Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İngiltərə millisinin baş məşqçisi Tomas Tuhel Millətlər Liqasının 1-ci turunda İspaniyaya 2:3 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.
QOL.az "Sky Sports"a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis matça uğursuz başladıqlarını bildirib:
“İspaniya kimi oyuna nəzarət etməyi sevən komandaya qarşı matça ən uğursuz başlanğıcımız oldu. Bu, özünəinamımıza bir qədər təsir etdi. Daha iki ciddi səhvə yol verdik və iki yaxşı şansımızı əldən verdik. Lakin bu məqamlardan sonra toparlandıq və tədricən oyuna qoşulduq.
Sonra çox cəsarətli oynadıq, topu itirmədik, topla daha yaxşı işlədik və getdikcə daha çox imkan yaratdıq. Fərq onda idi ki, onlar son mərhələdə daha soyuqqanlı və inamlı hərəkət edirdilər.
Təəssüf ki, növbəti texniki səhvimiz bizə baha başa gəldi. Müdafiədə daha yaxşı oynamalı idik. Bu qədər səhvə yol verməyimizi başa düşmürəm. Əlbəttə, dünyanın ən yaxşı komandalarından birinə qarşı oynayırıq. Amma bu, çox tez-tez baş verir və ən yüksək səviyyədə bunun cəzasını çəkirik”.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 27 Sentyabr 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















