Trump Türkiyədən Rusiya Ukrayna sülhündə fəal rol gözləyir
Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Rusiya və Ukrayna arasında davam edən müharibə artıq 4-cü ilinə yaxınlaşır. Ötən illər göstərdi ki, heç bir tərəf tam üstünlük qazana bilmir və hər iki ölkənin insani və hərbi-texniki resursları tükənməkdədir. Buna görə də əlbəttə, bəşəri faciənin qarşısını almaq üçün sülhə ehtiyac var”.
Bunu "Xalq Cəbhəsi"nə millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, müharibə başlayandan bəri Türkiyə çoxsaylı sülh təşəbbüsləri ilə çıxış edib: “Bəzən qismən nəticələr əldə olunub, bəzən isə Qaradəniz vasitəsilə yüklərin daşınması təmin edilib. İstanbulda keçirilən görüşlər zamanı sülhə yaxınlaşmaq imkanları yaranıb. Türkiyənin artıq hər iki ölkə ilə danışıqlar aparmaq təcrübəsi var".
Millət vəkili əlavə edib ki, ABŞ prezidenti Donald Trump da Türkiyəni bu istiqamətdə səylərini artırmağa dəvət edir: “Hər iki ölkənin Türkiyəyə olan inamı və etibarı, onun vasitəçiliyini daha aktual edir. Görünür, Türkiyə səylərini gücləndirməli və digər beynəlxalq səyləri səfərbər etməlidir ki, Rusiya ilə Ukrayna arasında sülh əldə olunsun".
Günel Elxan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 14 Oktyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















