Icma.az
close
up
RU
Tünd şokolad istehlakı 2ci tip şəkərli diabet riskini azalda bilər

Tünd şokolad istehlakı 2ci tip şəkərli diabet riskini azalda bilər

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir araşdırma həftədə 5 və ya daha çox porsiya tünd şokolad istehlakının 2-ci tip diabet riskini 21 faiz azalda biləcəyini ortaya qoyub.

Tünd şokolad istehlakı 2-ci tip şəkərli diabet riskini azalda bilər.

SİA xəbər verir ki, İngiltərənin "The British Medical Journal" (BMJ) tibb jurnalında dərc edilən bir araşdırma həftədə 5 və ya daha çox porsiya tünd şokolad istehlakının 2-ci tip diabet riskini 21 faiz azalda biləcəyini ortaya qoyub.

Çin və ABŞ-da araşdırma aparan tədqiqatçılar tərəfindən hazırlanan "Şokolad istehlakı və 2-ci tip şəkərli diabet riski" adlı araşdırma Britaniyanın həftəlik tibb jurnalı BMJ-də dərc olunub.

1986-2021-ci illər arasında təxminən 192 min 28 adam üzərində aparılan araşdırmada şokolad istehlakının 2-ci tip şəkərli diabetə təsiri 111 min 654 adam üzərində aparılan araşdırmada şokolad növlərinin (südlü və tünd) təsiri müzakirə edilib.

Şokolad istehlakının 2-ci tip şəkərli diabetə təsirinin araşdırıldığı qrupda bu tip diabet yalnız 18 min 862 adamda, digər qrupda isə 4 min 771 nəfərdə baş verib.

Araşdırma nəticəsində hər hansı şokolad yeyənlərdə 2-ci tip şəkərli diabet xəstəliyinə tutulma riskinin şokolad az yeyənlərə nisbətən 10 faiz az olduğu bildirilib.

Həftədə 5 və daha çox porsiya tünd şokolad istehlak edənlərin 2-ci tip şəkərli diabet riskini yüzdə 21 azalda biləcəyini ortaya qoyan araşdırmaya görə, südlü şokoladdan istifadənin bu növə ciddi təsir etmədiyi görülüb.

Südlü şokoladın istifadəsinin uzun müddətdə kökəlməyə təsir etdiyi qeyd olunan araşdırma nəticəsində tünd şokoladın tərkibindəki zülallar sayəsində bədəndəki şişdə azaltma, ürək-damar sistemini qoruma və antioksidant xüsusiyyətlərə malik olduğu ifadə edilib.

İştirakçıların pəhrizlərinin hər 4 ildən bir dəyişdirildiyi və müntəzəm olaraq çəki, fiziki fəaliyyət və yemək vərdişləri ilə bağlı məlumatların bir araya gətirildiyi araşdırma çərçivəsində tünd şokoladın dozasının artırılmasının təsirləri də araşdırılıb. Müvafiq olaraq, hər həftəlik doza artımı ilə 2-ci tip şəkərli diabet riski əlavə olaraq 3 faiz azalıb.

Tədqiqatda həmçinin tünd şokolad istehlakının riski azaltma potensialına malik olduğu, lakin nəticələrin daha çox nəzarət edilən araşdırmalarla təsdiqlənməsinin lazım olduğu ifadə edilib.

Araşdırmada 2019-cu ildə dünya üzrə 2-ci tip şəkərli diabetdən əziyyət çəkən insanların sayının 463 milyon olduğu, 2045-ci ildə isə bu rəqəmin 700 milyona yüksələcəyi proqnozu paylaşılıb.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Səhiyyə

Fraksional CO2 lazer cihazının finksiyaları - VİDEO

Səhiyyə

MGH-nin əməkdaşı "Marketinq Analitiklərinin Zirvəsi 2024"də iştirak edib

Səhiyyə

Damarların qocalmasını geri qaytara bilən protein tapılıb...

Səhiyyə

Doğuşa nəzarət dərmanları insulitə səbəb ola bilərmi..?

Səhiyyə

Qastroenteroloq həddindən artıq yeməyin təhlükəsi barədə...

Səhiyyə

Bu dərman vasitəsinin reseptə yazılmasına görə cərimələr artırılır

Səhiyyə

“Dilatasion kardiomiopatiyanın menecmenti”

Səhiyyə

TƏBİB-dən yaralılarla bağlı SON DƏQİQƏ MƏLUMAT AÇIQLANDI

Səhiyyə

Həkim ağız qarqarasının gizli təhlükəsindən danışıb

Səhiyyə

AQTA qida obyektlərinə nəzarəti gücləndirib

Səhiyyə

Beynəlxalq Elmi Konfrans həyata keçiriləcək

Səhiyyə

"Orqan transplantasiyasında müasir dövrün çağırışları” - VİDEO

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Dekabr 2024 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri