Icma.az
close
up
RU
Tünd şokolad yaddaşı həqiqətən yaxşılaşdırırmı? Yeni araşdırma

Tünd şokolad yaddaşı həqiqətən yaxşılaşdırırmı? Yeni araşdırma

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaponiyadan olan tədqiqatçılar müəyyən ediblər ki, kakao və giləmeyvələrdə olan bəzi acı birləşmələr beynin təbii ritmləri ilə uyğunlaşaraq yaddaşı gücləndirə bilər. Burada təkcə maddələrin özü deyil, həm də orqanizmin onlara hansı vaxtda reaksiyaya verdiyi mühüm rol oynayır. 

Ölkə.az xəbər verir ki, nəticələr "Current Research in Food Science" jurnalında dərc olunub.

Mütəxəssislərin izahına görə, insan beyni məlumatları kompüter kimi saxlamır – bu proses mərhələli şəkildə gedir. Yeni məlumat alındıqdan dərhal sonra beyin onun yadda saxlanılıb-saxlanılmayacağına qərar verir. Bu proses yaddaşın möhkəmlənməsi (konsolidasiyası) adlanır. Bu mərhələdə qısamüddətli xatirələr ya silinir, ya da uzunmüddətli yaddaşa keçir.

Bu "imkan pəncərəsi” zamanı noradrenalin adlı maddə aktivləşir və vacib informasiyaların saxlanmasına yardım edir.

Tədqiqat zamanı siçanlara flavanollar (tünd şokolad və giləmeyvələrdə olan maddələr) yaddaş testindən təxminən bir saat əvvəl verilib. Nəticədə, yalnız su qəbul edən siçanlara nisbətən onların göstəriciləri 30 faiz daha yaxşı olub.

Neyrovizualizasiya vasitəsilə aparılan müşahidələr göstərib ki, flavanollar qəbulundan sonra siçanlarda noradrenalin səviyyəsi artıb. Bu artım beynin yaddaş mərkəzi olan hipokampda, həmçinin oyanıqlıq və motivasiya ilə bağlı sahələrdə qeydə alınıb. Yüksək noradrenalin səviyyəsi təxminən bir saat davam edib — bu da yaddaşın formalaşması üçün əsas dövrdür.

Əvvəlki tədqiqatlar sübut edib ki, noradrenalinin səviyyəsini azaltmaq yaddaşı zəiflədir, artırmaq isə gücləndirir. Yeni araşdırma isə göstərir ki, flavanollar bu sistemi təbii şəkildə aktivləşdirir – dərman kimi deyil, orqanizmin öz stress reaksiyasını işə salan mexanizm kimi.

Beyin kötüyünün dərinliyində yerləşən kiçik neyron qrupu – mavi ləkə (locus coeruleus) beynin "həyəcan mərkəzi” sayılır. Vacib bir şey baş verdikdə, bu sahə aktivləşir və noradrenalin ifraz edərək beynin diqqət və yaddaşla bağlı fəaliyyətini artırır.

Tədqiqat zamanı bu sistem flavanollara açıq şəkildə reaksiya verib: yüksək doza alan siçanlarda adrenalinin və noradrenalinin səviyyəsi sidikdə 24 saat ərzində yüksək qalıb. Stresslə bağlı genlər aktivləşib, heyvanların davranışı dəyişib — daha çox hərəkət edib və daha diqqətli olublar.

Yaddaşla yanaşı, motivasiya və mükafatla bağlı beyin sahələrində də aktivlik artıb. Bu da flavanolların təkcə yaddaşı deyil, həm də informasiyanı qavrama marağını artırdığını göstərir.

Flavanolların qan dövranına zəif sorulmasına baxmayaraq, alimlər hesab edirlər ki, təsirin səbəbi onların ağız və mədədə yaratdığı dad və hissiyyat reaksiyalarıdır. Bu acı və büzücü birləşmələr sinir uclarını aktivləşdirərək siqnalları birbaşa beyin kötüyünə ötürür. Bu proses saniyələr içində baş verir — həzm yolu ilə sorulmadan xeyli daha sürətli.

Əvvəlki işlərdə alimlər göstəriblər ki, bu hissiyyat reseptorlarını bloklamaq flavanolların beyinə təsirini tamamilə aradan qaldırır. Deməli, məsələ maddələrin özündə deyil, beynin onlara reaksiyasında ola bilər.

Tünd şokolad almazdan əvvəl bəzi məqamları nəzərə almaq lazımdır.

Tədqiqatda siçanlara adi şokolad porsiyasından daha yüksək flavanol dozası verilib. Buna görə də bir neçə parça şokoladın eyni təsirə malik olub-olmayacağı hələ məlum deyil. Bundan başqa, yalnız bir dəfə qəbulun qısamüddətli təsiri araşdırılıb; zamanla orqanizm uyğunlaşa və təsir zəifləyə bilər. Beynin "həyəcan sistemi”nin həddindən artıq stimullaşdırılması isə yuxu pozuntuları və narahatlıq kimi yan təsirlərə səbəb ola bilər.

Tədqiqat böyüklərdən ibarət kişi siçanlarda və kiçik nümunələrdə aparıldığı üçün alimlər nəticələrin daha geniş qruplarda və insanlar üzərində yoxlanmasına ehtiyac olduğunu bildiriblər.

Bununla belə, müəyyən nikbinlik üçün əsas var. 2023-cü ildə yaşlı insanlar arasında aparılmış araşdırma göstərib ki, flavanolların bir il ərzində gündəlik qəbulu hipokampın fəaliyyəti ilə bağlı yaddaş növünü yaxşılaşdırıb.

Yeni araşdırma bu effekti izah etməyə kömək edir: əgər hər bir doza yaddaşın əsas "pəncərəsini” aktivləşdirirsə, bu təsir zamanla toplanaraq xüsusən flavanolları az qəbul edən insanlarda daha güclü ola bilər.

İndi alimlər "flavanollar beyinə necə çatır” sualını yox, "beyin onlara necə reaksiya verir” sualını araşdırırlar. Bu yanaşma orqanizmin təbii mexanizmlərindən səmərəli istifadə etməyin yeni yollarını aça bilər.

Əgər bu elmi nəticələr təsdiqlənsə, deməli, öyrənmədən və ya vacib görüşdən bir saat əvvəl yedikləriniz beyninizin yaddaş gücünə birbaşa təsir göstərə bilər.(qaynarinfo)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Noyabr 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri