Icma.az
close
up
RU
Tudor: “Həmişə rəqiblə müqayisədə bir qol artıq vurmağa can atıram”

Tudor: “Həmişə rəqiblə müqayisədə bir qol artıq vurmağa can atıram”

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, martın son günlərindən birində “Yuventus”da gözlənilən baş məşqçi dəyişikliyi rəsmiləşib.

"Football-plus.az" xəbər verir ki, Tyaqo Motta qeyri-qənaətbəxş nəticələrə görə bu vəzifədən istefaya göndərilib. Rəhbərlik komandanı 2024-cü ilin yayından çalışdıran 42 yaşlı mütəxəssisə İqor Tudoru xələf seçib. Xorvatiyalı ilə müddəti iyunun 30-na qədər nəzərdə tutulan müqavilə imzalanıb. “Yuventus” Çempionlar Liqasına vəsiqə qazanacağı halda əməkdaşlığın müddəti birilliyə artırılacaq.
Komandaya 1998-2007-ci illərdə futbolçu, 2020-21-ci illərdə isə məşqçi kimi xidmət edən Tudorun İtaliya nəhənginin “sükanı arxasında”kı debütü uğurlu alınıb. 46 yaşlı mütəxəssis “Cenoa” üzərində qələbədən (1:0) sonra jurnalistlərin bir sıra aktual suallarını cavablayıb.
- Komandanın güclü rəqibə qarşı çıxışından razı qaldınız?
- Çox, çox razı qaldım. “Cenoa”nın kifayət qədər yaxşı oynayan ciddi komanda olmasıyla bağlı fikri mən də bölüşürəm. “Yuve” ilə yalnız iki-üç məşq keçəndən sonra ilk rəsmi oyunumuza çıxdıq. Əlbəttə, müəyyən dərəcədə istəkli idik, amma iki-üç günə hər şeyi dəyişmək qeyri-mümkündü: bu, yalnız texniki-taktiki yox, həm də psixoloji planda mümkün olan iş deyil. Belə anı səylə çalışmaqla arxada qoymaq lazımdı. Ona görə ki, hər şey dəyişir. Sistem mövcuddu, amma üslub da var. Gərək oyununu rəqibə görə qurmağı da bacarasan. Xoşbəxtəm, ona görə ki, futbolçular uğurlu nəticə üçün bütün güclərini sərf etdilər. Meydanda çox şey etdik, nələrsə alınmadı, ancaq qələbəyə tamamilə layiq idik. Azarkeşlərimizə görə də sevinirik. Onlar qələbəyə ehtiyac duyurdular. Elə komanda da.
- Lokatelli-Yıldız əlaqəsi komandanız üçün çox faydalı oldu.
- Hə, Loka lazımi vəziyyətləri axtarıb tapmağı bacarır. Kənana görə çox şadam, o, həqiqətən də vacib keyfiyyətlərə malikdi. Vlahoviçin çıxışını da bəyəndim. Müdafiədə inamlı oynadıq, meydanın mərkəzində də əla işlər gördük. Fikrimcə, daha iki qol da vura bilərdik. Əsas odu ki, qələbə qazandıq.
- Matçdan sonra daha hansı emosiyaları qeyd edə bilərsiz?
- Tifozinin adımı qışqırmasını eşitdim. Bu, mənim üçün inanılmaz dərəcədə emosional məqam idi. Azarkeşlər mənə xoş hisslər bəxş etdilər, amma əsas diqqətim oyunda idi.
- Klubdan zəng gələrkən nə haqda düşünürdüz?
- Mənim üçün çox xoş mesaj idi. İlk məşqlərdə oyunçulara bir sıra fikirlərimi çatdırdım. Ümumiyyətlə, həftə bizim üçün çətin keçdi, ona görə ki, əksər futbolçular müxtəlif milli komandaların düşərgəsindən qayıtmışdılar.
- Onlara nə lazımdı?
- Hər bir oyunçuya fərdi planda yanaşmaq vacibdi. İndiki məqamda onların oyununa bir qədər müsbət çalarlar qatmaq lazımdı. Bununla yanaşı, dəbilqəni geyib pedalları fırlatmalıyıq. Komanda yenidən starta ehtiyac duyur, ancaq bunu həddən artıq həyəcanla etmək olmaz. “Yuventus”da oynamağın necə təzyiq yaratdığını yaxşı bilirik.
- “Yuventus”un ruhunu ilk dəfə nə vaxt hiss etmisiz?
- 20 yaşım vardı. Paltardəyişmə otağına daxil olanda orda Zidanı gördüm. Az sonra müayinədən keçmək üçün növbəmi gözləyirdim. Hardasa mənim növbəm çatmışdı. Zizunu yenidən görərkən onun müayinədən birinci keçməli olduğunu düşündüm. Amma o, mənə görə bir qədər kənara çəkildi və “sənin növbəndi, mən gözləyərəm” dedi... Bax, həmin anda “Yuventus”dakı təvazökarlıq və hörmət mədəniyyətinin şahidi olmuşdum.
- Təyinatınızdan sonra komandadan hücumameyilli oyun sərgiləməsini gözləmək olar?
- Biz heç nədən imtina etməməliyik. Mən sərəncamımda oyundan məmnun olan oyunçuları görmək istəyirəm. Həmişə rəqiblə müqayisədə bir qol artıq vurmağa can atıram. Böyük qüvvə ilə hücum etməyi xoşlayıram, amma eyni zamanda komandamın top buraxmasını da istəmirəm. İş kompleks xarakterli olmalıdı. Futbol baxımlılıq yönündə inkişaf etməlidi, çünki müasir dünyada tələbkarlıq getdikcə artır. Futbolsevərlər çox matç izləyirlər və futbol onları yora bilər. Mən bunu görür, oxuyur və təhlil edirəm. Bu istiqamətdə hərəkət etmək lazımdı, ancaq oyun balansını da unutmaq olmaz.
- Üç müdafiəçili sistemdən daim yararlanacağınızı düşünmək olar?
- Çalışdırdığım komandalarımda həm dörd, həm də üç müdafiəçidən ibarət sistemləri tətbiq etmişəm. Fərdi pressinqə və zona müdafiəsinə üstünlük vermişəm. Bunlar vacib detallardı, lakin əsas məsələ komandanın xarakteristikasını nəzərə almaqdı.
- Komanda ilə bağlı ilk təəssüratlarınız necədi?
- Oyunçuların nədən danışdıqlarını, aralarındakı münasibətlərin necə olduğunu öyrənmək və ya hiss etmək lazımdı. Ürək və bağlılıq hissi qələbə üçün kifayət etmir. Əks halda ən sadiq azarkeşi komandanın başçısı təyin edərdik. Bütün aspektlər – motivasiya, taktika, klubun ümumilikdə gördüyü işlər nəzərə alınmalıdı. Oyunçular komandanın əsas simasıdı. Onlara potensialını meydanda 100 faiz göstərmələri üçün kömək edilməlidi. Futbolçular hər şeyi aydın görürlər. Bir məşqçinin hansısa detala və ya oyun komponentinə necə yanaşdığını, başqasının bunlara münasibətini bilir və anlayırlar. Ümumi işdə vacib nəsə görürlərsə, sənə güvənirlər. Diqqətlərini nəsə cəlb etməyəndə isə oyunçunu itirirsən. Bunsuz qələbə qazanmaq mümkün deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Aprel 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri