Biz həmişə bir yerdə olacağıq
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
"Hazırkı dövrdə Azərbaycan və Türkmənistan arasındakı münasibətlər qonşuluğun bütün sahələrini əhatə edir. İki dövləti bir-birinə eyni mədəniyyət və bir çox məsələlərə oxşar yanaşma birləşdirir. Deyə bilərik ki, müstəqilliklərimizi bərpa etdikdən sonra əlaqələr daha da möhkəmlənmişdir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfərindən danışarkən bildirdi.
Onun sözlərinə görə, dövlətlər arasında ticari, iqtisadi və digər sahələrdə vaxtaşırı müzakirələrin aparılması adi hala çevrilib:
"Eyni zamanda, mədəni əlaqələr də gündən-günə artır. Azərbaycanda Türkmənistan mədəniyyəti, Türkmənistanda isə bu yaxınlarda Azərbaycan Mədəniyyət Günləri keçirildi. Türkmənistan Prezidentinin Azərbaycana səfəri zamanı əlaqələrimizi daha da möhkəmləndirən bir çox sənədlər imzalandı".
Millət vəkilinin fikrincə, bu gün hər iki prezidentin Şuşaya səfər etməsi Türkmənistanın Azərbaycanın ərazi bütövlüyü və işğaldan azad edilmiş ərazilərin bərpası məsələsinə nə qədər həssaslıqla yanaşdığını göstərir:
"Füzulidə Türkmənistanın vəsaiti hesabına məscid tikdirilməsi Azərbaycan-Türkmənistan dostluğunun bariz nümunəsidir. Həmçinin, Türkmənistan Prezidentinin Azərbaycana səfəri zamanı Azərbaycan Türkmənistana “Dostluq” adlı neft daşıyan tanker hədiyyə etdi. Bu da münasibətlərimizin və qardaşlığımızın nə qədər yüksək səviyyədə olduğunu göstərir. Bu əlaqələr iki qardaş türk dövlətinin əlaqələridir. Bu mehriban qonşuluq əbədidir və bundan sonra da biz həmişə bir yerdə olacağıq".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 23 İyun 2026 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















