Icma.az
close
up
RU
Qurban Qurbanovun çempionluq şərhi: Həmişə növbəti uğur üçün can atıram

Qurban Qurbanovun çempionluq şərhi: Həmişə növbəti uğur üçün can atıram

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Premyer Liqasının XXXII turunun "Sabah" - "Qarabağ" oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

- Futbolçularımı təbrik edirəm. Bir illik əziyyətdən sonra çempion olduq. Bu məni sevindirir. Həqiqi çempionluq oyunu oldu. Hər iki tərəf ağıllı və dinamik oynadı. Azarkeşlərimiz də bu çempionluğa layiqdir. İlboyu bizimlədirlər, tək qoymurlar. "Sabah"a uğurlar arzu edirəm.

- Futbolçular üçün sanki çempionluq adiləşib…

- Uşaqları oyunda motivasiyada saxlamaq asan deyil. Onların arzusu olmadan, bunu etmək çətin olar. İlk dəqiqələrdən sona kimi yaxşı mübarizə apardılar. Hər uğurun ilkləri daha xoş olur. Mən isə həmişə növbəti uğur üçün can atıram.

- Kubokun finalında da bu komanda ilə qarşılaşacaqsınız. Nəsə yoxladınız?

- Heyəti tam dəyişmişdik. Son matçlarda demək olar, eyni heyətlə oynayırdıq. Yorğunluq hiss olunurdu. Həm uşaqları qorumaq istəyirdim. Yükləmə olanda bərpa bir az zaman alır. Çoxdan oynamayan uşaqlar da dinamikanı qorumağa çalışdılar. Onlara təşəkkür edirəm. Hər çempionatda belə heyətlə oyunlarımız olur və onlar çempionluqda böyük pay sahibidirlər.

- Qarşıdakı oyunlarda da rotasiyalar olacaq?

- Ola bilər. Çalışıram ki, futbolçuların idman formasını qoruyum. Gedişata görə addımlar atacağıq.

- Komandada köklü dəyişikliklər olacağı iddia edilir. Belə plan var?

- Köklü dəyişiklik ağır gəlir. Vəziyyətə uyğun addım atmağa çalışacağıq. Hansı futbolçu ilə işləmişəmsə, onu göndərmək istəməmişəm. Onların əziyyətini görürəm. Buna görə, kimisə göndərmək istəmirəm. Baş məşqçi kimi ayrılıqlar çətin gəlir. Komandaya yeni nəfəs vermək, aktivləşdirmək üçün şansımız olsa, addımlar atacağıq. Heyətimizə yeni oyunçular qatmaq istəyirik. Bəzi gedənlərin yeri boş qalıb. Qlobal dəyişiklik olacağını demək olmaz.

- Penalti olmasaydı, xal qazanmaq şansınızı necə dəyərləndirirsiniz?

- Penaltidən qol vuranda da xal verilir. Penalti olmasaydı, qələbəmiz olmazdı demək düzgün deyil. İl ərzində 3-4 dəfə penalti qolu ilə xal qazanmışıq. Qol epizodlarımız olur.

- "Sabah"ın oyunçularını necə xarakterizə edərdiniz?

- Onları həmişə dəyərləndirmişəm. Sürətli, texnikalı oyunçuları var. Bu komandaya qarşı yaxşı oynamaq üçün çox hazırlaşmalıyıq. Düşünülmüş hücumları olur. Diqqətsizlik qapımızda qola səbəb oldu.

- Tahir Gözəl bildirdi ki, 4-5 transfer olacaq. Bu haqda nə deyə bilərsiniz?

- Hər ilin sonunda rəhbərliklə müzakirələrimiz olur. Qarşılıqlı təşəkkür edirik. İşimizi düzgün yetirsək, birlik möhkəm olsa, uğur olur. Danışacağıq. İllərboyu həmişə istəmişik ki, yayda daha çox transfer edək. Bəzən olub ki, 4-5 transfer istəyib, sonda 2 yeni oyunçu gətirmişik. Diqqətimdə olan oyunçular var. Bəzən hər istədiyin oyunçunu gətirə bilmirsən. Avropaya meyilli olurlar, maliyyə baxımından fərqli istəkləri olur. Hər bir halda, yeni nəfəs lazımdır. Daha uğurlu olmaq istəyiriksə, çox çalışmalı, heyətimizi gücləndirmək istəyirik.

- Benzia və Marko Veşoviçin klubdan çox maaş istədiyi yazılır. Bu oyunçularla bağlı vəziyyət necədir?

- İstəyərəm ki, bu oyunçularla illərlə birlikdə olaq. Bir-birimizi yaxşı anlayırıq. Yazılanlar doğru deyil. Hansısa futbolçunun yüksək maaş tələbi olduğu üçün müqavilə bağlanılmadığı kimi məsələ olmayıb. Futbolçular bir yaşdan sonra son addımlarını atmaq istəyirlər. Veşoviç və Benziada maaş məsələsi olmayıb. Hər oyunçunun öz yeri var. Futbolçular öz bacarıqlarına görə fikirlərini bildirirlər. Oyunçular üçün də qərar vermək asan olmur. Onların özlərinə də çoxlu məsləhət verən olur. Onları anlayıb, sərbəst buraxıram. Futbolçu karyerası qısadır, olduğun yerdə ürəkdən oynayır, bu komandanın uğuru üçün güclərini sona kimi qoyursa, mən də hansısa kompromisə getməliyəm.

- Çempionlar Liqasında hədəf nə olacaq?

- Fikir bildirə bilmərəm. Hələ vaxt var. Hər il daha yaxşı olmaq istəyirik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Aprel 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see284

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see261

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see174

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see173

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see159

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see147

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see142

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see137

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see135

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see135

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see132

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see130

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see128

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see126

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see125

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see124

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see123

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see123

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see123

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri