin fotoşəkilləri də nümayiş etdirilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 18 Noyabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















