Icma.az
close
up
RU
“TÜFEYLİ” NOBEL MÜKAFATINA NECƏ LAYİQ GÖRÜLDÜ?

“TÜFEYLİ” NOBEL MÜKAFATINA NECƏ LAYİQ GÖRÜLDÜ?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Elm və təhsil bilicisi, maarifçi Etibar Əliyevin "BAZAR GÜNÜ OXULARI" silsiləsindən növbəti yazısını təqdim edirik:

Rus-Amerika şairi və esse ustası İosif Brodski Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olub. Onun milliyyətcə yəhudi olan valideynləri bir neçə dil bilən ziyalı insanlar olmuşlar.

1947-ci ildə orta məktəbin 1-ci sinfinə gedən Brodski sonra bir neçə məktəb dəyişir. Dördüncü sinfi bitərən İosifə sinif rəhbəri belə bir məzmunda xasiyyətnamə verir: «Bu uşaq xarakterinə görə inadkar, sarsılmaz, həm də tənbəldir. Yazılı ev tapşırıqlarını ya çox pis yerinə yetirir, ya da ümumiyyətlə yerinə yetirmir. Dəftəri dərsə aidiyyatı olmayan qeydlər və rəsmlərlə doludur. Bunlara baxmayaraq, qabiliyyətlidir, əlaçı da ola bilər, lakin cəhd göstərmir».

Yeddinci sinfi bir neçə «iki» ilə «başa vuran» gələcəyin şairi təhsilini axşam məktbinə dəyişir və azad dinləyici kimi universitet mühazirələrində iştirak edir. Sonda o, sərbəst mütaliə hesabına geniş erudisiyalı bir şəxsə çevrilir. Qısa bir vaxtda ingilis və polyak dillərini dərindən mənimsəyir, latın, italyan və fransız dilində mətnləri çətinlik çəkmədən oxuyur.

Brodski 16 yaşından şeir yazmağa başlayır. 1957-ci ildə onun «Əlvida, unut, qınama» adlı məşhur şeirlərindən biri çap olunur. Bu şeirə görə böyük rus şairəsi Anna Axmatova «onun şərəfli taleyə malik olacağını və ağır həyat sürəcəyini» qabaqcadan söyləyir. Bir neçə il gərgin axtarışdan sonra Brodski öz yerini «tapır», poeziyada dünyanı özünəməxsus şəkildə görmə, duyma və qavrama rakursunu, ritmini və üslubunu müəyyənləşdirir. 1958-ci ildən onun şeirləri çap olunmağa başlayır. Lakin 60-cı illərin əvvəllərində onun yaradıcılığına faktiki olaraq qadağa qoyulur. 1964-cü ildə şairin əleyhinə «tüfeyliliyə görə» cinayət işi qaldırılır və ona məhkəmə qurulur. Brodskinin məhkəməsinə jurnalistlərin və yazıçı Viqdorovanın buraxılması sovet məkanında insan hüquqları uğrunda mübarizədə mühüm mərhələ hesab olunur. Xüsusi istedada malik bir gənc hazırcavablılığı ilə sovet məhkəmə sistemini ifşa edir:

Hakim: Şiz nə ilə məşğul olursunuz?

Brodski: Şeir yazıram, tərcümə edirəm.

Hakim: Sizin daimi iş yeriniz varmı?

Brodski: Mən belə başa düşürəm ki, bu, daimi iş yeridir.

Hakim: Dəqiq cavab verin.

Brodski: Mən şeirlər yazıram və hesab edirəm ki, onlar cap olunacaq.

Hakim: Siz cavab verin, nə üçün işləmirsiniz?

Brodski: Mən işləyirəm, mən şeir yazıram.

Hakim: Bizi bu maraqlandırmır, ümumiyyətlə, sizin sənətiniz nədir?

Brodski: Şair, şair-tərcüməçi.

Hakim: Sizin şair olmağınızı kim tanıyıb, sizi şairlər sırasına kim daxil edib?

Brodski: Heç kim. Onda məni insanlar sırasına kim daxil edib?

Hakim: Siz haradasa bunu öyrənmisinizmi?

Brodski: Nəyi?

Hakim: Şair olmağı. Bunu hazırlayan ali məktəbə daxil olmağa cəhd göstərmisənmi?

Brodski: Mən inanmıram ki, bu, təhsillə verilsin.

Hakim: Bəs haradan verilir?

Brodski: Mən hesab edirəm ki, bu, Allahla bağlıdır.

Məhkəmə Brodskini «tüfeyliliyə» görə 5 il azadlıqdan məhrum edir. İnsanın şeirlərinə və fikrinə görə həbs edilməsi o zaman Qərb dövlətlərini şoka salmışdı. Qərbdən dəstək gələnə qədər sovet mədəniyyətinin bütün görkəmli nümayəndələri ayağa qalxmışdılar. Gənc şair məhkəmə sistemini ifşa etməklə yanaşı həm də ziyalıların birliyinə nail olmuşdu.

Şairin vətənindəki həyatına diqqət edək: o, 15 yaşında orta məktəbi tərk edir, 18 yaşında «tüfeyli» şair adını qazanır, 20 yaşında həbs olunur, 23 yaşında həbsxanada psixiatrik klinikaya salınır, 32 yaşında ölkəni məcburi tərk edir.

Arxangelskə sürgün edilən Brodski elə həbsxanada ikən həyatının gələcək istiqamətini müəyyənləşdirir. Bu, həyatını poeziyaya həsr etmək yolu idi. O zaman tanınmış sovet mədəniyyət xadimləri Axmatova, Çukovski, Marşak, Paustovski, Şostakoviç onun azadlığa buraxılması üçün sovet rəhbərliyinə dəfələrlə müraciətlər edirlər.

Bir ildən sonra o, azadlığa buraxılır və vətəni Leninqrada qayıdır. Bu dövrdən başlayaraq Brodski beynəlxalq aləmdə tanınan yaradıcı şəxsiyyətə çevrilir. Şair bir sıra Qərb universitetlərində mühazirələr söyləmək üçün dəvətlər alır və şeirləri Avropada çap olunur. Nəhayət, 1972-ci ildə Brodski mühacirət yolunu seçir. Hava limanında sənətkar acı-acı deyir: «Yaramazlar, heç olmasa məni vətəndaşlıqdan məhrum etməyin. Nə vaxtsa mən bu torpağa ya ruhum, ya da kitablarımla qayıdacağam».

O, bir müddət Vyanada yaşadıqdan sonra Amerika Birləşmiş Ştatlarına gəlir. Burada iki dildə şeir və nəsr əsərləri yazmağa başlayır və Kolumbiya, Miçiqan, Nyu-York universitetlərində mühazirələr oxuyur. Mühacir şair tez bir zamanda Amerikada rus mədəniyyətinin mərkəzi təmsilçisinə çevrilir. 1980-ci ildə Brodski Massaçusetdə məşhur «Beş kollec»də professor vəzifəsini tutur. Bununla yanaşı, Miçiqan, Kolumbiya, Kembric universitetlərinin professoru seçilir.

1978-ci ildə o, həmçinin Yel Universitetinin fəxri doktoru və ədəbiyyat üzrə professoru, bir ildən sonra isə Amerika İncəsənət və Ədəbiyyat Akademiyasına üzv olur.

Ölkəsində özünü tapa bilməyən istedadlı bir şəxsin qısa bir vaxtda yad, lakin sözə və fikrə görə insanı təqib etməyən bir ölkədə fəth etdiyi zirvələr insanı heyrətə gətirir.

Brodski poeziyası müstəsna ustalığı, fəlsəfi dərinliyi, parlaq ironiyası və kəskin təxəyyülü ilə seçilir. Romantik istehzanın köməyi ilə sənətkar öz şeirlərində tənha insanı dünyada hökm sürən ədavətə, kinə qarşı qoyur. Bu ovqat onun «Səhrada dayanacaq», «Uraniya», «Çıxışın hissəsi» şeirlər toplusunda dolğun əks olunub.

Onun «Vahiddən kiçik» adlı esselər toplusu, «Gözəl əsrin sonu», «Roma elegiyaları» şeirlər kitabı 1986-cı ildə ABŞ-də ədəbi tənqid sahəsində ən yaxşı tədqiqat işi və ən yaxşı şeirlər kimi qiymətləndirildi.

1987-ci ildə İosif Brodski «kəskin zəkası və dərin poetikliyi ilə seçilən çoxşaxəli yaradıcılığına görə» ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.

Böyük şairin 1991-ci ilin 5-8 dekabrında keçirilən Nobel yubileyi sipoziumunda etdiyi çıxış xüsusilə böyük maraq kəsb edir. Şair bu çıxışında XX yüzilliyin ədəbiyyatını xarakterizə etməyə çalışıb. Həmin çıxışın bir hissəsində deyilir: «Mən bu qış gecəsində XX əsrin axırıncı onilliyinin birinci ilində öz yüzilliyimizə baxıb, 6 böyük yazıçı görürəm və onları xatırlamaq istəyirəm: Bu, Marsel Prust, Frans Kafka, Robert Müzil, Uilyam Folkner, Andrey Platonov və Semuel Bekketdir. Onlar bizim yüzilliyin ədəbi peyzajının zirvələridir; bu əsrin ədəbiyyatının Alp, And və Qafqaz dağları arasında onlar həqiqi Himalaylardır. Bu yazıçılar zərrə qədər də olsun ötən əsrin ədəbiyyat nəhənglərindən geri qalmırlar. Onların əsərləri əsl həqiqətdə XIX əsrin romanlarının dayandığı yerdən başlanıb. Özü də daha çətin şəraitdə. Son hesabda ədəbiyyat toplanan xoşagəlməz hadisələrə qarşı insanın müqavimət göstərə bilməsinin xronikasıdır. Bu dahi altıların fərqli və oxşar cəhətləri nədən ibarətdir? Birincisi, onlar komanda oyunçusu olmayıblar. Əksinə tənha olublar. Son nəfəslərinə qədər nə qəddar diktatorlara, nə də şirindilli yepiskoplara tabe olmayıblar. Bu altıların sənəti şair demişkən məntiqin yoxa çıxdığı yerdən, XIX əsrin süjet və kompozisiyalar sisteminın dağıldığı yerdən başlanıb. Diqqət edin Kafkanın «Qəsr», Müzilin «Xassəsiz insan», Platonovun «Çuvenqur» romanları, həmçinin Folknerin, Prustun, Bekketin əsərlərinə tamamlanmış əsərlər kimi baxmaq mümkün deyil. Neçə ki epos mərkəzdənqaçandır, əslində o heç vaxt tamamlana bilməz. Həmin gözəl altılığın əsərlərindəki mərkəzdənqaçma qüvvəsinin getdikcə genişlənən hərəkətinin mənbəyində duran - dəqiqlikdir. Tərəddüd dəqiqliyi, həm özünün və həm də yazı üslubunun hərəkətverici qüvvəsidir. Başqa sözlə, hekayədən əvvəl nəğmənin mövcud olmasına baxmayaraq, modernistlərin dilin təhkiyə üzərində hakimiyyətini qaytarması ilə ədəbiyyat öz inkişaf dairəsini tamamladı. Poeziya təqlid (yaxud yamsılama) üçün yaramır. Məhz bu keyfiyyət ona imkan vermir ki, demoqrafik hadisəyə çevrilsin. Terminologiya, yarlıqlaşma, təsnifatlandırmalar ədəbiyyatı demoqrafik reallığa gətirib çıxarıb. Son anda mən hesab edirəm ki, «modernistlər» kimlər ki, dilin diktatına (əmrinə) tabe olub, onu etik, tarixi və ictimai həmrəyliyə tabe etdirməyiblərsə biz onları «yaxşı yazıçılar» kimi fərz edirik. Kim ki özünü dilin aləti hesab edirsə, onları nəzərdə tuturam, əksini yox. İncəsənət nə yaradırsa yaratsın: lap yeni estetika olsun, etika ondan əmələ gəlir. Bu incəsənətin istənilən ictimai qanundan yaşlı olmasından irəli gəlmir, ondan irəli gəlir ki, onu ictimai qruplar yox, fərdlər yaradıb. Bir neçə il əvvəl mən demişdim: Estetika - etikanın anasıdır. Mənim sənətimin daşıyıcısı olan hər bir kəs şeirin ən əvvəl vokal olduğunu bilir, bilir ki, şeir öz başlanğıcını mənadan yox, səsdən götürür və yazar, yazı anında estetik seçim edir-bu dilin seçimidir. Bununla yanaşı istənilən həlledici seçim, məsələn «sevgi» seçimi də estetik mahiyyət daşıyır. Etika üzərində seçimə söykənsək «itə» də üstünlük verə bilərik.

Bütün bunlar mahiyyətcə bizim yüzilliyin ikinci yarısında nəsr sənətinin başına gələnlərdir. Son onilliklər kimi ədəbiyyat üçün mülayim mühit heç vaxt olmayıb. Mən yazmağa başlayanda ədəbiyyat yüzə yaxın müəllifi əhatə edirdi. İndi kitab dükanına girmək, solist və qrup albomlarıyla zəngin val-plastinka dükanına girməyə bənzəyir. Bütün bu albomlardakı qruplar və solistləri dinləmək mümkün deyil, çünki buna heç ömür də bəs etməz. Həm də ona görə ki, onların əsas üslubu-səs küydür. Bütün bunlar müasir ədəbiyyata da aiddir. Onun didaktik səs-küyü, bu səs-küydən fərqlənmir.

Öz müxtəlifliyinə, xüsusən dəhşətli yaşantılarına baxmayaraq, iyirminci əsrdə bizim rəflərimizin əsas sahəsini zəbt edənlər daha çox maklatura üçün yararlıdır. Çünki bizim əsrin ədəbiyyatı özünün bugünkü sifətiylə fərdin azadlığına deyil, özünün və onun ictimailəşməsinə can atır. Elə bu da onu lazımsız edir; qismən də əsrin son 25 ili ərzində o öz yerini kino və televiziyaya verdiyinə görə».

Brodskinin 1989-cu ildə yazdığı şeirlərindən biri bu misra ilə başlayır: «Tezliklə başa çatan əsrdən əvvəl mən olmayacam». Belə də oldu.

Böyük şair və mütəffəkir 28 yanvar 1996-cı ildə dünyasını dəyişdi. Onu vəsiyyətinə uyğun olaraq, Venesiyada dəfn etdilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Oktyabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri